Atəşkəs

Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 27-də saat 09.00-dan 09.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 10.00-dan 10.12-dək və 18.15-dən 18.35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 20.10-dan 20.25-dək və fevralın 28-də saat 03.00-dan 03.20-dək Tərtər rayonunun Göyarx, Çiləbürt və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 06.00-dan 06.02-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.