Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Cəvahirli, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili və Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.