31 may 2014 il
Respublika gənclərinin VII forumunun keçirilməsi münasibəti ilə Silahlı Qüvvələrdə xidmət edən gənclərə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

31 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 2-dən başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
İyunun 6-dək Almaniyanın Oberammerqau şəhərində iki kurs, Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu və NATO Qərargah zabitləri üçün tanışlıq kursu keçirilməsi nəzərdə tutulub. Yunanıstanın Xaniya şəhərində "Dənizdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması əməliyyatlarında kütləvi qırğın silahları ilə mübarizə" kursu, Sloveniyanın Lyublyana şəhərində İnformativ Hərbi Attaşe həftəsində və "Adriatik Strike 2014" təlimində müşahidəçi qismində iştirak da iyun ayının 6-dək davam edəcək...............Davamı

 

31 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 may 2014 il
Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başa çatıb

Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfəri çərçivəsində Tbilisi şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onun əziz xatirəsini yad edib...............Davamı

 

 

 

 

 

 

30 may 2014 il
Yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur

Füzuli rayonu ərazisində müdafiənin ön xəttində düşmən tərəfindən yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayevin açıqlaması:
"Əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu qarın boşluğu nahiyəsindən güllə yarası alıb. Yaralıya vaxtında və keyfiyyətli tibbi yardım göstərilib. İlk yardım göstərildikdən sonra yaralı dərhal həmin bölgədə yerləşən hərbi müalicə müəsissəsinə çatdırılıb.
Orada yüksək ixtisaslı cərahiyyə briqadası tərəfindən əməliyyat olunub.
Azərbaycan Respublikasının Müdafiə nazirinin göstərişi ilə dərhal Silahlı Qüvvələrin baş reanimatoloqu və cərrahı bölgəyə ezam olunublar. Yaralının vəziyyəti stabilləşdikdən sonra o, hərbi-sanitar helikopter vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib.
Hazırda yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur və Silahlı Qüvvələrin baş mütəxəssislərinin nəzarəti altında onun müalicəsi davam etdirilir".

 

30 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 75 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Tərtər rayonunun Seysulan, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 may 2014 il
Gürcüstan Prezidenti Müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 29-da günün ikinci yarısında Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Gürcüstanın prezidenti cənab Giorgi Marqvelaşvili qəbul edib.
Görüşdən sonra Azərbaycanın Müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində olub, "Delta" Elmi Hərbi-Texniki Mərkəzində istehsal edilən hərbi texnika və avadanlığa baxıb, Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərin bir qrupu ilə görüşüb...............Davamı

 

29 may 2014 il
Şəhid kapitan Məmmədov Fikrət Akif oğlu hərbi rituallara uyğun olaraq dəfn edilib

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu mayın 29-da Bakı şəhərində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti,yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər................Davamı

 

 

 

 

 

29 may 2014 il
Müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb

Mayın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu gün Gürcüstanın Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniya tərəfindən qarşılanma mərasimi keçirilib.
Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra Müdafiə nazirlərinin görüşü keçirilib...............Davamı

 

 

 

29 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 60 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 may 2014 il
Şəhid gizir Abilov Xudaverdi Fərhad oğlu dəfn edilib

Düşmənin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Şəhidin yaşadığı binanın qarşısında vida mərasimi təşkil edilib. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparılıb...............Davamı

 

 

 

 

28 may 2014 il
Müdafiə naziri Gürcüstana rəsmi səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri cənab İrakli Alasaniyanın dəvətilə mayın 29-da Gürcüstana rəsmi səfər edəcək.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
Səfər mayın 30-dək davam edəcəkdir.

 

 

 

 

 

28 may 2014 il
İkitərəfli hərbi əlaqələrin həyata keçirilməsi planları imzalanıb

Mayın 28-də "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014-cü il üçün ikitərəfli hərbi əlaqələrin həyata keçirilməsi Planı" və "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikası Baş Qərargahı arasında 2014/2015-ci təlim-təhsil ili üçün Kurslar Planı" imzalanmışdır.
Sənədləri Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, Türkiyə tərəfdən isə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler imzalamışlar................Davamı

 

 

 

 

28 may 2014 il
Bakı Qarnizonunun şəxsi heyəti Bakı şəhərində yürüş keçirib

May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib................Davamı

 

 

 

 

 

 

 

28 may 2014 il
Silahlı Qüvvələr cəbhə bölgəsində genişmiqyaslı təlimlər keçirir

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində növbəti genişmiqyaslı təlimlər keçirir.
Təlimlər zamanı müasir döyüş üsullarının istifadəsi ilə zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki döyüş atışları keçirilib, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə sistemlərinin tətbiqi icra edilib................Davamı

 

 

 

 

28 may 2014 il
Erməni kəşfiyyat-diversiya qrupu növbəti dəfə postumuza basqın etməyə cəhd göstərib

Mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub..............Davamı

 

28 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 may 2014 il
Bakı Qarnizonu şəxsi heyətinin nizami yürüşü keçiriləcək

May 28-də Respublika günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcəkdir.
Qoşunların nizami yürüşü saat 12.00-da başlayacaq.

 

 

 

 

27 may 2014 il
Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 28 May - Respublika Günü münasibətilə Müdafiə nazirliyinə tabe olan hərbi hissələrdə tədbirlər keçirilir.
Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissələrdə, birləşmələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində Respublika Günü mövzusunda şəxsi heyətlə aparılan bir sıra silsilə tədbirlər sabah da davam edəcəkdir..............Davamı

 

 

 

 

 

27 may 2014 il
Müdafiə naziri 28 may Respublika günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi 28 May - Respublika günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikası qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir.
Ümummilli liderimizin layiqli davamçısı kimi möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin siyasi və iqtisadi dayaqları möhkəmlənmiş, inkişaf tempinə görə respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlmiş, əhalinin maddi-sosial şəraiti daha da yaxşılaşmış, respublikamız müdafiə qüdrətini daha da artıraraq regionda lider dövlətə çevrilmişdir.............Davamı

 

 

 

 

27 may 2014 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol üzrə çempionatı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol çempionatına start verilib.
Mayın 26-da hərbçilər arasında keçirilən futbol çempionatının təntənəli açılış mərasimi olub. Yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi yad edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb...............Davamı

 

 

27 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Noyemberyan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndlərində, Zod rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 may 2014 il
Məlumat

Elektron kütləvi informasiya vasitələri bəzi mənbələrə istinadən Silahlı Qüvvələrdə erməni əsilli hərbi qulluqçunun xidmət etməsi barədə növbəti dəfə yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayıblar.
KİV-də adı hallanan ehtiyatda olan polkovnik Qafarov Seyran Nuri oğlu 09.01.2009-cu il tarixdə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə uyğun olaraq yaşa görə Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən isə o mülki işçi vəzifəsindən azad edilib və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq etmir.

 

26 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 18 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çaylı, Çiləbürt kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan və Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 may 2014 il
Moskvada Azərbaycan Respublikası və İran İslam Respublikasının müdafiə nazirləri görüşüb

Moskva şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqan arasında görüş keçirilib.
Görüşdə regional təhlükəsizlik və ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

 

 

 

23 may 2014 il
Moskvada Azərbaycan Respublikası və Rusiya Federasiyasının müdafiə nazirləri görüşüb

Moskva şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfrans çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

23 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Kunqsaengen şəhərində (İsveç) mayın 26-dan iyunun 13-dək "Kiçik zabitlər üçün taktiki səviyyədə çoxmillətli qərargah" kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

23 may 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 may 2014 il
Erməni kəşfiyyat-diversiya qrupu postumuza basqın etməyə cəhd göstərib

Mayın 21-dən 22-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin göstərdiyi qəhrəmanlıq, igidlik, sayıqlıq və şücaət nəticəsində düşmənin cəhdi qabaqcadan aşkar edilərək qarşısı qətiyyətlə və mütəşəkkil şəkildə alınıb, qısa atışmadan sonra düşmən itki verərək dağınıq və nizamsız vəziyyətdə geri çəkilməyə məcbur edilib.
Təxribat zamanı yüngül yaralanmış gizir Məmmədov Murad Asif oğlu, əsgərlər İsaqov Tural Eldar oğlu və Mirzəli Mirzə Asif oğlu hərbi tibb müəssisəsinə yerləşdiriliblər.
Hərbi qulluqçuların vəziyyəti kafidir, heç birinin həyatı üçün təhlükə yoxdur.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

 

22 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 may 2014 il
Milli Qəhrəman Şikar Şikarovun yubileyi qeyd edilib

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Milli Qəhrəmanların yubileylərinin qeyd olunması ənənə halını alıb.
Bu gün Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə Milli Qəhrəman Şikar Şikarovun anadan olmasının 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçılarına Şikar Şikarovun həyat və fəaliyyətinə həsr edilən sərgi təqdim olunub. Sonra tədbir muzeyin konfrans zalında qəhrəmanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.............Davamı

 

 

 

21 may 2014 il
Türkiyə İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2014-cü il üçün illik hərbi əməkdaşlıq Planına uyğun olaraq Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin İşıklar Hərbi Liseyinin nümayəndə heyəti ölkəmizə tanışlıq səfərinə gəlib.
Səfər çərçivəsində qonaqlar mayın 20-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar. Türkiyə nümayəndə heyəti Hərbi Liseyin komandanlığı ilə görüşüb, məktəbin ərazisi, tədris korpusları, inzibati və yardımçı binalarla, liseyin muzeyi ilə tanış olub, kursantlarla birlikdə nahar ediblər.............Davamı

 

 

 

21 may 2014 il
NATO/ABŞ Ekspert Qrupu ilə növbəti işçi görüşü keçirilib

Mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü təşkil edilib.
Tədbirdə iştirak edən ABŞ Hərbi Akademiyasının professorları Tomas Fedisin və Ceyms Kuk təhlükəsizlik mühiti və strategiyası, milli hərbi strategiyanın məqsədləri və digər məruzələrlə çıxış edərək təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.............Davamı

 

 

 

 

21 may 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvətilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcəkdir.
Səfər zamanı Müdafiə naziri general-polkovnik Z.Həsənovun Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı S.Şoyqu və İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

 

21 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Kəngərli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 may 2014 il
Bakıda "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçirilir

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçirilir.
Təlim kursunda beynəlxalq maddi-texniki təminatın əsasları, NATO-da planlaşdırma, strateji hərbi hava vasitələrinin təminatı və digər mövzular dinləyicilərin diqqətinə çatdırılacaqdır.
Kurs mayın 23-də sona çatacaqdır.............Davamı

 

 

 

 

20 may 2014 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO tədbirində iştirak edəcək

Bu gün Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak etmək üçün Belçika Krallığına yola düşüb.

 

 

 

 

20 may 2014 il
Əlahiddə Ümumqoşun Ordusuna döyüş bayraqları təqdim edilib

Mayın 19-da Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusu və onun tabeliyində olan hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsi mərasimi keçirilib.
Tədbir Naxçıvan Qarnizonunda yerləşən hərbi hissələrdən birində keçirilib.
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev təqdimat mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova və Müdafiə naziri general-polkovnik Zakir Həsənova raport verib...............Davamı

 

 

 

20 may 2014 il
Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında müvafiq tapşırıqlarına əsasən Əlahiddə Ümumqoşun Ordu tabeliyində olan hərbi hissə və birləşmələrə yeni avtomobillər təqdim edilib.
Mayın 19-da texnikanın təqdim edilməsində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Müdafiə naziri general-polkovnik Zakir Həsənov avtomobillərə baxıblar...............Davamı

 

 

 

20 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 may 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

Mayın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), ATƏT-in Minsk Qrupunun Fransa tərəfindən yeni təyin edilmiş həmsədri Pyer Andryu, Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib............Davamı

 

 

 

 

 

19 may 2014 il
Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib

Mayın 19-da Azərbaycan və ABŞ ikitərəfli əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyətinə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və ABŞ nümayəndə heyətinə ABŞ-ın Avropa Komandanlığı Strateji Məsələlər üzrə idarə rəisinin müavini polkovnik Ted Donneli rəhbərlik ediblər............Davamı

 

 

 

 

19 may 2014 il
Silahlı Qüvvələrin Hərbi Akademiyasında dinləyicilərin iştirakı ilə hərbi oyunlar keçirilir

Mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında şərti «Tufan-2014» adlı hərbi oyunlar başlanıb.
Virtual təlimlərə Silahlı Qüvvələrin Hərbi Akademiyasının zabit və müəllim heyəti, təhsil alan zabit və mülki dinləyicilər cəlb edilib.
Keçirilən hərbi oynunların məqsədi strateji və taktiki səviyyələrdə əməliyyatların planlaşdırılması və icra edilməsi təcrübəsinin dinləyicilərə çatdırılması, verilən tapşırıqlara əsasən qərarların vaxtında qəbul edilməsi prosesinin öyrənilməsidir.
Hərbi oyunlar mayın 23-dək davam edəcəkdir.

 

19 may 2014 il
İstilərlə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib

Havaların temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
Əmrə əsasən havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.

 

19 may 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

19 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan-Almaniya əməkdaşlıq Proqramına əsasən mayın 20-dən 22-dək Koblents və Oyskirxen şəhərlərində (Almaniya) İnformasiya texnologiyaları mövzusunda ekspert görüşü keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

19 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Sarıcalı, Kəngərli, Yusifcanlı, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Daşkəsən və Göygöl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 may 2014 il
Bakıda NATO tədbirləri keçiriləcək

Mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü və mayın 19-dan 23-dək isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssum şəhərindəki Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "NATO-da Maddi-Texniki Təminat Dəstəyi" mövzusunda təlim kursu keçiriləcəkdir.

 

17 may 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov keçirəcəklər.
Monitorinq zamanı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT-in Minsk Qrupunun həmsədrləri 19 may tarixində təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçməyi planlaşdırırlar.

 

17 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Füzuli rayonunun Horadiz, Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Mayın 18-dən 30-dək Turku şəhərində (Finlandiya) Hərbi Dəniz Qüvvələrinin baza mina-tral gəmisinin 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi, Azərbaycan-ABŞ iş planına əsasən mayın 19-dan 23-dək Buxarest şəhərində (Rumıniya) Xəzər dənizi və Qara dənizin təhlükəsizlik məsələləri üzrə 9-cu simpozium, mayın 19-dan 23-dək Bakı şəhərində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Böhranlara cavab vermə əməliyyatlarında MTT dəstəyi" mövzusunda təlim kursu, mayın 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) Kütləvi Qırğın Silahları barədə xəbərdarlıq, məlumatların ötürülməsi sistemi və prosedurları kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

16 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli və Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 may 2014 il
Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçirilir

Mayın 14-dən Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin birgə ekspert qərargah görüşü keçirilir.
Görüşdə ekspertlər tərəfindən dənizdə neft platformalarının mühafizəsi, döyüş gəmilərində şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, gəmi komandirləri və onların köməkçilərinin təlim və təhsildə bacarıqlarının yüksəldilməsi məsələləri müzakirə edilib.............Davamı

 

 

 

 

14 may 2014 il
Türkiyə Milli Müdafiə nazirinin Azərbaycana rəsmi səfəri təxirə salınıb

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın mayın 14-də Azərbaycan Respublikasına planlaşdırılan rəsmi səfəri Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salınıb.

 

14 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Mayın 16-dan 21-dək Hohenfels şəhərində (Almaniya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə qiymətləndiricilər üçün 28-ci təlim kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

14 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 may 2014 il
Türkiyənin Milli Müdafiə naziri Naxçıvana rəsmi səfər edəcək

Mayın 14-də Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz Naxçıvan Muxtar Respublikasına rəsmi səfər edəcək.
Səfər çərçivəsində qonağın Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinə ziyarəti planlaşdırılır.
Səfər mayın 15-dək davam edəcək.

 

 

 

 

 

 

13 may 2014 il
Hərbi Dəniz Qüvvələri ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçiriləcək

Mayın 14-15-də Bakı şəhərində Hərbi Dəniz Qüvvələri zabitləri ilə NATO-nun Hortvud Hərbi Dəniz Qüvvələri Komandanlığı nümayəndələrinin ekspert qərargah görüşü keçiriləcəkdir.

 

13 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 may 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib

Mayın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

 

 

12 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Mayın 13-dən 21-dək Qrafenvoher şəhərində (Almaniya) Gürcüstan Silahlı Qüvvələri sülhməramlı bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi kursu, Azərbaycan-ABŞ iş planına əsasən may ayının 14-dən 2015-ci ilin aprel ayının 24-dək San-Antonio şəhərində (ABŞ) Mühəndis kapitanlarının karyera kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

12 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 may 2014 il
Müdafiə Nazirliyi təxribat xarakterli məlumatı qəti surətdə təkzib edir

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri sosial şəbəkədəki istifadəçiyə istinadən guya cəbhə bölgəsində atəşkəsin pozulması və bunun nəticəsində Silahlı Qüvvələrimizin şəhid verməsi ilə bağlı təxribat xarakterli məlumat yayıblar.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, belə bir hadisə baş verməyib, informasiyada adları qeyd olunan şəxslər ümumiyyətlə Silahlı Qüvvələrdə xidmət etmir, bu məlumatın heç bir əsası yoxdur və yayılan xəbər təxribat xarakteri daşıyır.
Təəssüf doğuran isə odur ki, Müdafiə Nazirliyi baş verən hər bir hadisə ilə bağlı rəsmi açıqlama verməsinə və məlumatların ilkin mənbədən dəqiqləşdirilməsi barədə dəfələrlə kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət etməsinə baxmayaraq belə dezinformasiya xarakterli xəbərlər yenə də yayılır və ictimaiyyəti çaşdırmağa cəhd göstərilir.
Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə təkidlə müraciət edərək Silahlı Qüvvələrlə bağlı verilən məlumatlara milli təhlükəsizlik mənafelərinin qorunması baxımından daha həssaslıqla yanaşmalarını tövsiyə edir.

 

11 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 may 2014 il
Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçirilib

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub və tədbir açıq elan edilib.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak ediblər...........Davamı

 

 

 

10 may 2014 il
General-mayor Dağlar Abdullayev son mənzilə yola salınıb

2014-cü il may ayının 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində istefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev ilə vida mərasimi keçirilib.
Üzərinə Azərbaycan Respublikasının dövlət bayrağı sərilmiş tabutun qarşısında mərhumun təltif olunduğu medallar qoyulmuşdu.
Müdafiə Nazirliyinin rəhbərliyi, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, hərbi hissələrin şəxsi heyəti, veteranlar cənazə yanında fəxri qarovulda dayanaraq ona ehtiram bildiriblər...........Davamı

 

 

 

 

10 may 2014 il
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət edib.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib............Davamı

 

 

 

 

 

10 may 2014 il
Bakı Qarnizonunun şəxsi heyəti Bakı şəhərində nizami yürüş keçirib

May 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçirilib.
Hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər şəhər sakinləri və qonaqlar tərəfindən coşqu ilə qarşılanıb.............Davamı

 

 

 

 

 

 

 

10 may 2014 il
Məktəblilər Hərb Tarixi Muzeyində olublar

Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bir qrup məktəbli Azərbaycan Hərb Tarixi Muzeyində olublar.
Uşaqlar açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya ilə tanış olublar.
Daxili ekspozisiyada isə məktəblilər qədim dövrlərdən müasir zəmanəmizə kimi, o cümlədən Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zallarını ziyarət ediblər..............Davamı

 

 

 

 

10 may 2014 il
Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz verib

Azərbaycan Silahlı Qüvvələrinə ağır itki üz vermişdir. İstefada olan tibb xidməti general-mayoru Dağlar Məmməd oğlu Abdullayev 2014-cü il may ayının 10-da ömrünün 76-cı ilində vəfat etmişdir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə dəfn komissiyası yaradılıb.
Bu gün saat 14.30-dan 15.30-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində mərhumla vida mərasimi olacaqdır.
Dəfn mərasimi 2-ci Şəhidlər Xiyabanında keçiriləcəkdir................Davamı

 

10 may 2014 il
Silahlı Qüvvələrin şəxsi heyəti 10 marşrut üzrə nizami yürüş edəcək

May 10-da saat 12:00-dan etibarən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə nizami yürüş-gəzinti təşkil ediləcək.

 

10 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 may 2014 il
Azərin hərbi qulluqçular üçün konsert proqramı ilə çıxış edib

Azərbaycan Respublikasının Əməkdar Artisti Azərin Ümummilli lider Heydər Əliyevin 91-ci il dönümü münasibətilə Ağdam bölgəsində xidmət edən hərbi qulluqçular üçün konsert proqramı ilə çıxış edib. Konsertdə hərbi-vətənpərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Konsertin sonunda maraqlı proqrama görə hərbiçilər adından Azərin xanıma təşəkkür bildirilərək hərbi hissənin komandanlığı adından "Fəxri Fərman" təqdim olunub................Davamı

 

 

 

 

9 may 2014 il
Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə təbdir keçirilib

Mayın 9-da Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədovun abidəsi önündə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti, Səbail rayon İcra Hakimiyyəti nümayəndələri, Millət vəkilləri, rayonu ictimaiyyəti, qəhrəmanın qohumlarının, veteranların, 49 saylı "İntelekt" lisey-məktəbin pedoqoji və şagird kollektivinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Qafur Məmmədovun qardaşı qızı Tamella xanım Dövlət rəhbərliyinə öz təşəkkürünü bildirib, digər natiqlər isə Böyük Vətən Müharibəsi veteranlarını bayram münasibətilə təbrik ediblər.................Davamı

 

 

 

 

9 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Göyarx, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 may 2014 il
Hərbi Hava Qüvvələrinin hərbi hissəsində təlim məşqləri keçirilib

Şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə Silahlı Qüvvələrin hərbi hissə və birləşmələrində müntəzəm olaraq təlim məşqləri keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının S-300 "Favorit" zenit raket kompleksləri hərbi hissəsində təlim keçirilib.
Təlimin əsas məqsədi şəxsi heyətin təlim üzrə olan döyüş tapşırığını düzgün yerinə yetirilməsini müəyyən etmək olub................Davamı

 

 

 

 

8 may 2014 il
Müdafiə naziri veteran təşkilatlarını faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov respublikanın bütün veteran təşkilatlarını Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Sizi və Veteranlar Şurasının hər bir üzvünü Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbənin 69-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.
Siz bizim xalqımız üçün, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün həmişə əziz və dəyərli insanlarsınız. Çünki Siz insanlıq naminə böyük fəlakət olan faşizmlə mübarizədə ölümün caynağından qurtarmış canlı əfsanələrsiniz..............Davamı

 

 

 

8 may 2014 il
Topoqrafik xəritələrə dair hərbi-elmi konfrans keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirinin təsdiq etdiyi 2014-cü tədris ilinin döyüş hazırlığı planına əsasən mayın 8-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında "Topoqrafik xəritələrin hazırlanmasında istifadə olunan texniki standartlar və normalar, koordinat sistemləri, kartoqrafiya proyeksiyaları və topoqrafik şərti işarələr" mövzusunda hərbi-elmi konfrans keçirilib.
Topoqrafik xəritələrin müasir standartları və onların əhəmiyyəti, rəqəmsal topoqrafik xəritələrin hazırlanması və istifadəsi, xəritələrin riyazi əsaslarının yaradılmasında müasir texnoloji vasitələrin və kompyuter kartoqrafiya proqramlarının tətbiqi və Silahlı Qüvvələrdə istifadə olunan topoqrafik xəritə sisteminin dünya geodeziya sisteminin standartlarına uyğunlaşdırılması istiqamətində görülən işlər konfransın əsas müzakirə mövzuları olub.
Konfransın təşkili və keçirilməsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Hərbi-elmi konfransda hərbi-topoqrafiya xidmətinin və Müdafiə Nazirliyinin idarələrinin zabitləri, Silahlı Qüvvələrin birlik və birləşmələrinin topoqrafiya xidməti rəisləri, xüsusi təyinatlı təhsil müəsissələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri iştirak ediblər.

 

8 may 2014 il
Hərbi Dəniz Qüvvələrində İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə tədbir keçirilib

Hərbi Dəniz Qüvvələrində (HDQ) İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Hərbi Dəniz Qüvvələrinin komandir-rəis heyəti, Səbail Rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Böyük Vətən müharibəsi veteranı Əli Nəsirov, Səbail Rayon İcra Hakimiyətinin nümayəndələri və başqaları iştirak ediblər.
Tədbirdə "İkinci Dünya müharibəsi və Azərbaycan Böyük Vətən müharibəsi illərində" mövzusunda məruzə dinlənilib. Sonra "Azərbaycan Böyük Vətən müharibəsi illərində" sənədli filmi nümayiş etdirilib.

 

8 may 2014 il
Hərb Tarixi Muzeyində qəhrəmanların yubiley tədbiri keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümünə, Sovet İttifaqı qəhrəmanları Bəhiyyədin Mirzəyevin 100, Cəmil Əhmədovun və Mikayıl Ələkbərovun isə anadan olmalarının 90 illiyinə həsr olunmuş geniş tədbir keçirilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Təlim və Tədris Mərkəzinin, Hərbi Akademiyanın, Respublika və Bakı Şəhər Veteranlar Şurasının, Əfqanıstan müharibəsi Veteranları İctimai Birliyinin, hərbi hissələrin və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında yüz minlərlə qurban vermiş Azərbaycan xalqının, təbii sərvətlərinin, xüsusən də neftinin böyük rol oynadığı qeyd edilib..............Davamı

 

 

 

8 may 2014 il
NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2014" təlimi başa çatıb

Mayın 5-də başlayaraq Qaraheybət Təlim Mərkəzində keçirilən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi bu gün başa çatıb.
Ssenariyə əsasən təlimə 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter cəlb olunub.
Təlimdə iştirak edən şəxsi heyətin hazırlığı, bilik və bacarığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.............Davamı

 

 

 

8 may 2014 il
Müdafiə naziri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə şəxsi heyətin həvəsləndirilməsi haqqında əmr imzalayıb

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü bütün ölkəmizdə olduğu kimi Silahlı Qüvvələrdə də böyük təntənə ilə qeyd edilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Silahlı Qüvvələrdə döyüş hazırlığının yüksəldilməsində əldə etdikləri nailiyyətlərə, həmçinin vəzifə borclarını nümunəvi yerinə yetirdiklərinə görə fərqlənən şəxsi heyətin həvəsləndirilməsi məqsədilə əmr imzalayıb.

 

8 may 2014 il
Müdafiə naziri İtaliya Senatının Müdafiə Komissiyasının sədrini qəbul edib

Mayın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikası Senatının Müdafiə Komissiyasının sədri cənab Nikola Latorreni qəbul edib.
Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan-İtaliya hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Campaolo Kutillo da iştirak edib.

 

 

 

8 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Mayın 10-dan 16-dək Almatı şəhərində (Qazaxıstan) "Gizir və çavuşların birgə təlimləri" mövzusunda təlimi, mayın 12-dən 13-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi" (e-PRIME) üzrə kursu, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən 16-dək İstanbul şəhərində (Türkiyə) 17-ci beynəlxalq dənizçilik yarışları, Azərbaycan-Rumıniya ikitərəfli əməkdaşlıq planına əsasən mayın 12-dən iyulun 4-dək Buxarest şəhərində (Rumıniya) Orta səviyyəli ingilis dili kursu və mayın 12-dən 30-dək Predeal şəhərində (Rumıniya) Dağa dırmanma təlimatçıları kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

8 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 may 2014 il
NATO qiymətləndirməsi üzrə "Qaraheybət-2014" təlimində Müşahidəçilər Günü keçirilib

Mayın 7-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimində Müşahidəçilər Günü keçirilib.
Təlimin çöl-səhra fazasını izləmək üçün poliqona gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Nazirliyinin rəhbərliyi, o cümlədən qonaq qismində dəvət almış Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç, NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messencer, həmçinin ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi Təlim Mərkəzinin Qərargahında olublar..............Davamı

 

 

7 may 2014 il
Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO generalı Qordon Messenceri qəbul edib

Mayın 7-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Quru Qoşunları Komandanının müavini general-leytenant Qordon Messenceri Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimini izləyən qonağı salamlayan Müdafiə naziri Azərbaycanla NATO arasında mövcud vəziyyəti və regionda baş verən hərbi-siyasi prosesləri müzakirə ediblər................Davamı

 

 

 

7 may 2014 il
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Mayın 7-də Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi Qaraheybət Təlim Mərkəzində qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin inkişaf etdiyini qeyd edib.
Cənubi Qafqazla Balkanlar arasında mövcud oxşar vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin regional sabitliyə əsas təhlükə yaratdığını və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb...............Davamı

 

 

 

7 may 2014 il
Müdafiə Nazirliyində Xorvatiya Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin qarşılanma mərəsimi keçirilib

Mayın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi qəbul edib.
General D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar..............Davamı

 

 

 

7 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Xocavənd rayonunun Kuropatkino və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 may 2014 il
Cəbhə bölgəsindəki hərbi hissələrdə döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən birliklərdə döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilir.
Cəbhənin Beyləqan istiqamətində döyüş hazırlığının təşkili üzrə səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub.

 

6 may 2014 il
Müdafiə Nazirliyi ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçirilib

Mayın 6-da Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu arasında Planlaşdırma və Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə İşçi görüşü keçirilib.
Görüşdə bu proqram çərçivəsində Müdafiə Nazirliyinin üzərinə götürdüyü məqsəd və öhdəlikərin yerinə yetirilməsinin qiymətləndirilməsi müzakirə edilib..............Davamı

 

 

 

 

 

6 may 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə çıxışı

 

6 may 2014 il
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Mayın 6-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin rəhbərliyi və müxtəlif qoşun növlərinin komandanları, hərbi hissələrin zabitləri və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları iştirak ediblər.
Mərasimdə Müdafiə nazirinin Şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Çingiz Məmmədov geniş nitq söyləyib..............Davamı

 

 

 

6 may 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 6-də Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

6 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 may 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb

Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 may Faşizm üzərində Qələbənin 69-cu ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb.
Müdafiə naziri görüş iştirakçılarını salamlayaraq, qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, Milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini diqqətə çatdırb.............Davamı

 

 

 

5 may 2014 il
Silahlı Qüvvələrin motoatıcı taborunun NATO qiymətləndirməsi üzrə təlimi başlayıb

Mayın 5-də Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi başlayıb.
Qaraheybət Təlim Mərkəzində keçirilən səhra təlimlərinə Silahlı Qüvvələrin 900 nəfərə yaxın şəxsi heyəti, 100-dək hərbi texnikası və 4 ədəd helikopteri cəlb olunub.............Davamı

 

 

 

 

5 may 2014 il
Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycan Respublikasına rəsmi səfərə gələcək

Mayın 6-da Xorvatiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriç Azərbaycan Respublikasına rəsmi səfərə gələcəkdir.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
General D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətinin NATO Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təliminin Müşahidəçilər görüşündə iştirakı, o cümlədən Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər mayın 8-dək davam edəcəkdir.

 

 

 

5 may 2014 il
Müdafiə Nazirliyi ilə NATO-nun ekspertlər qrupu arasında İşçi görüşü keçiriləcək

Mayın 6-da Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO-nun Beynəlxalq Qərargahının ekspertlər qrupu arasında Planlaşdırma və Analiz Prosesinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə İşçi görüşü keçiriləcəkdir.
Görüşdə bu proqram çərçivəsində Müdafiə Nazirliyinin üzərinə götürdüyü məqsəd və öhdəlikərin yerinə yetirilməsinin qiymətləndirilməsi müzakirə ediləcəkdir.

 

5 may 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 6-də Tərtər rayonu Qapanlı kəndinin cənub-şərq istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

 

5 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən mayın 6-dan 14-dək Kaunas şəhərində (Litva) Kimya, bioloji, radioloji və nüvə terapiyası üzrə təməl kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

5 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şuraabad və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 may 2014 il
Silahlı Qüvvələrin taborunun NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək

5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcəkdir.
Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.
Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.

 

3 may 2014 il
Məlumat

Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb.
Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb.
Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.

 

3 may 2014 il
Təlim zamanı 2 əsgər yüngül xəsarət alıb

Mayın 2-də saat 19:00 radələrində cəbhə bölgəsində yerləşən təlim mərkəzində 2 hərbi qulluqçu - əsgər Əhlimanlı Mahir Ərşad oğlu və əsgər Əliyev Pərviz Həsən oğlu təlim zamanı yüngül xəsarət alıb.
Hərbi qulluqçulara dərhal müvafiq tibbi yardım göstərilib. Vəziyyətləri kafidir.

 

3 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 may 2014 il
Hərbi Hava Qüvvələri təlim-məşq uçuşları keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyası tərəfindən mayın 1-də Hərbi Hava Qüvvələrinin uçuş hazırlığı yoxlanılıb.
Döyüş hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə aviasiya poliqonunda SU-25 tipli döyüş təyyarələrinin tətbiqi üzrə çalışmalar yerinə yetirilib. Təlim-məşq uçuşlarında müxtəlif aviasiya silahlarından yerüstü hədəflərə atəş açılıb.
Döyüş tətbiqi üzrə qiymətləndirmə metodikasına uyğun olaraq, təlimlərdə iştirak edən uçuş heyətinin hazırlığı, praktiki fəaliyyəti və peşəkarlıq səviyyəsi yüksək qiymətləndirilib.

 

 

 

2 may 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri İsrail Dövlətinin Xarici İşlər nazirini qəbul edib

Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Xarici İşlər naziri cənab Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz da iştirak edib.

 

2 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Mayın 4-dən 10-dək Brügge şəhərində (Belçika) "Əməliyyat uğurunun əldə edilməsi məqsədilə effektiv tərəfdaşlığın formalaşdırılması" mövzusunda konfrans, mayın 5-dən 8-dək Minsk şəhərində (Belarus) "Böhranlara cavab əməliyyatlarında tibbi dəstək" mövzusunda mobil təlim qrupu təlimi, mayın 5-dən 9-dək Xaniya şəhərində (Yunanıstan) Dənizdə qadağa əməliyyatlarında birgə fəaliyyət kursu, mayın 5-dən 9-dək Brüssel şəhərində (Belçika) "Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq" kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən mayın 5-dən 30-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

2 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 may 2014 il
Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlim məşqləri keçirir

2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.
Təlimlərə 4.000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.
May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.............Davamı

 

 

 

1 may 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Mayın 3-dən 10-dək Quito şəhərində (Ekvador) Beynəlxalq Hərbi İdman Şurasının 69-cu Baş Assambleyası keçiriləcək.
Assambleyada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

1 may 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

<>