Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində, işğal olunmuş Ağdam rayonunun Şıxlar və Qaraqaşlı, Füzuli rayonunun Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.