Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı və Şuraabad kəndləri yaxınlığında, Füzuli, Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.