31 mart 2014 il
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gələcək

Aprelin 1-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəlin rəsmi səfəri aprelin 4-dək davam edəcək.

 

 

 

31 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü, Almaniyanın hərbi təhsilə yardım proqramına əsasən aprelin 2-dən iyunun 26-dək Hürt şəhərində (Almaniya) Verifikasiya heyəti üçün alman dili kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

31 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürrəhmanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən martın 31-dən aprelin 4-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə terrorizmlə mübarizə kursu, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş, Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

29 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Kəngərli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 mart 2014 il
Gürcüstan Müdafiə naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib

Martın 28-də Müdafiə Nazirliyində Gürcüstan Müdafiə nazirinin müavini cənab Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov cənab M.Darçiaşvilini qəbul edib.
Hər iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələrinin görüşündə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib...........Davamı

 

 

 

 

28 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Daşkəsən, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 mart 2014 il
Gürcüstan Müdafiə nazirinin müavini ölkəmizə işçi səfərə gələcək

Martın 28-də Gürcüstan Müdafiə nazirinin müavini cənab Mixeil Darçiaşvili Azərbaycan Respublikasına işçi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşləri planlaşdırılır.
Cənab M.Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Gürcüstan Müdafiə nazirinin müavini cənab M.Darçiaşvilinin səfəri martın 29-dək davam edəcək.

 

 

 

27 mart 2014 il

Erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Tərtər rayonunun Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Qaraqaşlı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Cəbrayıl, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Martın 24-dən 27-dək Doha şəhərində (Qətər) "DİMDEX-14" sərgisi, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 24-dən 28-dək Oberammerqau şəhərində (Almaniya) NATO qərargah zabitləri üçün tanışlıq kursu və Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən martın 25-dən 28-dək Kaunas şəhərində (Litva) "Döyüş şəraitində yaralıların müalicəsi" kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

22 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Çilərbürt, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 mart 2014 il
Novruz bayramı münasibətilə Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyətə təbriki

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!
Sizi xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Müstəqil respublikamız bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün olmuşdur.
İnanıram ki, bundan sonra da hər biriniz Hərbi Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olacaqsınız.
Sizə mökhəm cansağlığı, uzun ömür və xidmətinizdə uğurlar arzulayıram.

General-polkovnik Zakir HƏSƏNOV

 

20 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 mart 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Əfqanıstan İslam Respublikasının Xarici İşlər nazirini qəbul edib

Martın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri cənab Zarar Ahmad Osmaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri Azərbaycan ilə Əfqanıstan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, tərəfdaşlıq əlaqələrinin daim inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib.
Qonaq Azərbaycanla Əfqanıstan arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib və NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarda Azərbaycan Respublikası Sülhməramlı Qüvvələrinin töhfəsini xüsusi vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əfqanıstanın Milli Ordusunun Etimad Fonduna 1 milyon avro ayrılmasını da ölkəsində sülh və təhlükəsizliyin bərqərar edilməsinə verilən töhfə kimi qiymətləndirib.
Sonra ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.
Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Miraslam Vazeri də iştirak edib.

 

19 mart 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

19 mart 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədrini qəbul edib

Martın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi qəbul edib.
Müdafiə naziri gənclərimizin hərbi vətənpərvərliyinin gücləndirilməsində, onların döyüş əzmi ruhunda tərbiyə olunmasında Əfqanıstan müharibəsi veteranlarının nümunəsini xüsusi vurğulayıb və bu fəaliyyətlərin gələcəkdə də həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qonaq ölkəmizdə veteranlara və onların ailələrinə göstərilən dövlət qayğısından danışıb, ictimai birlik tərəfindən məktəblərdə və digər təhsil ocaqlarında keçirilən müxtəlif tədbirlər barəsində məlumat verib.
Görüş zamanı Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin birgə həyata keçirəcəyi fəaliyyətlərlə əlaqədar işçi qrupunun yaradılması və tədbirlər planının tərtib edilməsi qərara alınıb.

 

 

 

19 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, Goranboy və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 mart 2014 il
Bakıda NATO/ABŞ Ekspert Qrupu nümayəndələrinin işçi görüşü keçirilir

Martın 18-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO/ABŞ Ekspert Qrupunun nümayəndələri ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə işçi görüşü başlayıb.
Tədbirdə NATO üzvü olan ölkələrin hərbi təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi və tətbiqi, o cümlədən strateji planlaşdırma, humanitar proqramlar, milli və regional təhlükəsizlik, enerji təhlükəsizliyi, mütəxəssislərin təcrübə mübadiləsi, işçi qruplarının əməkdaşlığı və hərbi təhsilin metodologiyası üzrə bir sıra məsələlər müzakirə ediləcəkdir.
İşçi qrupunun müzakirələri çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri Akademiyasının Milli Təhlükəsizlik məsələləri üzrə professoru cənab Tomas Fedızın (ABŞ) və NATO-nun Beynəlxalq Qərargahının Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin eksperti cənab Mariuş Solisin (Polşa) mühazirələri planlaşdırılır.
İşçi görüşü martın 19-da yekunlaşacaq.

 

18 mart 2014 il
Şəhid əsgər Həsənov Elvin Çingiz oğlu dəfn edilib

Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənov Elvin Çingiz oğlu martın 18-də Sumqayıt şəhərində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.
Şəhidin yaşadığı mənzilin eyvanından Azərbaycan Respublikasının Dövlət Bayrağı asılmış, binanın qarşısında isə vida mərasimi təşkil edilmişdir...........Davamı

 

 

 

18 mart 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 19-da Ağdam rayonunun Mirəşelli kəndi yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

 

 

 

18 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 mart 2014 il
Əsgərimiz şəhid olub

Martın 17-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin əsgəri Həsənov Elvin Çingiz oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Həsənov Elvin Çingiz oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

17 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Martın 18-19-da Bakı şəhərində Silahlı Qüvvələrin Hərbi Təhsil Sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ Ekspert Qrupunun işçi görüşü, NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 18-dən 20-dək Tuusula şəhərində (Finlandiya) Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Analiz Proqramının məlumat bazası üzrə təlim kursu və Azərbaycan-ABŞ iş planına əsasən martın 18-dən aprelin 4-dək Novo Selo şəhərində (Bolqarıstan) "Saber Guardian" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

17 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Xocəvənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-ABŞ iş planına əsasən martın 16-dan martın 21-dək Nürnberq şəhərində (Almaniya) Azərbaycan-ABŞ işçi qrupunun görüşü, martın 17-dən martın 21-dək Paris şəhərində (Fransa) Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Krusevaç şəhərində (Serbiya) maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

15 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 mart 2014 il
Azərbaycan Ali Hərbi Məktəbinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib

Martın 14-də Azərbaycan Ali Hərbi Məktəbində bu təhsil ocağına Ümummilli Lider Heydər Əliyevin adının verilməsinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbir Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ulu Öndər Heydər Əliyevin Məktəbin ərazisindəki abidə önünə gül dəstəsinin qoyması ilə başlayıb.
Mərasim açıq elan edildikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi general-mayor Heydər Piriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktəbə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib..........Davamı

 

14 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 mart 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

Martın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Sverdlovsk vilayətinin qubernatoru cənab Yevgeniy Kuyvaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud olan uzunmüddətli dostluq əlaqələri müzakirə edilib, regiondakı hərbi-siyasi vəziyyət və Rusiya-Azərbaycan ikitərərfli əməkdaşlığı məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

 

 

13 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili, Xocəvənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Cəvahirli, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 mart 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının Quru Qoşunları Komandanını qəbul edib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarı qəbul edib.
Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Ümumilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını, o cümlədən Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar..........Davamı

 

 

 

10 mart 2014 il
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ölkəmizə rəsmi səfərə gəlib

Martın 10-da Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akar Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Türkiyə Respublikasının Quru Qoşunları Komandanı ordu generalı Hulusi Akarın rəsmi səfəri martın 12-dək davam edəcək.

 

 

10 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Hərbi Təhsil yardımı proqramına əsasən martın 14-dən martın 28-dək Hürt şəhərində (Almaniya) Alman dili müəllimlərinin təkmilləşdirmə seminarı keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

10 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Xocəvənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 mart 2014 il

Erməni silahlı bölmələri dünən Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən martın 10-da Bakı şəhərində Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında qərargah danışıqları, martın 10-dan aprelin 25-dək Şrivenhem şəhərində (Böyük Britaniya) Geniş təhlükəsizlik kontekstində müdafiənin idarə olunması üzrə 9-cu kurs, martın 10-dan martın 14-dək Ankara və İstanbul şəhərlərində (Türkiyə Respublikası) Terrorizmə qarşı mübarizə kursu və NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən NATO Kollektiv Regional Təliminin (REGEX-14) Planlaşdırma üzrə 4-cü işçi görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

7 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 mart 2014 il
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində səfərdədir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.
Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə təmas xəttindəki hərbi hissələrdəki mövcud vəziyyətlə tanış olub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirib.
Eyni zamanda Müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.........Davamı

 

 

 

6 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Kəngərli, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 mart 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

5 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Tərtər rayonunun Göyarx, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 mart 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 5-də Qazax rayonunun Kəmərli kəndinin yaxınlığında yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.

 

4 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəllər kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 mart 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktorunu qəbul edib

Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli təşkilatının baş direktoru cənab Zubair İqbal Maliki qəbul edib.
Müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu qeyd edib.
Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin keçirilməsinin zəruriliyini bildirib.
Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılmış, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanmışdır.
Görüşdə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Xalid Usman Qaiser də iştirak edib.

 

3 mart 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Martın 4-dən martın 7-dək Bakı şəhərində (Azərbaycan) Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminin yekun planlaşdırma konfransı və Azərbaycan – ABŞ ikitərəfli iş planına əsasən martın 5-dən martın 11-dək Qarmiş Partenkirxen şəhərində (Almaniya) xarici dillər kursları rəhbərlərinin konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

3 mart 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Ayqepar Berkaber və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Şuraabad, Kəngərli, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 mart 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.