30 sentyabr 2014 il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

 

30 sentyabr 2014 il
Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının nümayəndə heyəti ölkəmizə gəlib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında 2014-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasından tibb xidməti polkovniki, professor Türker Çetinin rəbərliyi ilə 6 nəfərlik professor-dosent heyəti sentyabrın 29-dan ölkəmizdə səfərdədir.............Davamı

 

 

 

 

 

 

30 sentyabr 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

30 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə Respublikasında keçirilməsi planlaşdırılır

Sentyabrın 29-da N saylı hərbi hissədə Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi briqada generalı Emin Ayık Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüblər.............Davamı

 

 

 

 

 

 

30 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Oktyabrın 1-dən 2-dək Belqrad şəhərində (Serbiya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə illik konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

30 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 sentyabr 2014 il
Birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçirib - FOTO - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsində hərbi helikopterlər döyüş uçuşları keçiriblər.
Müxtəlif manevrlər yerinə yetirən pilotlar şərti döyüş imitasiya olunmaqla quru qoşunlarına dəstək vermək məqsədilə yer hədəflərinə helikopterlərdən atışlar icra ediblər..............Davamı

 

 

 

 

 

 

 

 

29 sentyabr 2014 il
"Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib

Silahlı Qüvvələrin döyüş hazırlığı planına və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən cəbhə bölgəsində yerləşən N saylı hərbi hissədə Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən təşkil olunan "Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri" mövzusunda elmi-praktik konfrans keçirilib.............Davamı

 

 

 

 

 

 

 

 

29 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Sentyabrın 29-dan oktyabrın 3-dək Bakı şəhərində "Hərbi xidmətkeçmənin idarəolunması və peşəkar hazırlıq" mövzusunda seminar, oktyabrın 10-dək Budapeşt şəhərində (Macarıstan) "NATO-nun hərbi-mülki əməkdaşlıq üzrə səhra mütəxəssisi" kursu və Buxarest şəhərində (Rumıniya) Sülhü dəstəkləmə əməliyyatları kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

29 sentyabr 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 30-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Peter Svedberq keçirəcəklər.

 

 

 

 

 

 

 

 

29 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 sentyabr 2014 il
Şəhid oğlu, şəhid leytenant Allahverdi Əbülfəz oğlu Baxışlının dəfn mərasimi keçirilib

Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində döyüş postunda şəhid olmuş leytenant Allahverdi Baxışlı bu gün Hacıqabul rayonunda dəfn edilib.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Hacıqabul rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.............Davamı

 

 

 

 

 

 

28 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kurapatkino kəndləri yaxınlığında yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 sentyabr 2014 il
Məlumat

Sentyabrın 27-də saat 10.25 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Düşmən tərəfindən atılan atəşdən Silahlı Qüvvələrimizin 1991-ci ildə Hacıqabul rayonunda anadan olan zabiti, leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu döyüş postunda şəhid olub.............Davamı

 

 

27 sentyabr 2014 il
Bərdə şəhərində hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib

Bərdə şəhərinin mərkəzi meydanında Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Hər şey ordu üçün, hər şey qələbə üçün" adlı hərbi vətənpərvərlik tədbiri keçirilib.
Mərasim iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar..............Davamı

 

 

 

 

 

 

 

 

27 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı təyyarəçilər döyüş uçuşları icra edərək şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlər yerinə yetiriblər - VİDEO

 

 

26 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonularının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin təlimlərindən video görüntü

 

 

25 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Kəngərli və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin təlimlərindən video görüntü

 

 

24 sentyabr 2014 il
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə F-16 təyyarələrində uçuşlar keçirirlər

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir.
Bu gün təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları ilk dəfə olaraq ikiyerli döyüş-təlim F-16 tipli qırıcı təyyarələrində Türkiyə pilotları ilə birgə uçuşlar yerinə yetiriblər.................Davamı

 

 

 

 

 

 

 

 

24 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 sentyabr 2014 il
Məlumat

Sentyabrın 23-də saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən tərəfindən atılan snayper atəşindən həlak olub................Davamı

 

 

 

 

 

 

 

 

23 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları döyüş uzlaşması imkanlarını yoxlayıblar - FOTO - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib.
Təlimlərdə iştirak edən Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları Azərbaycan pilotları ilə birgə ikiyerli döyüş-təlim MiQ-29 tipli qırıcı təyyarələrində ölkəmizin hava məkanındakı uçuş zonaları, ərazidəki hərbi aerodromların qalxma-enmə zolaqları, marşrut üzrə aeronaviqasiya vəziyyəti, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.................Davamı

 

 

 

 

 

 

 

 

22 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri sentyabrın 22-dən 26-dək Tbilisi şəhərində (Gürcüstan) "Eternity - 2014" kompüter dəstəkli komanda-qərargah təlimində və sentyabrın 23-dən oktyabrın 2-dək Brunssum şəhərində (Niderland Krallığı) "Trident joust 2014" təkmilləşdirilmiş müşahidəçi proqramında iştirak edəcəklər.

 

 

22 sentyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri davam edir - FOTO - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri bu gün də davam edib.
Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanları yerinə yetirilib.................Davamı

 

 

 

 

 

 

 

 

 

 

 

20 sentyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərindən video görüntü

 

 

20 sentyabr 2014 il
Müdafiə naziri Litva Respublikasının ölkəmizdəki səfirini qəbul edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Valdas Lastauskası qəbul edib.
Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib................Davamı

 

 

 

 

 

 

 

 

 

 

20 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 sentyabr 2014 il
İrimiqyaslı təlimlərin video görüntüsü

 

 

19 sentyabr 2014 il
Müdafiə naziri Azərbaycan və Türkiyə HHQ-nin təlimdə iştirak edən şəxsi heyət ilə görüşüb

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti irimiqyaslı birgə təlimlərdə iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.
Müdafiə naziri təlimlərdə iştirak edən uçuş və texniki heyətlə görüşüb, döyüş aviasiyasına baxış keçirib və müxtəlif təyinatlı atəş sistemlərinin hazırlıq səviyyəsi ilə maraqlanıb...............Davamı

 

 

 

 

 

 

 

 

19 sentyabr 2014 il
Bakıda "Silahlı Qüvvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-Almaniya ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən "Silahlı Qüvələr demokratik cəmiyyətdə" mövzusunda seminar keçirilib.
Seminarda dünyanın bəzi aparıcı dövlətlərinin Silahlı Qüvvələrinin yaradılması, inkişafı, modernləşdirilməsi, təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsi, NATO-ya üzv dövlətlərin bu sahədə təcrübəsi və digər məsələlər barədə müzakirələr aparılıb..............Davamı

 

 

 

 

 

 

 

 

19 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 sentyabr 2014 il
Türkiyə Hərbi Hava Qüvvələrinin təlimlərdə iştirak edəcək aviasiyası Azərbaycandadır

İrimiqyaslı birgə taktiki təlimlərin növbəti mərhələsində iştirak etmək üçün Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri sentyabrın 18-də Azərbaycana gəlib.
Sentyabrın 19-da keçiriləcək təlimlərin növbəti mərhələsində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitələri, o cümlədən, MiQ-29, F-16 qırıcı, Su-25 hücum və C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-24, AH-1W Super Cobra döyüş və Mi-17, Sikorski UH-60 döyüş-nəqliyyat helikopterləri iştirak edəcəklər..................Davamı

 

 

 

 

 

 

 

 

 

18 sentyabr 2014 il
İrimiqyaslı təlimlərin növbəti mərhələsi keçirilib

Təlimin növbəti mərhələsi çərçivəsində döyüş texnikasının və qoşunların müdafiə olunan düşmən üzərinə hücuma keçməsi, daimi və qarşılıqlı əlaqə, bölmələrin əsas istiqamətdə, vaxtında cəmləşməsi və atəşin hərəkətlə uyğunlaşdırılması üzrə tapşırıqlar yerinə yetirilib.................Davamı

 

 

 

 

 

 

 

 

 

18 sentyabr 2014 il
İrimiqyaslı təlimlər davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.
Təlimlərdə iştirak edən Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən dağlıq ərazidə hücum əməliyyatının təşkili.................Davamı

 

 

 

 

 

 

 

 

 

18 sentyabr 2014 il
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikasının hərbi tədris müəssisələrinin zabit, gizir və kursantlarından ibarət nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.................... Davamı

 

 

 

 

 

 

 

 

 

 

18 sentyabr 2014 il
Azərbaycanın Əməkdar artist Azərin təlim iştirakçıları qarşısında çıxış edib

Keçirilən irimiqyaslı təlimlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və asudə vaxtının təşkilinə də xüsusi diqqət yetirilir.
Bu məqsədlə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı təlimlərə cəlb olunmuş ehtiyatdan çağırılan hərbi vəzifəlilər qarşısında mədəni-kütləvi tədbir keçirilib.................... Davamı

 

 

 

 

 

 

 

 

 

 

18 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 sentyabr 2014 il
İrimiqyaslı təlimlər davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən başlayan irimiqyaslı təlimlərin bu gün növbəti mərhələsi keçirilib.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.................Davamı

 

 

 

 

 

 

 

 

17 sentyabr 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

17 sentyabr 2014 il
Hərbi qulluqçuların qida rasionunun gücləndirilməsi məqsədilə milli yeməklərə üstünlük verilir

Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir.
Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərib..................Davamı

 

 

 

 

 

 

 

 

17 sentyabr 2014 il
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə 15 sentyabr 1918-ci lidə Bakının erməni daşnaklarından, bolşeviklərdən və yadelli işğalçılardan azad edilməsi günü münasibətilə tədbir keçirilib................... Davamı

 

 

 

 

 

 

 

 

 

 

17 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 sentyabr 2014 il
Müdafiə naziri təlimlərə ehtiyatdan çağırılan hərbi vəzifəlilərlə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib.................Davamı

 

 

 

 

 

 

 

 

16 sentyabr 2014 il
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə təlim bölgəsində müşavirə keçirilib.
Müşavirədə təlimlərə cəlb edilən birləşmə və hərbi hissələrin komandir və rəis heyətinin təlimlərdə fəaliyyətləri, planları və qəbul etdikləri qərarları barədə məruzələri dinlənilib.
Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib................Davamı

 

 

 

 

 

 

 

 

16 sentyabr 2014 il
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan kursantların andiçmə mərasimi keçirilib.
Hərbi məktəbin şəxsi heyətinin, kursantların valideynlərinin iştirakı ilə keçirilən təntənəli mərasimdə Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib ...............Davamı

 

 

 

 

 

 

 

 

16 sentyabr 2014 il
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bilik günü qeyd edilib

Yeni tədris ilinin başlanması və Bilik günü münasibəti ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib.
Əvvəlcə üçrəngli bayrağımız fəxri qarovulun müşayiəti ilə sıra meydanına gətirilib. Dövlət himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi açıq elan edilib.
Sonra ilk dəfə əyninə hərbi forma geyinmiş gələcəyin zabitləri sıra meydanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərin və ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. ...............Davamı

 

 

 

 

 

 

 

 

16 sentyabr 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 17-də Goranboy rayonu Gülüstan kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik-leytenant Tuncay Sevim keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi polkovnik Markus Uidmer keçirəcəklər.

 

 

 

 

 

 

 

 

16 sentyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şirvanlı kəndi ərazisində yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 sentyabr 2014 il
Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri davam edir...............Davamı

 

 

 

 

 

 

 

 

15 sentyabr 2014 il
Bakıda "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu keçirilir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-nun Psixoloji Əməliyyatları" mövzusunda təlim kursu başlayıb.
Kursda Silahlı Qüvvələrimizin ayrı-ayrı qoşun növlərini təmsil edən zabitlər iştirak edərək yeni bilik və vərdişlər qazanacaq, psixoloji əməliyyatların keçirilməsilə bağlı bacarıqlarını................Davamı

 

 

15 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Sentyabrın 15-dən 19-dək Bakı şəhərində "Silahlı Qüvvələr demokratiyada" mövzusunda seminar, Qarmiş-Partenkirxen şəhərində (Almaniya) "Maddi Texniki Təminat üzrə qarşılıqlı uyarlılıq" mövzusunda simpozium, 22-dək Zaqreb şəhərində (Xorvatiya) "Strike 2014" təlimində müşahidəçi qismində iştirak, 26-dək isə Souda şəhərində (Yunanıstan) "Hərbi dəniz əməliyyatları üzrə terminologiya" kursu və Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil testi seminarı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

15 sentyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Novruzlu, Sarıcalı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 sentyabr 2014 il
Müdafiə naziri yeni tədris ili ilə əlaqədar hərbi məktəblərdə olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti yeni tədris ilinə hazırlıq vəziyyətinin yoxlanılması ilə əlaqədar Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olub. Əvvəlcə ümummilli lider Heydər Əliyevin məktəbin ərazisində ucaldılmış abidəsi önünə Müdafiə naziri tərəfindən gül dəstələri qoyulub, xatirəsinə hörmət və ehtiram ifadə olunub.
Müdafiə nazirinə ali hərbi təhsil müəssisəsinin baş planı göstərilib, qərargah və digər inzibati binalar, həmçinin məktəbin ərazisində yerləşən infrastruktur haqqında ətraflı məlumat verilib.
Müdafiə naziri məktəbin yeni təmir olunmuş, müasir avadanlıqlar və stendlərlə təchiz edilmiş tədris korpuslarında, müxtəlif kafedralarda və fənn kabinələrində tədrisin maddi-texniki şəraitinə baxış keçirib, o cümlədən yeməkxana, yataqxana və inzibati binalarda olub................Davamı

 

 

 

 

 

 

 

 

 

 

13 sentyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Çin Xalq Respublikasının nümayəndələrini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası "Ümumiçin İdxal-İxrac Dəqiq Maşınqayırma" korporasiyası idarə heyətinin vitse-prezidenti cənab Van Suçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib...............Davamı

 

 

 

 

 

 

12 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Respublikasının nümayəndəsini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bəhreyn Krallığı Müdafiə Qüvvələri Komandanının müdafiə məsələləri üzrə məsləhətçisi general-mayor Əbdüləziz bin Əhməd Əl-Xəlifəni qəbul edib.............Davamı

 

 

 

 

 

 

12 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Çexiya Respublikası Müdafiə nazirinin müavinini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çexiya Respublikası Müdafiə nazirinin müavini cənab Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib...............Davamı

 

 

 

 

 

 

 

12 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktoratlığının rəisini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktoratlığının rəisi general Stefan Rebin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib................Davamı

 

 

 

 

 

 

12 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Koreya Respublikasının nümayəndəsini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Koreya Respublikası Müdafiə Təminatı Proqramı Administrasiyasının nazir müavini cənab Kim Çul Sunu qəbul edib...............Davamı

 

 

 

 

 

 

 

12 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri İran İslam Respublikasının Müdafiə Sənayesi Təşkilatının baş direktorunu qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Müdafiə Sənayesi Təşkilatının baş direktoru briqada generalı Qasım Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib...............Davamı

 

 

 

 

 

 

 

 

 

12 sentyabr 2014 il
Silahlı Qüvvələrdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən, Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki və komanda-qərargah təlimləri keçiriləcək...............Davamı

 

 

 

 

 

 

12 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Belarusiya Respublikasının Müdafiə Nazirliyinin nümayəndələrini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarusiya Respublikasının Müdafiə nazirinin silahlanma üzrə müavini general-mayor İqor Lotenkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib..............Davamı

 

 

 

 

 

 

 

 

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Malaziyanın Müdafiə Nazirliyinin nümayəndə heyətini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Malaziya Müdafiə nazirinin müavini cənab Datuk Abdul Rahim Bakrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub.............Davamı

 

 

 

 

 

 

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədrini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Milli Mühəndislik və Elm Komitəsinin sədri cənab Mahammad İrfan Burneyi qəbul edib............Davamı

 

 

 

 

 

 

 

 

 

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Draqo Lovriçi qəbul edib............Davamı

 

 

 

 

 

 

 

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndə heyətini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib...........Davamı

 

 

 

 

 

 

 

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin nümayəndə heyətini qəbul edib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin İdarə rəisi cənab Vladimir Artemyevi qəbul edib............Davamı

 

 

 

 

 

 

 

 

11 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının Milli Müdafiə naziri ilə görüşüb

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub...........Davamı

 

 

 

 

 

 

 

11 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 sentyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri İsrailin Müdafiə nazirini qəbul edib

Sentyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri cənab Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.

 

 

 

 

 

10 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

8 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Novruzlu, Cəvahirli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 sentyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 sentyabr 2014 il
Ermənistan Müdafiə Nazirliyinin bəyanatına cavab

Müdafiə Nazirliyi bildirir ki, Yerevandakı hərbi-siyasi rejim növbəti dəfə Ermənistan Müdafiə Nazirliyinin yaydığlı bəyanatla bu ölkədəki acınacaqlı vəziyyəti etiraf etmək məcburiyyətində qalıb.
Həqiqətən də ağır iqtisadi vəziyyət, yoxsulluq səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi, demoqrafik durum, kütləvi miqrasiya Ermənistandakı sosial-iqtisadi şəraiti partlayış həddinə çatdırıb........Davamı

 

 

6 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Baş Qərvənd, Sarıcalı, Şuraabad kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şurabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Sentyabrın 5-dən 13-dək Ekenas şəhərində (Finlandiya) Böhranların idarə edilməsi üzrə çoxmillətli NOCO 2014 təlimi keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

4 sentyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 sentyabr 2014 il
Qusarda keçirilən uşaqların yay düşərgəsi sona çatıb

Sentyabrın 2-da Müdafiə Nazirliyi ilə Səbail Rayon İcra Hakimiyyətinin birgə Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsdə iki həftə ərzində davam edən "Gənc Heydərçilər" hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi layihəsinin rəsmi bağlanış mərasimi keçirilib................. Davamı

 

 

 

 

 

 

 

 

3 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən Tərtər rayonunun Göyarx kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 sentyabr 2014 il
Qoşunların təmas xəttində Ermənistan vətəndaşı saxlanılıb

Avqustun 26-da Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.
Könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.
İlkin araşdırma nəticəsində məlum olub ki, Ermənistan Respublikasının Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O, bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.......Davamı

 

 

 

 

1 sentyabr 2014 il
Şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Sentyabrın 1-də şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunun ilk buraxılışına həsr olunmuş mərasim keçirilib. Əvvəlcə mərasim iştirakçıları Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını, Birinci və İkinci Şəhidlər Xiyabanlarında uyuyan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyində təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatların təqdim olunması mərasimi ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb...............Davamı

 

 

 

 

 

1 sentyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Sentyabrın 1-dən 5-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, Ştutqart şəhərində (Almaniya) Hüquq üzrə 7-ci beynəlqalx konfrans, sentyabrın 12-dək isə Ankara şəhərində (Türkiyə) Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

1 sentyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd və Cəbarayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.