Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şirvanlı və Yusifcanlı, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.