Müdafiə Naziri

 

GENERAL-POLKOVNİK

SADIKOV NƏCMƏDDİN HÜSEYN OĞLU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNİN

BİRİNCİ MÜAVİNİ - SİLAHLI QÜVVƏLƏRİN BAŞ QƏRARGAH RƏİSİ

General-polkovnik SADIKOV Nəcməddin Hüseyn oğlu 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olmuşdur.

1975-1979 Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirmişdir.
1979-1992 SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət etmişdir
1985-1988 Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyanı bitirmişdir.

1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət etmişdir.

2 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə Nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Üç övladı var.