Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Seysulan, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.