Artilleriyaçılarımız “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar

“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.
Finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.