Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Nəmirli, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.