Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan və Berdavan; İcevan rayonunun Berkaber; Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdən; işğal olunmuş Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şirvanlı və Kəngərli; Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Horadiz; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.