Atəşkəs

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 28-də saat 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21.20-dən 21.40-dək və 21.45-dən 21.50-dək Ağdam rayonunun Cəvahirli və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- mayın 29-da saat 02.50-dən 03.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.