30 noyabr 2016 il
Azərbaycan Respublikasının Müdafiə naziri MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib - FOTO - ENG - РУС

Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib..........Davamı








30 noyabr 2016 il
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb - FOTO - ENG - РУС

Noyabrın 30-da Moskva şəhərində keçirilən MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb..........Davamı







30 noyabr 2016 il
Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimi keçirilib - FOTO

Noyabrın 30-da Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti buraxılış mərasimi keçirilib.
Mərasimin açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib..........Davamı







30 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

29 noyabr 2016 il
Azərbaycanın və İtaliyanın müdafiə nazirliklərinin ekspertləri arasında görüş keçirilib - ENG - РУС

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, hər iki ölkənin müvafiq qurumlarının hərbi strategiya və müdafiə planlaşdırması üzrə ekspertlərin görüşü keçirilib.
Görüşdə müdafiə siyasətinin planlaşdırılması, müxtəlif səviyyəli risklərin idarə olunması, müdafiə qabiliyyətinin inkişafı və digər aidiyyəti mövzular üzrə müzakirələr aparılıb..........Davamı







29 noyabr 2016 il
Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO ekspertləri ilə görüş keçirilib - ENG - РУС

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ ekspertləri ilə işçi görüşü keçirilib.
Tədbirdə Azərbaycan, Bolqarıstan, Çexiya və İsveçin hərbi tədris müəssisələrinə səfərlərin icmalı, eləcə də beynəlxalq hərbi təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi mövzularında müzakirələr aparılıb..........Davamı







29 noyabr 2016 il
Azərbaycan Respublikasının Müdafiə naziri Moskva şəhərinə yola düşüb - ENG - РУС

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının noyabrın 30-da keçiriləcək növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb..........Davamı







29 noyabr 2016 il
Böyük Vətən müharibəsi veteranları cəbhə bölgəsində olublar - FOTO

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri yaxından iştirak edirlər.
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup Böyük Vətən müharibəsi veteranı cəbhə bölgələrinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib və işğal edilmiş torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi naminə onlara uğurlar arzulayıb........Davamı







29 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

28 noyabr 2016 il
Monitorinq baş tutdu - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb..........Davamı



28 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

27 noyabr 2016 il
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Jiri Aberle keçirəcəklər..........Davamı








27 noyabr 2016 il
Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib - ENG - РУС

Noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib........Davamı







27 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Mərzili, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

26 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

25 noyabr 2016 il
Azərbaycanın Müdafiə naziri Belçikanın ölkəmizdəki səfiri ilə görüşüb - ENG - РУС

Noyabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufs ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Belçika arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi qeyd edən nazir səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb........Davamı








25 noyabr 2016 il
Azərbaycan ilə Qətər arasında hərbi sahədə əlaqələrin inkişafı məsələləri müzakirə olunub - ENG - РУС

Noyabrın 25-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən Əl-Saai ilə görüşüb.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb........Davamı








25 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı və Fərəhli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şıxlar, Cəvahirli, Şuraabad, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

24 noyabr 2016 il
NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub - ENG - РУС

"NATO günləri" çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.........Davamı








24 noyabr 2016 il
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər heyəti ilə görüşüb - FOTO - ENG - РУС

Noyabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Toplantı iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın foyesindəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər........Davamı








24 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

23 noyabr 2016 il
Azərbaycan Silahlı Qüvvələrində "NATO Günləri" davam edir - ENG - РУС

NATO-nun Müttəfiq Transformasiya Komandanlığının Ekspert Qrupu tərəfindən Silahlı Qüvvələrdə keçirilən "NATO Günləri" tədbiri çərçivəsində, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub........Davamı








23 noyabr 2016 il
Azərbaycan ilə İran arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub - ENG - РУС

Noyabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə İran arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb........Davamı








23 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

22 noyabr 2016 il
Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib - ENG - РУС

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində hər iki ölkənin Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib........Davamı








22 noyabr 2016 il
Azərbaycan Silahlı Qüvvələrində "NATO günləri" keçirilir - ENG - РУС

Azərbaycan Silahlı Qüvvələrində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən "NATO günləri" tədbiri keçirilir........Davamı



22 noyabr 2016 il
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi-texniki əməkdaşlığın geniş perspektivləri müzakirə olunub - ENG - РУС

Noyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Meri Krofts ilə görüşüb.
Regiondakı hərbi-siyasi vəziyyətin və qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya əməkdaşlığının səviyyəsindən məmnunluq ifadə olunub........Davamı










22 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şıxlar, Mərzili, Baş Qərvənd, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

21 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

20 noyabr 2016 il
Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən üç hərbi hissəsində yeni yaşayış kompleksləri istifadəyə verilib - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yüksəldilməsi, hava məkanımızın müdafiəsinin gücləndirilməsi və şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir........Davamı









20 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

19 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

18 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şirvanlı, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

17 noyabr 2016 il
Cəbhə bölgəsində irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib - FOTO - ENG - РУС

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin və Silahlı Qüvvələrin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, eləcə də məsul zabitlərin iştirakı ilə irimiqyaslı təlimlərin yekunlarına dair kollegiya iclası keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.........Davamı









17 noyabr 2016 il
Naxçıvan: Əlahiddə Ümumqoşun Ordunun tank və artilleriya bölmələri irimiqyaslı təlimlərdə iştirak edirlər - FOTO - РУС

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, tank və artilleriya bölmələrinin döyüş uzlaşması aparılıb, praktiki atışlar icra edilib.........Davamı









17 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Bala Cəfərli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

16 noyabr 2016 il
Təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO



16 noyabr 2016 il
Təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunur.
Təlimlərin planına müvafiq olaraq bütün qoşun növləri silah və texnikanın praktiki tətbiqi ilə təlim-döyüş tapşırıqlarının həlli üzrə taktiki fəaliyyətə başlayıblar.........Davamı







16 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 59 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Kəmərli kəndlərində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

15 noyabr 2016 il
Hərbi qulluqçumuz şəhid olub - ENG - РУС

Noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub...........Davamı



15 noyabr 2016 il
Döyüş aviasiya vasitələri şərti düşmənin mövqelərinə zərbələr endirib - VİDEO-FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlər Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş vasitələrinin də iştirakı ilə davam edir..........Davamı







15 noyabr 2016 il
Naxçıvanda Silahlı Qüvvələrin irimiqyaslı təlimləri davam edir - FOTO - ENG - РУС

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.........Davamı







15 noyabr 2016 il
Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib - ENG - РУС

Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib..........Davamı



15 noyabr 2016 il
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub - FOTO - ENG - РУС

Müdafiə naziri general-polkovnik Zakir Həsənov irimiqyaslı hərbi təlimlərin keçirildiyi bölgədə yaradılan Hərbi Hava Qüvvələrinin səyyar komanda məntəqəsində olub.
Hərbi Hava Qüvvələrinin tabeliyində olan birləşmə, hərbi hissə və bölmələrin fasiləsiz və operativ idarə edilməsini təmin etmək üçün komanda məntəqəsinin elementlərinin səhra şəraitində yerləşdirilməsi və onun fəaliyyəti barədə Müdafiə nazirinə məruzə olunub..........Davamı







15 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

14 noyabr 2016 il
İrimiqyaslı təlimlər davam edir - VİDEO - FOTO



14 noyabr 2016 il
İrimiqyaslı təlimlərdə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də iştirak edir - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri cəlb olunub.
Təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb..........Davamı







14 noyabr 2016 il
Müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib - FOTO - ENG - РУС

Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub..........Davamı







14 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

13 noyabr 2016 il
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi başa çatıb - FOTO

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi başa çatıb.
Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər..........Davamı









13 noyabr 2016 il
İrimiqyaslı təlimlər davam edir - VİDEO-FOTO - ENG - РУС

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib..........Davamı









13 noyabr 2016 il
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilir

Bu gün Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilir.
Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.........Davamı



13 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

12 noyabr 2016 il
Prezident, Ali Baş Komandan İlham Əliyev ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub - VİDEO-FOTO - ENG - РУС

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi..........Davamı







12 noyabr 2016 il
İrimiqyaslı təlimlərin birinci mərhələsi başlayıb - FOTO-VİDEO - ENG - РУС

Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsinə start verilib.
Təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir..........Davamı







12 noyabr 2016 il
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb..........Davamı







12 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şıxlar, Sarıcalı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

11 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

10 noyabr 2016 il
Müdafiə naziri Niderlandın Azərbaycandakı səfiri ilə görüşüb - ENG - РУС

Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki səfiri cənab Onno Kervers ilə görüşüb.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə həm ikitərəfli, həm də NATO çərçivəsində Azərbaycan ilə Niderland arasında əməkdaşlıq, beynəlxalq terrorizmə qarşı birgə mübarizə, eləcə də hərbi təhsil, treninq, təcrübə mübadiləsi və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələləri, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb..........Davamı









10 noyabr 2016 il
Hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir - ENG - РУС

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, noyabrın 9-dan 11-dək Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilir.
Görüş çərçivəsində noyabrın 10-da Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Gürcüstanın Silahlı Qüvvələrin Tibb İdarəsinin rəisi tibb xidməti polkovniki Medea Betaşvili və tibb taborunun komandiri tibb xidməti mayoru David Çabadze ilə görüşüb..........Davamı









10 noyabr 2016 il
Monitorinq baş tutdu - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 10-da Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.........Davamı



10 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

9 noyabr 2016 il
Dövlət Bayrağı Günü Silahlı Qüvvələrdə təntənəli surətdə qeyd edilib - FOTO-VİDEO

9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib........Davamı









9 noyabr 2016 il
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 10-da Tərtər şəhəri istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər..........Davamı









9 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Ermənistan Respublikası İcevan və Noyemberyan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

8 noyabr 2016 il
Azərbaycandakı xarici dövlətlərin hərbi attaşeləri hərbi hissəsəni ziyarət ediblər - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün noyabrın 8-də Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil olunub........Davamı









8 noyabr 2016 il
Hərbi vətənprvərlik həftəsinin növbəti tədbiri Horadizdə təşkil olunub - FOTO

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində "Bayrağım-varlığım, bəxtiyarlığım" devizi ilə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.
Növbəti tədbir Horadiz şəhərindəki Dövlət Bayrağı Meydanında təşkil olunub. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni oxunub........Davamı









8 noyabr 2016 il
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçiriləcək

Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.........Davamı



8 noyabr 2016 il
Hərb Tarixi Muzeyində Dövlət Bayrağı Günü qeyd olunub

Hərb Tarixi Muzeyində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə "Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız" adlı tədbir keçirilib.........Davamı








8 noyabr 2016 il
9 Noyabr - Dövlət Bayrağı Günü - VİDEO



8 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

7 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

6 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

5 noyabr 2016 il
Kəşfiyyatçıların hazırlıq səviyyəsi yoxlanılır - ENG - РУС

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin kəşfiyyat bölmələri ilə hazırlıq məşqləri keçirilir.
Məşqlərdə əsas diqqət gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə bölmələrin fəaliyyətinə yönəlib.........Davamı



5 noyabr 2016 il
Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında keçirilən hərbi-vətənpərvərlik həftəsi davam edir - FOTO

Noyabrın 5-də Tovuz şəhərindəki Heydər Əliyev meydanında layihənin müəllifi polkovnik Abdulla Qurbani çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələr şəxsi heyətinin, həm də mülki əhalinin xalqımızın və dövlətimizin milli varlığının, istiqlalının və müstəqilliyinin rəmzi olan müqəddəs bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb........Davamı







5 noyabr 2016 il
"Bayrağım - varlığım, bəxtiyarlığım" hərbi vətənpərvərlik həftəsinə star verilib - FOTO

9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik hətəsinə start verilib.
Həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək........Davamı







5 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 31 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vazaşen və Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli və Fərəhli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

4 noyabr 2016 il
Cəbhə bölgəsində zirehli texnika bölmələrinin döyüş atışlı təlimləri başlayıb - FOTO - ENG - РУС

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq tank və piyadaların döyüş maşınları heyətlərinin hazırlıq səviyyələri yoxlanılır.
Cəbhə bölgəsində yerləşən hərbi poliqonlarda keçirilən təlim məşqlərinin əsas məqsədi tank və digər zirehli texnika bölmələrinin döyüş qabiliyyətlərinin artırılması, şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, döyüş ruhu və mənəvi-psixoloji durumun yüksəldilməsindən ibarətdir........Davamı







4 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

3 noyabr 2016 il
Azərbaycanla Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb - ENG - РУС

Müdafiə Nazirliyinin nümayəndə heyəti "Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü"ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.
Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib........Davamı









3 noyabr 2016 il
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.......Davamı



3 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Füzuli rayonunun Horadiz, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

2 noyabr 2016 il
Hərbi Hava Qüvvələrinin hərbi hissəsində yeni yaşayış kompleksi istifadəyə verilib - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir........Davamı









2 noyabr 2016 il
Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir - ENG - РУС

Noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Сavab tədbirləri nəticəsində düşmən susdurulub........Davamı



2 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

1 noyabr 2016 il
Noyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait - ENG - РУС

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2016-cı il tarixədək 77.501.135,23 AZN, 212.373,88 ABŞ dolları, 4793,69 avro və 5000,0 rubl vəsait daxil olub........Davamı



1 noyabr 2016 il
Azərbaycanın Müdafiə naziri Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb - ENG - РУС

Noyabrın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb........Davamı









1 noyabr 2016 il - ENG - РУС

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.