30 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

29 iyun 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edir - ENG - РУС

İyunun 29-dan iyulun 10-dək Konstanta şəhərində (Rumıniya) "Avrasiya Tərəfdaşlığı" proqramı çərçivəsində dalğıc hazırlığı tədbiri keçirilir.........Davamı



29 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

28 iyun 2016 il
Bakıda NATO-nun "Strateji kommunikasiya və ictimai əlaqələr" üzrə kursu keçirilir - ENG - РУС

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Strateji kommunikasiya və ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilir..........Davamı








28 iyun 2016 il
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimindən videofilm 2 - VİDEO



28 iyun 2016 il
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimindən videofilm 1 - VİDEO



28 iyun 2016 il
Azərbaycan Silahlı Qüvvələrinin operativ-taktiki təlimlərindən (19-24 iyun 2016 il) - VİDEO



28 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

27 iyun 2016 il
Müdafiə naziri xüsusi təyinatlı təhsil müəssisələrinin məzunları ilə görüşüb - FOTO

İyunun 27-də Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və bir qrup məzunun iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb..........Davamı







27 iyun 2016 il
Ordumuz qürurumuzdur - FOTO

Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Ordumuz - qürurumuz" adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib.
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən tədbirdə hərbçilər, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər..........Davamı








27 iyun 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir

İyunun 27-dən iyulun 1-dək Varna şəhərində (Bolqarıstan Respublikası) Tərəfdaşlıq Təlim və Tədris Mərkəzlərinin işçi qrupunun toplantısı, iyunun 27-dən iyulun 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Maddi-Texniki Təminat üzrə mübadilə proqramı çərçivəsində hərbi yerdəyişmə və daşımalar seminarı, iyunun 27-dən iyulun 15-dək Saçxere şəhərində (Gürcüstan) təməl yay dağ hazırlığı kursu keçirilir.........Davamı



27 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

26 iyun 2016 il
Müdafiə nazirinin tapşırığına əsasən Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə "Açıq qapı" günü təşkil edilib - FOTO



26 iyun 2016 il
26 iyun - Silahlı Qüvvələr günü təntənəli surətdə qeyd edilir - FOTO

26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir..........Davamı








26 iyun 2016 il
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

İyunun 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib..........Davamı








26 iyun 2016 il
Silahlı Qüvvələrdə "Açıq qapı" günü keçirilir

Xəbər verdiyimiz kimi bu gün saat 11.00-dan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçirilir.........Davamı



26 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

25 iyun 2016 il
Prezident İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib - ENG - РУС - VİDEO - FOTO

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi..........Davamı








25 iyun 2016 il
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər üçün inşa edilmiş binada yaradılan şəraitlə tanış olub - ENG - РУС - VİDEO - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında yaradılan şəraitlə tanış olub.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Müdafiə naziri Zakir Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına bina haqqında məlumat verdilər.........Davamı








25 iyun 2016 il
Naxçıvanda zabit ailələrinə yeni xidməti mənzillər təqdim olunub - FOTO

Güclü iqtisadiyyata malik olan ölkəmizdə müasir və qüdrətli milli ordu formalaşıb. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hər il yeni xidməti yaşayış binaları tikilir, zabit-gizir ailələri mənzillərlə təmin olunurlar..........Davamı








25 iyun 2016 il
Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində Silahlı Qüvvələr Günü qeyd edilib - FOTO

Silahlı Qüvvələrin yaranmasının 98-ci ildönümü Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində qeyd edilib.
Silahlı Qüvvələrin yaranmasının 98-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi tərəfindən Brüssel şəhərində yerləşən NATO Mənzil Qərargahında rəsmi ziyafət keçirilib.........Davamı








25 iyun 2016 il
Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub

Müdafiə Nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Hərbi Dəniz Qüvvələrində Silahlı Qüvvələr Günü qeyd olunub.
Şəxsi heyətin iştirakı ilə keçirilən bayram tədbiri çərçivəsində hərbi qulluqçuların bir qrupunun Silahlı Qüvvələrin Hərb Tarix Muzeyinə ekskursiyası təşkil olunub.........Davamı








25 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

24 iyun 2016 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



24 iyun 2016 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



24 iyun 2016 il
Y.Y.Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



24 iyun 2016 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



24 iyun 2016 il
A.N.Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



24 iyun 2016 il
Gəncədə hərbi qulluqçulara yeni mənzillər verilib - FOTO

İyunun 24-də Gəncə şəhərində Silahlı Qüvvələr Günü ərəfəsində "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 28 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar Silahlı Qüvvələrdə 20 il və daha artıq qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin təqdim olunması mərasimi keçirilib..........Davamı








24 iyun 2016 il
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTO

İyunun 24-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2016-cı il buraxılışı münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mərasimə hazırlıq barədə raport verib..........Davamı








24 iyun 2016 il
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki



24 iyun 2016 il
Bir qrup hərbi qulluqçuya növbəti "polkovnik" hərbi rütbəsi verilib

İyunun 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində hərbi xidmətdə fərqlənən bir qrup zabitə növbəti "polkovnik" hərbi rütbəsi verilib..........Davamı








24 iyun 2016 il
Müdafiə naziri NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb - ENG - РУС

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi general-mayor Yanuş Boyarski ilə görüşüb.
Qonağı salamlayan Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, həmçinin qoşunların qarşıdurma xəttindəki cari əməliyyat şəraiti barədə məlumat verib..........Davamı








24 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

23 iyun 2016 il
Yeni əsgər yataqxanası istifadəyə verilib - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir...........Davamı



23 iyun 2016 il
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Mərasimdə məruzə ilə çıxış edən Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bildirib ki, aprel ayının ilk günlərində erməni təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən layiqincə alındı...........Davamı








23 iyun 2016 il
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib. Tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər...........Davamı








23 iyun 2016 il
Silahlı Qüvvələrdə növbəti dəfə "Açıq qapı" günü keçiriləcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq.........Davamı



23 iyun 2016 il
Azərbaycan Ali Hərbi Məktəbində növbəti buraxılış mərasimi keçirilib

İyunun 23-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2016-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub...........Davamı








23 iyun 2016 il
Azərbaycan Respublikasının Müdafiə naziri İran tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 22-də İranın Neyriz bölgəsində avtobusun dərəyə aşması nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması və xəsarət alması ilə bağlı İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqana və dost ölkənin Baş Qərargah rəisi general-leytenant Seyid Həsən Firuzabadiyə başsağlığı ünvanlayıb.........Davamı



23 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 13 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Çinari, Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

22 iyun 2016 il
NATO Müdafiə Kollecinin nümayəndə heyəti ölkəmizdə səfərdədir - ENG - РУС

Roma (İtaliya Respublikası) şəhərində yerləşən NATO Müdafiə Kollecinin 31 dövləti təmsil edən, 114 nəfərdən ibarət "Ali kurs" dinləyicilərindən ibarət nümayəndə heyətinin iyun 22-dən Azərbaycana akademik səfəri başlayıb. Bu, "Ali kurs" dinləyicilərinin ölkəmizə təşkil edilən sayca üçüncü səfəridir...........Davamı



22 iyun 2016 il
Müdafiə naziri operativ-taktiki təlimlərin döyüş atışlı mərhələsini izləyib - ENG - РУС

Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsində idarəetmə orqanları, birlik, birləşmə, həmçinin hərbi hissələrin cəlb olunduğu operativ-taktiki təlimlərin iyunun 22-də döyüş atışlı mərhələsi keçirilib.
Təlimlərdə əsas məqsəd birlik və birləşmə komandanlıqlarının, qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, eləcə də ağır şəraitdə aparılan müasir ümumqoşun döyüşünün hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və döyüş uzlaşmasının səviyyəsinin artırılmasından ibarətdir...........Davamı



22 iyun 2016 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


22 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

21 iyun 2016 il
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirəcəklər..........Davamı







21 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

20 iyun 2016 il
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilib. Qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvan bu gün etibarlı müdafiə olunur..........Davamı








20 iyun 2016 il
Operativ-taktiki təlimlər davam edir - ENG - РУС

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.
Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir..........Davamı








20 iyun 2016 il
"İŞIK-2016" təlimləri başlayıb

Azərbaycanla Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri başlayıb........Davamı



20 iyun 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir - ENG - РУС

İyunun 20-dən 24-dək Latina şəhərində (İtaliya Respublikası) effektiv görüntülü icra və nəzarət modulu üzrə icraedici kursu və NATO-nun kommunikasiya və informasiya sistemləri mövzusunda kurs, iyunun 20-dən 25-dək Tulon şəhərində (Fransa Respublikası) NATO-nun "MAREVAL" kursunda zabit-təlimatçı qismində iştirak, iyunun 20-dən 30-dək Gelzenkirxen şəhərində (Almaniya Federativ Respublikası) Vyana-11 sənədi üzrə beynəlxalq kurs, iyunun 20-dən iyulun 1-dək isə Tbilisi şəhərində (Gürcüstan) geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması kursu keçirilir........Davamı



20 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

19 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Kəngərli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

18 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

***

17 iyun 2016 il
VIII Yay Hərbi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı müraciət müzakirə olunub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Beynəlxalq Hərbi İdman Şurasında (CISM) ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü general-mayor Natiq Əliyev Şuranın rəsmi nümayəndəsi Nevzat Varol ilə görüşüb........Davamı








17 iyun 2016 il
Azərbaycan Silahlı Qüvvələri operativ-taktiki təlimlər keçirəcək - ENG - РУС

Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək........Davamı



17 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

16 iyun 2016 il
Təlim və Tədris Mərkəzində buraxılış və qəbul mərasimi keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hazırlıq kursunu bitirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Qəbul komissiyasının qərarına əsasən kursa qəbul edilən namizədlər ixtisaslarına uyğun olaraq tədris qruplarına bölünüb. Onlar mütəxəssis hazırlığına qoyulan tələblər əsasında hazırlanan proqrama müvafiq olaraq kurs keçiblər..........Davamı








16 iyun 2016 il
Azərbaycan Respublikasının Müdafiə naziri yanında Apellyasiya Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası ilə əlaqədar Müdafiə naziri yanında yaradılan Apellyasiya Şurasının iyunun 16-da iclası keçirilib........Davamı



16 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

15 iyun 2016 il
Moskvada MDB Müdafiə Nazirləri Şurasının iclası keçirilib - ENG - РУС

İyunun 15-də Rusiya Federasiyasının Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib..........Davamı








15 iyun 2016 il
"15 iyun - Milli Qurtuluş günü" münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər həyata keçirilir..........Davamı








15 iyun 2016 il
Ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il 18 iyun İnsan Hüquqları Günü kimi qeyd edilir..........Davamı








15 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

***

14 iyun 2016 il
Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcəkdir - ENG - РУС

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 15-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb........Davamı



14 iyun 2016 il
Müdafiə naziri Silahlı Qüvvələrin rəhbər heyəti ilə xidməti müşavirə keçirib - ENG - РУС

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, nazirliyin Baş İdarə və İdarə rəisləri, Silahlı Qüvvələrin qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə geniş tərkibdə xidməti müşavirə keçirilib........Davamı



14 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində, Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

13 iyun 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir - ENG - РУС

İyunun 13-dən 16-dək İzmir şəhərində (Türkiyə Respublikası) əməliyyat planlaşdırması prosesi kursu və iyunun 13-dən 17-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kursu keçirilir........Davamı



13 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 48 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

12 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex və Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Fərəhli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

11 iyun 2016 il
Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə keçirilən çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimindən - FOTO



11 iyun 2016 il
Mühəndis-istehkam bölmələri ilə taktiki təlim keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-istehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.......Davamı








11 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

10 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

9 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

8 iyun 2016 il
Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir - ENG - РУС

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında "Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri" mövzusunda işçi görüşü keçirilir........Davamı



8 iyun 2016 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 8-də Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.


8 iyun 2016 il
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada olub - ENG - РУС - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olub........Davamı



8 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

7 iyun 2016 il
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 8-də Azərbaycan Respublikası Xocavənd rayonu Kuropatkino kəndinin şərqindən keçən Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcəklər..........Davamı



7 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

6 iyun 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq təlimdə iştirak edir - ENG - РУС

İyun 6-dan 12-dək Türkiyə Respublikasında Çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
Təlimdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri ilə yanaşı Türkiyə, Bolqarıstan və Gürcüstan hərbçiləri də iştirak edir........Davamı



6 iyun 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir - ENG - РУС

İyunun 6-dan 10-dək Tbilisi şəhərində (Gürcüstan) mobil təlim qrupunun əsas əlaqələndirici zabitləri üçün "NATO-da informasiya və psixoloji əməliyyatlar" mövzusunda, eləcə də Avropa İttifaqının Şərq Tərəfdaşlığı dövlətləri üçün ümumi təhlükəsizlik və müdafiə siyasəti üzrə tanışlıq kursları, Kanzas ştatında (Amerika Birləşmiş Ştatları) "Saber Guardian 2016" təliminə hazırlıq tədbiri, Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) döyüş hazırlığı qiymətləndirmə kursu, iyunun 6-dan 24-dək Kəraçi şəhərində (Pakistan) standart əməliyyat taktikası kursu keçirilir........Davamı



6 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

5 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Quşçu Ayrım kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

4 iyun 2016 il
Kimya Qoşunlarının döyüş hazırlığı yoxlanılıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2016-cı ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin Kimya Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.......Davamı








4 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusicanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

3 iyun 2016 il
Maltəpə Hərbi Liseyinin nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub

Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Maltəpə Hərbi Liseyinin zabit və kursantlardan ibarət nümayəndə heyəti Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub.
Əvvəlcə nümayəndə heyəti məktəbin qarşısındakı ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub.......Davamı








3 iyun 2016 il
Qarsda keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimindən - FOTO



3 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 38 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

2 iyun 2016 il
Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



2 iyun 2016 il
Qarsda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimi keçirilir - ENG - РУС

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən Qars şəhərində iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə təlim başlayıb.......Davamı



2 iyun 2016 il
İyunun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait - ENG - РУС

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2016-cı il tarixədək 74.219.200,16 AZN, 212.373,88 ABŞ dolları, 3293,69 avro və 5000,0 rubl vəsait daxil olub.......Davamı



2 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

1 iyun 2016 il
Məktəblilər Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı məktəblərinin şagirdləri üçün Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya təşkil olunub.
Burada şagirdlərə hərbi gəmilərin təyinatı, taktiki-texniki xassələri, döyüş qabiliyyəti, eyni zamanda şəxsi heyətin xidməti, sosial-məişət şəraiti haqqında məlumat verilib, onları maraqlandıran suallar zabit və miçmanlar tərəfindən cavablandırılıb.......Davamı







1 iyun 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.