Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Alxanlı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.