Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.