Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Aqarak rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ordubad rayonunun Kilit kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Tərtər rayonunun Qızıloba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.