Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində; işğal olunmuş Ağdam rayonunun Mərzili, Qaraqaşlı və Şirvanlı; Cəbrayıl rayonunun Mehdili; Goranboy rayonunun Tapqaraqoyunlu; Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.