Atəşkəs

 

 

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da saat 14.30-dan 14.40-dək Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;
- saat 16.10-dan 16.20-dək, 18.10-dan 18.20-dək və 19.10-dan 19.30-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi;
- fevralın 27-də saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.