31 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 6 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

30 iyul 2016 il
Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına qatılıb - FOTO - ENG - РУС

İyulun 30-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri yaxınlığındakı Kubinkada "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyətimiz "Xəzər Kuboku" və "Tank biatlonu" yarışlarında ölkəmizi təmsil edir.........Davamı








30 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

29 iyul 2016 il
Müdafiə naziri daha bir hərbi hospitalın tikintisi ilə tanış olub - FOTO - ENG - РУС

Mühəndis-istehkam hərbi hissəsində yeni tikililərin açılışı həyata keçirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.........Davamı








29 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan, Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

28 iyul 2016 il
Ordunun təminatı daim nəzarətdədir - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
Toplantıda çıxış edən idarə rəisi polkovnik Münasib Babayev Ali Baş Komandanın ordunun təminatını daim nəzarətdə saxladığını, dövlətimizin diqqət və qayğısı sayəsində Müdafiə Nazirliyi rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu istiqamətdə qısa müddətdə böyük uğurların əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb........Davamı








28 iyul 2016 il
Silahlı Qüvvələrin kadr orqanı işçilərinin təlim-metodiki toplantısı keçirilib - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə, idarə və müəssisələrin kadrlar üzrə rəisləri ilə ötən altı ayın yekunlarına həsr olunmuş toplantı keçirilib.
Tədbirdə kadr orqanlarının Müdafiə Nazirliyində mühüm xidmət sahələrindən biri olduğu qeyd edilərək ordu rəhbərliyi tərəfindən bu sahəyə ciddi diqqət yetirildiyi xüsusi vurğulanıb........Davamı








28 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

27 iyul 2016 il
Hərbi hissələrin psixoloqları ilə toplantı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.........Davamı



27 iyul 2016 il
Fransız dili kursunu bitirmiş bir qrup zabitə sertifikatlar təqdim edilib - FOTO

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası nəzdində fəaliyyət göstərən Xarici dil və Tərəfdaşlıq Mərkəzində fransız dili kurslarının növbəti buraxılışı olub.
İyulun 27-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Fransa Respublikasının ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə kursun bitməsi ilə əlaqədar tədbir keçirilib. Tədbirin sonunda kurs iştirakçılarına sertifikatlar təqdim olunub........Davamı








27 iyul 2016 il
Ali Baş Komandanın göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
Müdafiə Nazirliyinin rəhbərliyi Gəncə şəhərində yeni inşa edilən hərbi hospitaldakı müalicə-diaqnostika, qərargah korpusu, eləcə də digər inzibati binalar və qurğularda gedən tikinti işlərinin keyfiyyəti ilə maraqlanıb........Davamı








27 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

26 iyul 2016 il
Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub - FOTO - ENG - РУС

Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular Müdafiə nazirinə müraciət ediblər
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.
Ön xətdə, düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə naziri müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş və mənəvi- psixoloji hazırlığı ilə tanış olub, komanda müşahidə məntəqəsindən düşmənin mövqelərini izləyib........Davamı








26 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

25 iyul 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir - ENG - РУС

İyulun 25-dən avqustun 19-dək Saçxere şəhərində (Gürcüstan) "Orta yay dağ hazırlığı" kursu və iyulun 26-dan iyulun 28-dək Mittenvald şəhərində (Almaniya Federativ Respublikası) "Alp qanqalı" təlimi keçiriləcəkdir.........Davamı



25 iyul 2016 il
Hərbi Akademiyanın Təkmilləşdirmə Kursunun növbəti buraxılışı keçirilib - FOTO

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Təkmilləşdirmə Kursunun 51-ci buraxılışı keçirilib.
Mərasimdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş zabit və əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından buraxılış münasibətilə zabitləri təbrik edib........Davamı







25 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

24 iyul 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edir - ENG - РУС

İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya Haşimilər Krallığı) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş", iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcəkdir.........Davamı



24 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

23 iyul 2016 il
Hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir.........Davamı



23 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Azatamut, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Cəvahirli, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

22 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında, həmçinin Göygöl və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

21 iyul 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarında iştirak edəcək - ENG - РУС

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının keçirilməsi planlaşdırılır.
Yarışlar çərçivəsində təşkil ediləcək "Xəzər Kuboku - 2016" və "Tank biatlonu - 2016" müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub........Davamı








21 iyul 2016 il
Monitorinq baş tutdu - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Azərbaycan Respublikası Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.........Davamı



21 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

20 iyul 2016 il
Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçirəcəklər.........Davamı








20 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

19 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub.
Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Mərzili kəndi yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

18 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

17 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

16 iyul 2016 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə keçirilən təlim-metodik toplantıda Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iştirak edib........Davamı








16 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

15 iyul 2016 il
ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı ölkəmizdə işçi səfərdədir - ENG - РУС

ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işçi səfəri başlayıb.
Qonaqlar səfər çərçivəsində Silahlı Qüvvələrin Təlim Mərkəzində keçirilən "Mühəndis istehkam bölmələrinin fəaliyyəti" mövzusunda nümayiş etdirilən məşğələni izləyiblər.........Davamı









15 iyul 2016 il
Silahlı Qüvvələrin Tibb Baş İdarəsində altı ayın yekunlarına həsr olunmuş tədbir keçirilib

İyulun 15-də Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin şöbə rəisləri, hospitalların komandirləri, baş tibb mütəxəssisləri, Əlahiddə Ümumqoşun Ordu və birliklərin tibb xidməti rəisləri, təhsil müəsissələrinin cavabdeh zabitləri ilə 2016-cı ilin birinci yarımilliyinə həsr olunmuş toplantı keçirilib.........Davamı









15 iyul 2016 il
Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı öz işinə başlayıb. Toplantıda ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.........Davamı









15 iyul 2016 il
Monitorinq baş tutdu - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Füzuli rayonu Horadiz şəhərinin cənubundan keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.........Davamı



15 iyul 2016 il
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub - ENG - РУС

Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.
İyulun 14-də axşam saatlarında cəbhə xəttinin Ağdam istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu baş leytenant Məmmədov Toğrul Səyyad oğlu şəhid olub.........Davamı



15 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Vazaşen, Noyemberyan rayonunun Şavarşavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Fərəhli, Quşçu Ayrım kəndlərində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

14 iyul 2016 il
Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti hərbi hissələrimizdə olub - ENG - РУС

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib.........Davamı









14 iyul 2016 il
Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək - ENG - РУС

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Füzuli rayonu Horadiz şəhərinin cənubundan keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.........Davamı









14 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 19 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Quşçu Ayrım, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

13 iyul 2016 il
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi belaruslu həmkarı ilə görüşüb - ENG - РУС

İyulun 13-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonev ilə görüşüb.........Davamı









13 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Voskepar, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

12 iyul 2016 il
Sülhməramlılarımızın bir qrupu Əfqanıstana yola salınıb - ENG - РУС

NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 hərbi qulluqçudan ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.........Davamı









12 iyul 2016 il
Bakıda NATO-nun mobil təlim qrupu "Təlimlərin planlaşdırılması" kursunu keçirir - ENG - РУС

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Təlimlərin planlaşdırılması" mövzusunda təlim kursu keçirilir.........Davamı









12 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Aşağı Əskipara və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

11 iyul 2016 il
Səbail məktəbliləri Qusara istirahətə yola salınıb

Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 180 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb..........Davamı









11 iyul 2016 il
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib



11 iyul 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edirlər - ENG - РУС

İyulun 12-dən 21-dək Şumen şəhərində (Bolqarıstan Respublikası) İngilis Dili Fakültəsinin İnkişafı üzrə işçi görüşü keçiriləcək.........Davamı



11 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

***

10 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

9 iyul 2016 il
Lənkəranda "Aprel döyüşləri-ruhumuzun qələbəsi!" devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

İyulun 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Müdafiə Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Aprel döyüşləri-ruhumuzun qələbəsi!" devizi ilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib..........Davamı









9 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

8 iyul 2016 il
Məlumat - ENG - РУС

Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.........Davamı



8 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex, Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

7 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı və Bala Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Hacıalılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

6 iyul 2016 il
Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ramazan bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub..........Davamı



6 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

5 iyul 2016 il
Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz şəhid olub - ENG - РУС

Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib..........Davamı



5 iyul 2016 il
Azərbaycan Respublikası Müdafiə nazirinin Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki



5 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Voskevan, Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

4 iyul 2016 il
Havanın hərarətinin yüksəlməsi ilə əlaqədar bir sıra tədbirlər görülür

Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb..........Davamı



4 iyul 2016 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edirlər - ENG - РУС

İyulun 4-dən 29-dək Vışkov şəhərində (Çexiya Respublikası) Əməliyyat atıcılığı üzrə kurs keçirilir..........Davamı



4 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

3 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz kəndi yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

2 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

***

1 iyul 2016 il
İyulun 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait - ENG - РУС

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyul 2016-cı il tarixədək 74.828.198,22 AZN, 212.373,88 ABŞ dolları, 3593,69 avro və 5000,0 rubl vəsait daxil olub.........Davamı



1 iyul 2016 il
Böyük Britaniya Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - ENG - РУС

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən 160-cı briqadanın komandiri briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir..........Davamı









1 iyul 2016 il
Müdafiə naziri cəbhə bölgəsindəki hərbi hissələrdə aparılan tikinti işlərinin gedişatını yoxlayıb - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.........Davamı











1 iyul 2016 il
Cəbhəboyu zonada yerləşən daha bir yeni hərbi hissə istifadəyə verilib - FOTO - ENG - РУС

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub..........Davamı











1 iyul 2016 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 4 dəfə pozub.
Füzuli rayonunun Qorqan kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.