Atəşkəs

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Atışmalar əsasən Ağdam rayonunun Yusifcanlı, Şirvanlı; Goranboy rayonunun Tapqaraqoyunlu; Füzuli rayonunun Qorqan; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında; Füzuli, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb.
Düşmən cavab atəşi ilə susdurulub.