Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Cəbhə xəbərləri

17 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin üzbəüz mövqelərini atəşə tutublar.

16 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

13 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

11 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi intensiv olaraq atəşə tutublar.

10 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

9 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

8 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

7 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

6 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

5 Yanvar 2014 09:00

Erməni silahlı bölmələri bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.