Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində, Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz və Qorqan, Ağdam rayonunun Şıxlar və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.