ABŞ Milli Müdafiə Universitetinin nümayəndə heyəti Bakıya səfər edib

Aprelin 9-da Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana akademik səfəri təşkil edilib.
Səfər çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqlara akademiyanın fəaliyyəti və regional təhlükəsizlik haqqında təqdimatlar verilib.