Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.