Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Barekamavan, işğal olunmuş Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx və Qızıloba, Goranboy rayonunun Gülüstan, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.