Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və Voskevan; Berd rayonunun Mososqex və İcevan rayonunun Berkaber kəndlərində; işğal olunmuş Ağdam rayonunun Mərzili; Cəbrayıl rayonunun Mehdili; Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.