Hərbi qulluqçularımız Moskva şəhərində keçirilən paradda iştirak ediblər

9 may 2015 il

Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş Moskva şəhərində keçirilən hərbi paradda iştirak edən digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 70 nəfər hərbi qulluqçusu da vardır.
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun xüsusi dəvəti ilə bayram tədbirlərində iştirak edir.