Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndində, Ağdam rayonunun işğal olunmuş Şıxlar və Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.