31 may 2015 il
Müdafiə naziri Qırğızıstana rəsmi səfərə gedib

Mayın 31-də Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstan Respublikasının Müdafiə naziri cənab Abibilla Kudayberdiyevin dəvəti ilə Qırğızıstana rəsmi səfərə gedib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qırğızıstanın Müdafiə Nazirliyində görüşləri, bir sıra hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Müdafiə Nazirliyində aparılacaq danışıqlar zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər iyunun 2-dək davam edəcəkdir.

 

 

31 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Sarıcalı, Baş Qərvənd, Kəngərli, Qaraqaşlı, Mərzili, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 may 2015 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

İyunun 1-dən 4-dək Bakı şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin əməkdaşlıq iclası, iyunun 1-dən 5-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) “NATO-nun regional kollektiv təlimi-2016”-nın planlaşdırılması üzrə birinci işçi görüşü, iyunun 1-dən 12-dək Budapeşt şəhərində (Macarıstan) qərargah zabitləri üçün hərbi terminologiya kursu, iyunun 1-dən 19-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

30 may 2015 il
Müdafiə naziri “Zabit ixtisası kursu”nun dinləyiciləri ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüşüb.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub..........Davamı

 

 

 

 

 

 

 

 

30 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 may 2015 il
Mühəndis-istehkam birləşmələrinin təlimləri keçirilib - FOTO - VIDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimləri keçirilib.
Təlimlərdə şəxsi heyət hücum əməliyyatlarında mühəndis təminatı tapşırıqlarının icrası üzrə fəaliyyətləri icra ediblər.............Davamı

 

 

 

 

 

 

 

 

29 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 78 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Sarıcalı, Cəvahirli, Kəngərli, Qaraqaşlı, Mərzili, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 may 2015 il
Tank birləşmələrinin təlimləri keçirilir - VIDEO

Gələcək döyüş fəaliyyətlərinə hazırlıq məqsədilə keçirilən təlimlərdə tank birləşmələri bölmələrinin idarəedilməsi, manevr və atəş imkanları yoxlanılır.............Davamı

 

 

28 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Baş Qərvənd, Sarıcalı, Cəvahirli, Qiyaməddinli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Alxanlı, Aşağı Əbdürrəhmanlı Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 may 2015 il
Şəhid əsgər Zəlimxan Cavadovun medalı şəhidin valideynlərinə təqdim olunub

Vətən qarşısında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş əsgər Zəlimxan Eybalı oğlu Cavadovun Azərbaycan Respublikasının Prezidentinin adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin valideynlərinə təqdim olunub.............Davamı

 

 

 

 

 

 

 

 

27 may 2015 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib

Mayın 27-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin Soçi şəhərində (Rusiya Federasiyası) keçirilən növbəti iclasında iştirak edib............Davamı

 

 

 

 

 

 

 

 

27 may 2015 il
Respublika Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı olacaq

Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.
Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcəkdir............Davamı

 

 

 

 

 

 

 

 

27 may 2015 il
Müdafiə naziri Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

 

 

27 may 2015 il
“Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsi və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi haqqında göstərişlərini, Müdafiə nazirinin əmr və sərəncamlarından irəli gələn tələbləri rəhbər tutaraq Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnı müsabiqəsi davam edir............Davamı

 

 

 

 

 

 

 

 

 

 

27 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 may 2015 il
Birliklərdə döyüş atışlı taktiki təlimlər keçirilir - VIDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.
Bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı ələqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur............Davamı

 

 

26 may 2015 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak etmək üçün Soçi şəhərinə gedib

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə yola düşüb.
Mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

 

 

26 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 may 2015 il
Bakıda keçirilən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri - VIDEO

 

 

25 may 2015 il
İmişli rayonunda Qarabağ müharibəsi veteranı Şamil Cəbrayılovla görüş keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü və İmişli rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunda Qarabağ müharibəsi veteranı Şamil Cəbrayılovla görüş keçirilib. Heydər Əliyev Mərkəzinə toplaşan rayon ictimaiyyətinin nümayəndələri, cəbhə bölgələrindən gələn əsgər və zabitlər, qonaqlar igid döyüşçünü alqışlarla qarşılayıblar............Davamı

 

 

 

 

 

 

 

 

 

25 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 may 2015 il
“Xan Naxçıvanski dağında sərkərdə yubileyi” adlı möhtəşəm kütləvi vətənpərvərlik mərasimi keçirilib

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən artıq ölkəmizdə yubiley tədbirlərinə start verilib. “Xan Naxçıvanski dağında sərkərdə yubileyi” adlanan ilk möhtəşəm yubiley mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Göygöl rayon ictimaiyyətinin nümayəndələri və respublikanın ayrı-ayrı bölgələrindən gəlmiş qonaqlar iştirak ediblər...........Davamı

 

 

 

 

 

 

 

 

 

23 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 71 dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 may 2015 il
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimləri - VIDEO

 

 

22 may 2015 il
Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun qərarı ilə 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydaları təsdiq olunub............Davamı

 

 

22 may 2015 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

22 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 may 2015 il
Azərbaycan və Gürcüstanın müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin təşəbbüsü ilə telefon danışığı olub.
Xanım Tinatin Xidaşeli Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında insanların həlak olmasının və yaralanmasının onlarda böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb............Davamı

 

 

 

 

 

 

 

 

21 may 2015 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Füzuli rayonunun Horadiz kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

 

 

 

 

 

 

 

 

21 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 may 2015 il
General-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib

Mayın 20-də Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib...........Davamı

 

 

 

 

 

 

 

 

20 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 may 2015 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Belçika Krallığına səfər edib

Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Tərəfdaşlığın uyarlılıq təşəbbüsü" və "Qətiyyətli dəstək" missiyalarına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində mayın 20-də keçiriləcək görüşlərdə iştirak etmək üçün Belçika Krallığına səfər edib.
Görüşlərdə hərbi əməkdaşlıq, Əfqanıstandakı vəziyyət, əməliyyat şəraitindəki dəyişikliklər və onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər məsələlər müzakirə olunacaqdır.
Səfər mayın 21-dək davam edəcəkdir.

 

 

19 may 2015 il
Azərbaycanın Müdafiə naziri Türkiyənin Hərbi Akademiyalar rəisi ilə görüşüb

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Akademiyalar rəisi, ordu generalı Abdullah Rəcəbin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə inkişaf etdiyini, strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərin gündən-günə möhkəmləndiyini vurğulayıb............Davamı

 

 

 

 

 

 

 

 

19 may 2015 il
Hərbi Liseydə "QANLI YANVAR" bədii filminin təqdimat mərasimi keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə Vahid Mustafayevin rejissorluğu ilə çəkilən "QANLI YANVAR" bədii filminin təqdimat mərasimi keçirilib.
Filmin nümayişindən sonra rejissor, ANS şirkətinin rəhbəri Vahid Mustafayev və filmdə çəkilən bir qrup akyor alqışlarla səhnəyə dəvət olunublar. ANS şirkətinin rəhbəri Vahid Mustafayev kursantlara film barədə məlumat verib...........Davamı

 

 

 

 

 

 

 

 

19 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vazaşen, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qiyaməddinli, Sarıcalı, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 may 2015 il
"Əsgər yaradıcılığı" müsabiqəsinin qalibləri müəyyən olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrin "Əsgər yaradıcılığı" müsabiqəsi keçirilib.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə hazırlanan bu tədbirlər Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində təşkil olunub...........Davamı

 

 

 

 

 

 

 

 

18 may 2015 il
C.Naxcıvanski adına Hərbi Liseydə Milli Qəhrəman Cəlil Səfərovun xatirəsi anılıb

Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun vaxtilə təhsil aldığı C.Naxcıvanski adına Hərbi Liseydə anma tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə klubun foyesində liseyin kursantlarının vətənpərvərlik mövzusunda rəsm əsərləri ilə tanış olublar.
Tədbir ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olan qəhrəmanların xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb...........Davamı

 

 

 

 

 

 

 

 

 

18 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Cəvahirli, Şıxlar, Yusifcanlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 may 2015 il
"Hərb elminin inkişaf perspektivləri" mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib - FOTO - VIDEO

Mayın 16-da Müdafiə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 2015-ci ildə elmi iş planı"na əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Hərb elminin inkişaf perspektivləri" mövzusunda birinci respublika elmi-praktik konfransı keçirilib............Davamı

 

 

 

 

 

 

 

 

16 may 2015 il
Müdafiə naziri yeni tədris və inzibati binaların açılışında iştirak edib - FOTO - VIDEO

Mayın 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsaslı təmir olunmuş yeni tədris və inzibati korpuslarının açılışı mərasimində iştirak edib............Davamı

 

 

 

 

 

 

 

 

16 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 80 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 may 2015 il
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimləri başlayıb.
Mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi izləyiblər............Davamı

 

 

 

 

 

 

 

 

15 may 2015 il
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Naxçıvandadır

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə birgə taktiki təlimlərini izləmək məqsədilə Naxçıvandadır.
Müdafiə naziri təlimlərin növbəti mərhələsini müşahidə etmək üçün Naxçıvan Muxtar Respublikasına səfər edən Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb............Davamı

 

 

 

 

 

 

 

 

15 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu,Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 may 2015 il
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin üçüncü ordu komandanı ilə görüşüb

Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü ordu komandanı, ordu generalı Ümit Dündar ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, qonağı salamlayan Ali Məclisin Sədri birgə hərbi təlimlərin keçirilməsini hər iki ölkənin gücünün, eyni zamanda, Azərbaycan və Türkiyə orduları arasındakı birliyin göstəricisi kimi dəyərləndirib............Davamı

 

 

 

 

 

 

 

 

14 may 2015 il
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərinin döyüş atışı mərhələsi keçirilib - FOTO - VIDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin növbəti, döyüş atışı mərhələsi keçirlib.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb............Davamı

 

 

 

 

 

 

 

 

14 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 91 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Cəvahirli, Şıxlar, Şirvanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 may 2015 il
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri davam edir - VIDEO

Təlimlərə cəlb edilən bölmələr tərəfindən növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementləri praktiki şəkildə həyata keçirilib.............Davamı

 

 

13 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 85 dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Şıxlar, Qaraqaşlı, Mərzili, Cəvahirli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 may 2015 il
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri keçirilir - FOTO - VIDEO

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin ilk mərhələsi keçirlib.
Təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.............Davamı

 

 

 

 

 

 

 

 

12 may 2015 il
Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcəkdir.
Təlimlər mayın 16-dək davam edəcəkdir.

 

 

12 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad, Şirvanlı, Şıxlar, Qaraqaşlı, Mərzili, Cəvahirli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 may 2015 il
Hərbi qulluqçuların andiçmə mərasimi keçirilib

Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Silahlı Qüvvələrin birlikləri, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub............Davamı

 

 

 

 

 

 

 

 

10 may 2015 il
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib..............Davamı

 

 

 

 

 

 

 

 

10 may 2015 il
Bakı qarnizonu hərbi hissələrində yaşıllaşdırma və ağacəkmə tədbirləri keçirilib

Müdafiə Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Bakı qarnizonu ...........Davamı

 

 

 

 

 

 

 

 

 

 

 

10 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 52 dəfə pozub.
Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Mərzili, Qiyaməddinli, Cəvahirli, Sarıcalı, Novruzlu, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 may 2015 il
Hərbi marşların sədaları altında əsgər naharı

Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş Moskva şəhərində keçirilən hərbi paradda iştirak edən digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 70 nəfər hərbi qulluqçusu da vardır.............Davamı

 

 

 

 

 

 

 

 

 

9 may 2015 il
Hərbi qulluqçularımız Moskva şəhərində keçirilən paradda iştirak ediblər

Mayın 9-da Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş Moskva şəhərində keçirilən hərbi paradda iştirak edən digər ölkələrin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 70 nəfər hərbi qulluqçusu da vardır.............Davamı

 

 

 

 

 

 

 

 

 

9 may 2015 il
Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - FOTO - VIDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub və İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.............Davamı

 

 

 

 

 

 

 

 

9 may 2015 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Mayın 11-dən 13-dək Munster şəhərində (Almaniya) artilleriya qoşunlarının təlimində müşahidəçi qismində iştirak, mayın 11-dən 15-dək Ankara şəhərində (Türkiyə) terrorçuluğa qarşı mübarizə çərçivəsində şəbəkələrə hücumlar kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

9 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 may 2015 il
Bölgələrdə Silahlı Qüvvələrin şəxsi heyətinin nizami yürüşü keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə mayın 10-da saat 10:00-dan 14:00-dək Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin nizami keçidi təşkil ediləcək.

 

 

 

 

 

 

 

8 may 2015 il
Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları təşkil olunacaq

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 9-da saat 12:00-dan 14:00-dək və mayın 10-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.............Davamı

 

 

 

 

 

 

8 may 2015 il
Qələbənin 70-ci ildönümü münasibətilə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

 

8 may 2015 il
Hərbi Liseydə ümummilli liderimizin anadan olmasının 92-ci ildönümü qeyd olunub

C.Naxçıvanski adına Hərbi Liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Tədbir Ümummilli Liderimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himni səsləndikdən sonra çıxış edən natiqlər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının yaradılması və odu quruculuğundakı rolundan danışaraq tədbir iştirakçılarına geniş məlumat veriblər. Daha sonra kursantlar Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxışlar edərək şer parçaları söyləyiblər...........Davamı

 

 

 

 

 

 

 

 

8 may 2015 il
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib

General-polkovnik Zakir Həsənovun göstərişinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə, birlik və birləşmələrdə silsilə tədbirlər davam edir.
Gəncə Qarnizonu Zabitlər Evinin növbəti belə tədbiri Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə keçirilib. Konsert proqramını Əməkdar artist Azərin açıq elan edərək, hərbi hissənin şəxsi heyətinə "Azərbaycan" mahnısını ifa edib. Daha sonra səhnəyə Əməkdar artist İlqar Muradov dəvət edilib............Davamı

 

 

 

 

 

 

 

 

8 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Şuraabad, Cəvahirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 may 2015 il
Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş hazırlığı yoxlanılıb - FOTO - VIDEO

I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb............Davamı

 

 

7 may 2015 il
Azərbaycan Hərb Tarixi Muzeyində Ümummilli Liderin anadan olmasının 92-ci ildönümü qeyd olunub

Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın ən yeni tarixinin 30 ildən artıq bir dövrü dövlət idarəçiliyində zəngin təcrübəsi olan əvəzsiz şəxsiyyət, görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Bu fenomen şəxsiyyətin sovet siyasi sistemində hakimiyyətə gəlişi milli ideologiyanın, milli şüurun oyanmasına əvəzsiz töhfə verib. Məhz ümummilli lider Heydər Əliyevin sovet dövründə ölkəmizə müdrik rəhbərliyi nəticəsində Azərbaycan qısa müddətdə geridə qalmış aqrar ölkədən mühüm sənaye respublikasına çevrilib............Davamı

 

 

 

 

 

 

 

 

7 may 2015 il
Şəmkir şəhərində "Vətən Uğrunda!" mahnı müsabiqəsinin ikinci turu keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Vətən uğrunda" hərbi-vətənpərvərlik mahnı müsabiqəsinin II seçim turu baş tutub.
Cəbhəboyu rayonları əhatə edən müsabiqənin seçim turlarında 18-35 yaş arası olan hərbi qulluqçularla yanaşı mülki şəxslər də iştirak edərək öz istedad və bacarıqlarını uğurla nümayiş etdiriblər...........Davamı

 

 

 

 

 

 

 

 

7 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 66 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 may 2015 il
Azərbaycan Respublikasının Müdafiə naziri "İDEF - 2015" sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

Azərbaycan-Türkiyə bölmələrinin birgə təlimləri müzakirə edilib
İstanbul şəhərində keçirilən "İDEF - 2015" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub..............Davamı

 

 

 

 

 

 

 

 

 

6 may 2015 il
Mehdi Hüseynzadənin xatirəsi yad ediləcək

Mayın 7-dən 11-dək Lyublyana (Sloveniya) şəhərində Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə Mehdi Hüseynzadənin xatirəsinə həsr edilmiş anma tədbirləri keçiriləcək.

 

 

6 may 2015 il
C.Naxçıvanski adına Hərbi Liseydə Qələbənin 70 illiyi qeyd olunub

C.Naxçıvanski adına Hərbi Liseydə Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə liseyin şəxsi heyəti, Veteran təşkilatları, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin, şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası ilə başlanan mərasim liseyin kursantlarının rəsm əsərlərinin nümayişi ilə davam etdirilib...........Davamı

 

 

 

 

 

 

 

 

6 may 2015 il
Ali Hərbi Dənizçilik Məktəbində tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyi H.Əliyev adına Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi ilə birgə faşizm üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş "Azərbaycan Böyük Vətən Müharibəsində" adlı tədbir keçirib.
Müharibə veteranları, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən mərasim Dövlət himninin oxunması ilə başlayıb.........Davamı

 

 

 

 

 

 

 

 

6 may 2015 il
Hərbi Dəniz Qüvvələrində ümummilli lider Heydər Əliyevin ildönümü qeyd edilib

Hərbi Dəniz Qüvvələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.
Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən I dərəcəli kapitan Şahin Məmmədov dahi liderimiz, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən, ulu öndərin ölkəmizin...........Davamı

 

 

 

 

 

 

 

 

6 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 55 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 may 2015 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

5 may 2015 il
Azərbaycan Respublikasının Müdafiə naziri "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün mayın 5-də İstanbul şəhərinə gəlib.
Nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.

 

 

 

 

5 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 67 dəfə pozub.
Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 may 2015 il
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin görüşünün yekunlarına dair Protokol imzalanıb

Üçtərəfli Koordinasiya Qrupunun yaradılması qərara alınıb
Ankarada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.............Davamı

 

 

 

 

 

 

 

 

4 may 2015 il
Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək

Mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək.............Davamı

 

 

4 may 2015 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.

 

 

 

 

 

 

 

 

4 may 2015 il
Hərbi hissənin yaranma günü qeyd olunub

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Şəmkir şəhərində yerləşən hərbi hissənin yaranma günü münasibətilə tədbir keçirilib.
İştirakçılar əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbiri açıq elan edən general-leytenant Rövşən Əkbərov çıxış edərək Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatırıb........Davamı

 

 

 

 

 

 

 

 

4 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 62 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, Dovex, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Ağbulaq, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qaraqaşlı, Qiyaməddinli, Füzuli rayonunun Horadiz, Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 59 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, Dovex, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Ağbulaq, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qaraqaşlı, Qiyaməddinli, Füzuli rayonunun Horadiz, Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 may 2015 il
Azərbaycan Respublikasının Müdafiə naziri Ankara və İstanbul şəhərlərində keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyə Respublikasına səfər edəcək

Mayın 3-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə yola düşəcəkdir.
Səfər çərçivəsində, mayın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcəkdir.............Davamı

 

 

 

 

 

 

 

 

2 may 2015 il
Silahlı Qüvvələrdə ümumordu iməciliyi sona çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissələrdə, Əlahiddə Ümumqoşun Ordusunda, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində mayın 2-də təşkil edilən ümumordu iməciliyi sona çatıb.............Davamı

 

 

 

 

 

 

 

 

2 may 2015 il
Müdafiə Nazirliyində Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib - FOTO - VIDEO

Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may faşizm üzərində Qələbənin 70-ci ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Müdafiə naziri görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə, ön və arxa cəbhədə qəhrəmanlıq, böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb..............Davamı

 

 

2 may 2015 il
Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də Silahlı Qüvvələrdə ümumordu iməciliyi keçirilir.
Təsdiq edilmiş plana əsasən şəxsi heyət ümummilli liderimiz Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcəkdir.
Yüksək bayram əhval-ruhiyyəsində hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcəkdir.

 

 

2 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 68 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Paravakar və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində, adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Göyarx, Yarımca, Ağdam rayonunun Şuraabad, Kəngərli, Qaraqaşlı, Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 may 2015 il
Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə naziri hərbi hissələrdə tikinti işlərini yoxlayıb - FOTO - VIDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti və yenidənqurma işləri sürətlə davam etdirilir.
Ali Baş Komandanın tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə aparılan əsaslı tikinti işlərinin gedişatı ilə maraqlanıb.............Davamı

 

 

1 may 2015 il
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb - FOTO - VIDEO

NATO-nun 2015-ci ilin yanvar ayından Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi yeni "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 31 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.............Davamı

 

 

 

 

 

 

 

 

1 may 2015 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Jandarmasının nümayəndəsi ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Jandarma Baş Komandanlığının Qərargah rəisi, korpus generalı İbrahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə naziri qonağı salamlayaraq Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdiyini, strateji tərəfdaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu qeyd edib.............Davamı

 

 

 

 

 

 

 

 

1 may 2015 il
Beyləqanda "Vətən Uğrunda!" mahnı müsabiqəsinin ilk turu keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranma gününə həsr olunan "Vətən uğrunda!" adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirilir.
Tədbirin keçirilməsində əsas məqsəd milli mədəniyyətin və incəsənətin, hərbi ənənələrin təbliği ilə yanaşı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.............Davamı

 

 

 

 

 

 

 

 

1 may 2015 il
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində artilleriya generalı Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə artilleriya general-leytenantı Əlağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə AAHDM-in rəisi, I dərəcəli kapitan Əlimərdan Quliyev əfsanəvi generalın mənalı həyatından və şərəfli döyüş yolundan məlumat verib.............Davamı

 

 

 

 

 

 

 

 

1 may 2015 il
Milli Qəhrəman Ramiz Qəmbərovun xatirəsi yad olunub

Şuşa Rayon İcra Hakimiyyətində Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun xatirəsinə həsr olunan tədbir keçirilib.
Azərbaycan Hərb Tarixi Muzeyi və Şuşa RİH-in birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar............Davamı

 

 

 

 

 

 

 

 

1 may 2015 il

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozub.
Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Şirvanlı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.