Atəşkəs

Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Ermənistanın silahlı bölmələri iyunun 7-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar.
Atışmalar intensiv xarakter daşımasına baxmayaraq Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.