Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Horadiz, Aşağı Seyidəhmədli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.