“Artilleriya atəşinin ustaları” beynəlxalq müsabiqəsinin püşkatma mərasimi keçirilib - VİDEO

“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Püşkatmada iştirak edən artilleriyaçılarımız təhlükəsizlik qaydaları,  yarışların xüsusiyyətləri, keçirilmə şərtləri, atəş və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilmə hədləri, eləcə də poliqonun maddi-texniki bazası ilə tanış olublar.