ATƏT və BQXK ilə əməkdaşlıq

ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edilir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və BQXK arasında aşağıdakı istiqamətlərdə əməkdaşlıq aparılır:

  • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti üçün Beynəlxalq Humanitar Hüquqa (BHH) dair tədris vəsaitlərinin hazırlanması;
  • Silahlı Qüvvələrin Hərbi Akademiyasında BHH-yə dair mühazirələrin təşkili;
  • Zabitlərlə BHH mövzusunda təlim və kursların keçirilməsi, onların regional və beynəlxalq kurslarda iştirakına imkanın yaradılması;
  • Qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalinin vəziyyətinin, həmin yerlərə edilən səfərlər vasitəsi ilə monitorinqlərin aparılması;
Mülki və hərbi orqanlarla əlaqələrin möhkəmləndirilməsi, qoşunların təmas xəttinə yaxın yaşayan mülki əhalinin təsərrüfat işləri ilə məşğul olmaları üçün şəraitin yaradılması.