Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun işğal olunmuş Tapqaraqoyunlu və Gülüstan, Tərtər rayonunun Göyarx və Çiləbürt, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.