Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub

22 may 2015 il

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub.
Qərarın tələblərinə əsasən sənədlərin toplanması, kompensasiya məbləğinin hesablanması və ödənilməsi işinin təşkili məsul vəzifəli şəxslərdən yaradılan müvafiq komissiyalar tərəfindən həyata keçiriləcək.
İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir.

Qaydaların elektron versiyasını burdan yükləyə bilərsiniz.

Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsini burdan yükləyə bilərsiniz.