31 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şuraabad, Novruzlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 oktyabr 2014 il
Şəmkir şəhərində "Əsgər Şöhrəti" bayramı keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Dövlət Bayrağı meydanında "Bu gün gərək hər anımız vətən desin!" devizi altında "Əsgər Şöhrəti" bayramı keçirilib.............Davamı

 

 

 

 

 

 

 

 

 

 

30 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 17 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 oktyabr 2014 il
C.Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Bakı metropoliteninin "Ulduz" və "N.Nərimanov" stansiyaları arasında hərəkət edən qatarda 1995-ci ilin oktyabr ayının 28-də baş vermiş faciə zamanı zərərçəkmiş insanları xilas edərkən həlak olmuş hərbi qulluqçuların xatirəsi yad edilib................Davamı

 

 

 

 

 

 

 

 

 

29 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 oktyabr 2014 il
Cəbhə bölgəsində yerləşən hərbi hissələrin hazırlıq səviyyəsi yoxlanılır - FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xətti boyunca yerləşən hərbi hissələrin hazırlıq səviyyəsinin yoxlanılmasını davam etdiriblər................Davamı

 

 

28 oktyabr 2014 il
Veteranların vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rolu var

Son aylarda cəmiyyətdə Silahlı Qüvvələrimizə inam nəzərəçarpacaq dərəcədə artıb. Dövlət qurumları ilə yanaşı, ayrı-ayrı ictimai təşkilatlar da fəaliyyətlərini məhz ordu ilə xalqın birliyinə, gənc nəslin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə yönəltməkdədir................Davamı

 

 

 

 

 

 

 

 

 

 

28 oktyabr 2014 il
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin nümayəndə heyəti Gülhanə Hərbi Tibb Akademiyasında olub

Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında qarşılıqlı təcrübə mübalədisində olublar................Davamı

 

 

 

 

 

 

 

 

 

 

28 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Kəngərli, Cəvahirli, Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 oktyabr 2014 il
Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsini yoxlayır

Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 27-dən başlayaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrin döyüşə hazırlıq səviyyəsinin yoxlanılmasını həyata keçirir...............Davamı

 

 

 

 

 

 

 

 

 

27 oktyabr 2014 il
Şəhid Aydın Abdullayev ölümündən sonra medalla təltif olunub

2013-cü ilin oktyabr ayının 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayevin il mərasimi keçirilib.
Oktyabrın 26-da keçirilən mərasimdə Müdafiə Nazirliyi, rayon icra hakimiyyəti, hərbi hissənin nümayəndələri də iştirak ediblər...............Davamı

 

 

 

 

 

 

 

 

 

27 oktyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Oktyabrın 28-dən 30-dək Budapeşt şəhərində (Macarıstan) İlkin tibbi yardım zabitlərini hazırlayan təlimatçılar üçün simpozium və Doha şəhərində (Qətər) "Yırtıcı Şahin – 2015" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

27 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.
Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 oktyabr 2014 il
Müdafiə naziri mühəndis-istehkam hərbi hissəsinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb

Azəbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin daim diqqət və qayğısı əhatəsində olan Silahlı Qüvvələr müasir döyüş texnikası ilə təmin edilir və davamlı olaraq hərbi hissələrdə təmir-tikinti işləri aparılır.
Oktyabrın 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov mühəndis-istehkam hərbi hissəsində olaraq aparılan işlərin vəziyyəti ilə maraqlanıb.............Davamı

 

 

 

 

 

 

 

 

 

25 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.
Erməni silahlı bölmələri Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 oktyabr 2014 il
Hərbi qulluqçuların məişət şəraiti və əşya təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, çöl və stasionar şəraitdə yerləşən hərbi hissələrin maddi-texniki təminatının gücləndirilməsi və müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində fəaliyətlər davam etdirilir.
Ali Baş Komandanın bu sahədə işlərin sürətləndirilməsi məqsədilə verdiyi tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar qısa müddət ərzində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən konkret tədbirlər həyata keçirilib.
Belə ki, hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir. Bundan əlavə pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə də fərqlənirlər..............Davamı

 

 

 

 

 

 

 

 

 

23 oktyabr 2014 il
Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında olub

Oktyabrın 21-i və 22-də Ərzurum şəhərində yerləşən Türkiyə Respublikası Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-polkovnik Şərəf Önqayın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan şəhərində səfərdə olub.
Nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin muzeyini ziyarət ediblər. Sonra qonaqlar Şəhidlər xiyabanını və Türk şəhidləri abidəsini ziyarət edərək öz ehtiramlarını bildiriblər................Davamı

 

 

 

 

 

 

 

 

 

 

23 oktyabr 2014 il
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlaması ilə bağlı - VİDEO

 

 

23 oktyabr 2014 il
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilmiş Hərbi Dəniz Qüvvələrinin gəmilərində olub.
Hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn Müdafiə nazirini Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib.............Davamı

 

 

 

 

 

 

 

 

23 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında, həmçinin Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 oktyabr 2014 il
Müdafiə naziri İspaniya Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkilini qəbul edib

Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarezi qəbul edib.
Regionda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri barədə ispaniyalı qonağı məlumatlandıran Müdafiə naziri iki ölkə arasında hərbi əlaqələrin həm NATO proqramları, həm də ikitərəfli əməkdaşlıq əsasında həyata keçirildiyini və bu münasibətlərin genişləndirilməsi istiqamətində davamlı addımların atılmasını xüsusi vurğulayıb..............Davamı

 

 

 

 

 

 

 

22 oktyabr 2014 il
Müdafiə naziri Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkilini qəbul edib

Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kolumbiya Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Assad Xose Xater Penanı qəbul edib.
Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb...........Davamı

 

 

 

 

 

 

 

 

 

22 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, həmçinin Füzuli, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 oktyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 22-də Ramştayn şəhərində (Almaniya) Hərbi Hava Qüvvələri Komandanlarının konfransında, oktyabrın 22-dən 23-dək isə İstanbul şəhərində (Türkiyə) keçiriləcək Regional təlim-2014 yüksək səviyyəli müşahidəçilər günündə iştirak edəcəklər.

 

 

21 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 oktyabr 2014 il
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının gəmilərinin ölkəmizə səfəri başa çatıb

Oktyabrın 16-dan başlayan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri oktyabrın 20-də başa çatıb............Davamı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20 oktyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Oktyabrın 20-dən 21-dək Rukla şəhərində (Litva) Juozas Luksa Quru Qoşunları Təlim Mərkəzi və mərkəzdə təşkil olunan sərrast atıcılıq kursu ilə tanışlıq səfəri, oktyabrın 20-dən 24-dək İstanbul şəhərində (Türkiyə) Türkiyə Hərbi Dəniz Qüvvələrinin fərdi tədris sistemi ilə tanışlıq və təcrübə mübadiləsi, İzmir şəhərində (Türkiyə) Əldə hazırlanmış partlayıcı qurğuların istifadə olunduğu yüksək təhlükəli mühitdə taktiki əməliyyatların aparılması kursu, Brüssel şəhərində (Belçika) Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu, oktyabrın 21-dən noyabrın 13-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim-2014" yekun planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

20 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Füzuli, Xocavənd və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 oktyabr 2014 il
Rusiya Federasiyası Xəzər Dəniz Donanması gəmilərinin Bakıya səfəri davam edir

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri davam edir.
Oktyabrın 17-də gəmilərin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar............Davamı

 

 

 

 

 

 

 

 

18 oktyabr 2014 il
Naxçıvan Qarnizonunun Zabitlər Evində bayram tədbiri keçirilib

Naxçıvan Qarnizonunun Zabitlər Evində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib..............Davamı

 

 

 

 

 

 

 

 

 

 

 

18 oktyabr 2014 il
"GƏL TANIŞ OLAQ, BİZ BU YURDUN MÜDAFİƏÇİLƏRİYİK!"

Bu gün Azərbaycan Respublikası regionun ən güclü ordusuna sahibdir. Bütün bunlar isə Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının və şəxsi heyətin mənəvi-psixolji durumunun, döyüş qabiliyyətinin yüksək səviyyədə olmasından xəbər verir..............Davamı

 

 

 

 

 

 

 

 

 

18 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 oktyabr 2014 il
Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi razılaşdırılıb

Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib.
Danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi cənab İosif Cikia rəhbərlik ediblər...........Davamı

 

 

 

 

 

 

17 oktyabr 2014 il
Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsinin yoxlanılır - VİDEO

 

 

17 oktyabr 2014 il
18 oktyabr - Dövlət müstəqilliyi günü münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

 

17 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Ağdam rayonunun Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 oktyabr 2014 il
Rusiyanın hərbi gəmilərinin nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirib - FOTO - VİDEO

Oktyabrın 16-da Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin şəhərimizdə görüşləri başlayıb.
Nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub, bir sıra görüşlər keçiriblər...............Davamı

 

 

 

 

 

 

 

16 oktyabr 2014 il
Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə müəyyən olunmuş qrafikə uyğun Silahlı Qüvvələrin birləşmə və hərbi hissələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.
Keçirilən yoxlama zamanı şəxsi heyətin və döyüş texnikasının vəziyyətinə, o cümlədən Silahlı Qüvvələrin qarşısında duran döyüş tapşırıqlarının yerinə yetirilməsinə diqqət yönəldiləcək..............Davamı

 

 

 

 

 

 

 

16 oktyabr 2014 il
Monitorinq zamanı Ermənistan tərəfindən atəş səsləri eşidilib

Oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.
Monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədirləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), elecə də ABŞ təmsilçisi C.Uorlikin köməkçisi David Salvo ilə görüşüblər.
Qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin, yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxalanılmasından narazılıqlarını ifadə ediblər.
Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb. Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.

 

 

16 oktyabr 2014 il
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi Bakı şəhərinə gəlib

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri başlayıb.
Hərbi orkestrin müşayiəti ilə sahilə yan alan Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıb.............Davamı

 

 

 

 

 

 

 

 

16 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 oktyabr 2014 il
Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun Azərbaycan Respublikasına rəsmi səfərindən video reportaj

 

 

15 oktyabr 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 16-da Qazax rayonu Bala Cəfərli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Peter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Simon Tiller keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupunun həmsədirləri – İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), Ceyms Uorlik (ABŞ), elecə də C.Uorlikin köməkçisi David Salvo, İ.Popovun köməkçisi Yelena Kravçenko 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsindən təmas xəttinin qarşı tərəfinə keçməyi planlaşdırırlar.

 

 

15 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 12 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Şuraabad, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 oktyabr 2014 il
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Müdafiə nazirləri kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirib

Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında danışıqlar başa çatdıqdan sonra brifinq keçirilib.
Brifinqdə çıxış edən general-polkovnik Zakir Həsənov görüşdə səmərəli danışıqlar aparıldığını, beynəlxalq və regional təhlükəsizlik, habelə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib.............Davamı

 

 

 

 

 

 

 

13 oktyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyasının Müdafiə nazirini qəbul edib

Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizə rəsmi səfərə gəlmiş Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunu qəbul edib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar............Davamı

 

 

 

 

 

 

 

 

13 oktyabr 2014 il
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının iki gəmisi ölkəmizə səfər edəcək

Oktyabrın 16-da Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya rəsmi səfəri planlaşdırılır.
Səfər ərzində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən nümayəndə heyəti qəbul olunacaq və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.
Gəmi heyətinin proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərinə gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər oktyabrın 19-dək davam edəcək.

 

 

13 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 oktyabr 2014 il
Rusiya Federasiyasının Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək

Oktyabrın 13-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü və iki ölkənin Müdafiə Nazirliyi arasında 2015-ci il üçün Əməkdaşlıq Planının imzalanması planlaşdırılır.

 

 

 

 

 

 

 

 

11 oktyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Oktyabrın 12-dən 17-dək Ellvaqen şəhərində (Almaniya) "Müxtəlifliyə uyğunlaşma: Dil təlimi ilə bağlı təkmilləşmiş yanaşma" mövzusunda seminar, 13-dən 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Türkiyə Hərbi Dənizçilik Məktəbi arasında müəllim mübadiləsi, 13-dən 24-dək Vışkov şəhərində (Çexiya) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu, İstanbul şəhərində (Türkiyə) Funksional vəzifələr üzrə təlim, 14-dən 18-dək İstanbul şəhərində (Türkiyə) NATO kollektiv regional təliminin (REGEX-14) 7-ci planlaşdırma görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

11 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 oktyabr 2014 il
Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın nəticələri, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadənin rəhbərliyi altında oktyabrın 10-da Müdafiə Nazirliyində müşavirə keçirilib..........Davamı

 

 

 

 

 

 

 

10 oktyabr 2014 il
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb

Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb...........Davamı

 

 

 

 

 

 

 

 

 

 

10 oktyabr 2014 il
Müdafiə Nazirliyində 2014-cü ilin doqquz ayının yekunlarına həsr olunmuş toplantı keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə oktyabrın 10-da Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib...........Davamı

 

 

10 oktyabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Çaylı, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Ağdam rayonunun Cəvahirli kəndləri yaxınlığında, Xocavənd və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub

***

9 oktyabr 2014 il
Litva Respublikasının Milli Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Oktyabrın 9-da Litva Respublikasının Milli Müdafiə naziri cənab Yuozas Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Qonaqlar Ümummilli Liderimiz Heydər Əliyevin hospitalın ərazisində ucaldılmış büstü önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər............Davamı

 

 

 

 

 

 

 

 

9 oktyabr 2014 il
Məlumat

Oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Hadisə nəticəsində Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

 

 

9 oktyabr 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

9 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 oktyabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Litva Respublikasının Milli Müdafiə nazirini qəbul edib

Oktyabrın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Milli Müdafiə naziri cənab Yuozas Olekası qəbul edib.
Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.............Davamı

 

 

 

 

 

 

 

 

 

 

8 oktyabr 2014 il
Əfqanıstana gedən sülhməramlılarımızın yolasalma mərasimi keçirilib

Oktyabrın 8-də Bakıda yerləşən "N" saylı hərbi hissədə Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.............Davamı

 

 

 

 

 

 

 

 

 

 

 

8 oktyabr 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 9-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 

 

 

 

 

 

 

 

 

 

8 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 oktyabr 2014 il
Gəncə şəhərində yerləşən hərbi hospitalda Qurban bayramı qeyd edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissələrdə silsilə Qurban bayramı tədbirləri keçirilir. "N" saylı hərbi hospitalda Qurban bayramına həsr olunmuş tədbir keçirilib..............Davamı

 

 

 

 

 

 

 

 

 

 

6 oktyabr 2014 il
Hərbi hissədə müqəddəs Qurban bayramı təntənə ilə qeyd edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissələrdə Qurban bayramı tədbirləri keçirilir.
Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə Qurban bayramına həsr olunmuş tədbirdə çıxış edən polkovnik Elşad Əbilov Müdafiə nazirinin və birlik komandirinin bayram təbriklərini, polkovnik Gəray Bağırov isə hərbi hissə komandirinin bayram əmrini şəxsi heyətə çatdırıblar..............Davamı

 

 

 

 

 

 

 

 

6 oktyabr 2014 il
Hərbi Dəniz Qüvvələrində Qurban bayramı münasibəti ilə tədbir keçirilib

Qurban bayramı münasibətilə Hərbi Dəniz Qüvvələrində tədbir keçirilib. Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibəti ilə təbriki çatdırıldıqdan sonra, bayramın tarixi barədə şəxsi heyətə məlumat verilib.............Davamı

 

 

 

 

 

 

 

 

 

6 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 oktyabr 2014 il
Müdafiə nazirinin əmri ilə şəhid Allahverdi Baxışlı medalla təltif edilib

Sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində döyüş postunda şəhid olmuş Silahlı Qüvvələrimizin zabiti leytenant Baxışlı Allahverdi Əbülfəz oğlu Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medalla təltif olunub.............Davamı

 

 

 

 

 

 

 

 

 

5 oktyabr 2014 il
Müdafiə naziri Beynəlxalq Müəllimlər Günü münasibətilə xüsusi təyinatlı təhsil müəssisələrinin pedoqoji heyətini təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində çalışan professor-müəllim heyətini təbrik edib.
Müdafiə Nazirinin əmrinə əsasən hərbi təhsilin inkişafı və bu sahədə xidmətlərinə görə fəqlənən pedoqoji kollektivin bir qrup üzünə təşəkkür elan edilib, Fəxri fərman və mükafatlar təqdim olunub.

 

 

5 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 oktyabr 2014 il
Litva Respublikasının Milli Müdafiə naziri ölkəmizə rəsmi səfərə gələcək

Oktyabrın 8-də Litva Respublikasının Milli Müdafiə naziri cənab Yuozas Olekas Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Cənab Y.Olekasın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ilə tanışlığı da gözlənilir.
Səfər oktyabrın 10-dək davam edəcək.

 

 

 

 

 

 

 

 

 

4 oktyabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Oktyabrın 6-dan 16-dək Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya seminarı və 17-dək İstanbul şəhərində (Türkiyə) Azərbaycan Hərbi Dəniz Qüvvələri şəxsi heyətinin Türkiyə Hərbi Dəniz Qüvvələri Tərsanələrində stajkeçmə təlimi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

4 oktyabr 2014 il

Erməni silahlı bölmələri bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 oktyabr 2014 il
Ehtiyatda və İstefada Olan Zabitlərin Təşkilatlarının Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyətilə görüş keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının dəvətilə ölkəmizə səfərə gəlmiş Ehtiyatda və İstefada olan Zabitlərin Təşkilatlarının Beynəlxalq Məsləhətləşmə Komitəsinin nümayəndə heyətilə görüş keçirilib. Qonaqlara əvvəlcə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi barədə məlumat verilib.............Davamı

 

 

 

 

 

 

 

 

 

3 oktyabr 2014 il
Azərbaycanla Birləşmiş Krallıq arasında hərbi əməkdaşlıq Planı imzalanıb

Oktyabrın 3-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında Qərargah danışıqları keçirilib.
Tədbirdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektiviəri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb............Davamı

 

 

 

 

 

 

3 oktyabr 2014 il
Məlumat

Ermənistan Respublikasının kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir..............Davamı

 

 

3 oktyabr 2014 il
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri başa çatıb

Sentyabrın 19-dan başlayan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri oktyabrın 3-də başa çatıb.

 

 

3 oktyabr 2014 il
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində bayram tədbiri keçirilib

Müdafiə Nazirliyi H.Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivi Beynəlxalq Müəllimlər günü və Qurban bayramı münasibəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin pedoqoji kollektivi ilə birgə təntənəli bayram tədbiri keçirilib..............Davamı

 

 

 

 

 

 

 

 

 

3 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 oktyabr 2014 il
Məlumat

Ermənistan kütləvi informasiya vasitələri 2013-cü ilin avqust ayında qoşunların təmas xəttində hərbiçilərimiz tərəfindən saxlanılan və cari ilin avqust ayında Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın Yerevana geri qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar yayıblar..............Davamı

 

 

2 oktyabr 2014 il
Qurban bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

 

2 oktyabr 2014 il
Beyləqanda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib

Oktyabrın 1-də Beyləqan şəhərindəki Heydər Əliyev meydanında Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yola salınması mərasimi keçirilib.
Mərasim təntənəli marşın sədaları altında dövlət bayrağının meydana gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.............Davamı

 

 

 

 

 

 

 

2 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 oktyabr 2014 il
Müdafiə naziri Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri təyyarələrinin döyüş atışlı təlimlərini izləyib - FOTO - VİDEO

Oktyabrın 1-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.
MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etrməklə müxtəli manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər............Davamı

 

 

 

 

 

 

1 oktyabr 2014 il
Müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli sərəncamına uyğun olaraq "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların yola salma mərasimi keçirilib.............Davamı

 

 

 

 

 

 

 

 

1 oktyabr 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.