Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal edilmiş Qorqan, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.