Atəşkəs

 

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı və Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Horadiz kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.