Atəşkəs

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 29-da saat 19.05-dən 19.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 19.30-dan 19.50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23.50-dən 00.15-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən;
- martın 1-də saat 05.10-dan 05.20-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.