Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2012 09:00

İctimaiyyət nümayəndələri cəbhə bölgəsinə səfər edib

Oktyabrın 30-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Milli Məclisin bir qrup deputatı, elm adamları, qeyri hökümət təşkilatlarının nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri cəbhə bölgəsinə səfər ediblər.
Milli Məclisin vitse-spikeri Bahar Muradova, regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Bəxtiyar Sadıqov, Musa Quliyev, Sahibə Qafarova, Milli Elmlər Akademiyasının vitse-prezidenti Akif Əlizadə, hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və media nümayəndələrindən ibarət heyyət öncə Tərtər rayonundakı hərbi hissənin qərargahında və poliqonunda, daha sonra Şıxarx və Qapanlı kəndlərindəki ön mövqelərə baş çəkərək əsgərlərin xidmət şəraiti ilə tanış olublar.
Nümayəndə heyətinə ön xətdəki mövcud vəziyyət, əsgərlərin xidməti döyüş şəraiti barədə geniş məlumat verilib. Millət vəkilləri ön xətdəki mövqelərimizdən müasir müşahidə aparatları vasitəsilə işğal altında olan Azərbaycan ərazilərini və düşmən mövqelərini müşahidə ediblər. Poliqonda isə Azərbaycan Ordusunun əsgərlərinin müxtəlif silahlardan praktik atışı nümayiş edilib. Nümayəndə heyəti əsgərlərin vəziyyəti, xidmət şəraiti ilə yaxından tanış olublar.