Atəşkəs

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan, Voskepar və Şavarşavan kəndlərində; işğal olunmuş Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında; Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.