“Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub

 “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları üçün mədəni-kütləvi tədbir təşkil olunub.
Qazaxıstan Respublikasının incəsənət xadimlərinin iştirakı ilə hərbi qulluqçulara maraqlı konsert proqramı təqdim edilib.