Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, işğal olunmuş Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Şıxlar, Cəvahirli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.