30 iyun 2014 il
Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq hərbi tibbi konqresdə iştirak ediblər

Azərbaycan Respublikası Silahlı Qüvvələrin tibb xidmətinin üç nəfərdən ibarət nümayəndə heyəti İstanbul şəhərində keçirilən "Hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili və göstərilməsi" mövzusunda Birinci Hərbi Tibbi Konqresində iştirak ediblər.
Görüşə Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan nümayəndələr qatılıb.
Silahlı Qüvvələrin baş cərrahı, tibb elmləri doktoru, tibb xidməti polkovniki Famil Babayev konqresin açılışında çıxış edərək hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili, xəsarət alanların çeşidlənməsi, müxtəlif qruplara tibbi yardım prinsipləri, tibbi və digər ehtiyacların müəyyən edilməsi məsələlərinin zəruri olduğunu vurğulayıb...................Davamı

 

30 iyun 2014 il
Müdafiə Nazirliyinin məlumatı

Müdafiə Nazirliyi bildirir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 281 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 nömrəli "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyasının ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" Qərarına əsasən kompensasiyanın ödənilməsi üçün əlavə maliyyə vəsaiti və sənədləşməyə çox vaxt tələb olunduğundan Müdafiə Nazirliyində bu işlər mərhələli şəkildə aparılır..................Davamı

 

30 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 1-dən 4-dək Bakı şəhərində Müdafiənin idarə olunması üzrə seminar və Azərbaycan-ABŞ İş Planına əsasən iyulun 1-dən 3-dək Lyublyana şəhərində (Sloveniya) Maddi Texniki Təminat məsələləri üzrə seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

30 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 36 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Mərzili, Şuraabad, Füzuli rayonunun Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 iyun 2014 il
Zabitimiz xəsarət alıb

İyunun 27-də cəbhənin Qazax rayonu istiqamətində erməni silahlı bölmələri atəşkəs rejimini pozub. Düşmənin avtomat silahından açılan atəşdən güllə daşa dəyib və daşdan qopan qəlpələrdən Silahlı Qüvvələrin zabiti leytenant Məlikov Famil Amil oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərilən leytenant F.Məlikovun səhhəti ilə bağlı narahatçılığa heç bir əsas yoxdur.

 

27 iyun 2014 il
Birgə əməliyyat-taktiki təlimləri davam edir

Silahlı Qüvvələr və başqa silahlı birləşmələrlə birgə əməliyyat-taktiki təlimin iyunun 26-dan etibarən başlamış fəal fazası çərçivəsində əməliyyatın birinci günü silahlı təcavüzün dəf edilməsi və əks-hücum üzrə təlim sualları tam işlənmiş, qarşıya qoyulan təlim-döyüş tapşırıqları uğurla yerinə yetirilmişdir.
İyunun 27-də əməliyyatın növbəti mərhələsində təcavüzkar ölkənin tam məğlubiyyətə uğradılması, onun birləşmə və hissələrinin darmadağm edilməsinin başa çatdırılması məqsədi ilə əks-hücum əməliyyatının inkişaf etdirilməsi üzrə təlim sualları işlənmişdir.................Davamı

 

 

 

27 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 60 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şıxlar, Kəngərli, Mərzili, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 iyun 2014 il
AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ GENERAL-POLKOVNİK ZAKİR HƏSƏNOVUN GÜLÜSTAN SARAYINDA SİLAHLI QÜVVƏLƏRİN YARADILMASININ 96-CI İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI

 

26 iyun 2014 il
Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib

İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib.
Mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb................Davamı

 

 

 

26 iyun 2014 il
Birgə əməliyyat-taktiki təlimləri keçirilib

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.
Təlimlərdə "Azərbaycan Respublikası ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədi ilə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə fəaliyyətinin planlaşdırılması və təşkili. Dövlət sərhədinin mühfizəsi və müdafiəsi. Əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi" mövzusunda məsələlər işlənilib..............Davamı

 

 

26 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 iyun 2014 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

25 iyun 2014 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

25 iyun 2014 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

25 iyun 2014 il
Müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi Ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisindəki abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.
Sonra Müdafiə naziri hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edərək hədiyyələr təqdim edib.............Davamı

 

 

 

25 iyun 2014 il
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

İyunun 25-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbərliyi və şəxsi heyəti 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub................Davamı

 

 

 

25 iyun 2014 il
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

25 iyun 2014 il
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun AzərTAc-a müsahibəsi

 

25 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

İyunun 26-dan 28-dək Batumi şəhərində (Gürcüstan) Müdafiə və Təhlükəsizlik konfransı keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

25 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 78 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 iyun 2014 il
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi anılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşəbbüsü ilə Belarus Respublikasının Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Nikolayeviç Davidoviçin xatirəsi anılıb.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı, digər xalqların övladları da şəhidlik zirvəsinə ucalıb və adları Azərbaycanın şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb...............Davamı

 

 

 

 

24 iyun 2014 il
AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNİN XÜSUSİ TƏYİNATLI TƏHSİL MÜƏSSİSƏLƏRİ MƏZUNLARININ BURAXILIŞINA HƏSR EDİLMİŞ TƏNTƏNƏLİ MƏRASİMDƏKİ ÇIXIŞI

 

24 iyun 2014 il
Xüsusi təyinatlı təhsil müəssisələri məzunlarının buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib

İyunun 24-də xüsusi təyinatlı təhsil müəssisələrinin - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Təlim-Tədris Mərkəzi və Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi məzunlarının növbəti buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ümummilli Lider Heydər Əliyevin hərbi məktəbin ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq dərin ehtiramını bildirib..............Davamı

 

 

 

24 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 43 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Mərzili, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 iyun 2014 il
Müdafiə Nazirliyinin yeni tikilmiş xidməti yaşayış binaları istifadəyə verilib

İyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən tikilmiş 2 doqquz mərtəbəli xidməti yaşayış binasının açılış mərasimində iştirak edib və bir qrup hərbi qulluqçuya mənzillərin açarlarını təqdim edib.
Bakının Səbail rayonu ərazisində inşa olunan xidməti yaşayış binalarında (1 bloklu 40 mənzilli və 2 bloklu 70 mənzilli) Müdafiə Nazirliyinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidməti mənzillərlə təmin olunub...................Davamı

 

23 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 64 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Yusifcanlı, Mərzili, Baş Qərvənd, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Şuraabad, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Almaniyanın Hərbi Təhsilə Yardım Proqramına əsasən iyunun 23-dən iyulun 11-dək Hammelburq şəhərində (Almaniya) BMT hərbi müşahidəçiləri kursu keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

21 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Şuraabad, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 iyun 2014 il
Məlumat

İyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissədə xidmət keçən əsgər Ağakişiyev Bəhruz Xəqani oğlu tabeliyində olan avtomatdan atəş açaraq əsgər Əhmədov Kamran İntiqam oğlunu yaralamış və əsgər Abdullayev Neyman Elman oğlunu qətlə yetirmişdir. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar etmişdir.
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

20 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 iyun 2014 il
Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin 100 illiyi qeyd olunub

İyunun 19-da Sovet İttifaqı Qəhrəmanı Bəhyəddin Mirzəyevin anadan olmasının 100 illiyi münasibəti ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində tədbir keçirilib. Tədbiri Azərbaycan Rerublikası Veteranlar Təşkilatının sədri ehtiyatda olan general-mayor Dadaş Rzayev açıq elan edib.
Qəhrəmanın həyat və döyüş yolu haqqında məruzə ilə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin elmi işçisi Gülşən Hüseynova bildirib ki, Böyük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqları ilə yaddaşlarda iz qoyan, Azərbaycan oğullarından biri də Mirzəyev Bəhyəddin Şahvələd oğludur..................Davamı

 

 

 

19 iyun 2014 il
Müdafiə Nazirliyinin məlumatı

Bu gün yerli elektron kütləvi informasiya vasitələrində erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən ərazimizdəki yüksəkliklərin guya ələ keçirilməsi ilə bağlı məlumat və fotolar yayılıb.
Bildiririk ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib.
Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş bu fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır..................Davamı

 

19 iyun 2014 il
Müdafiə naziri Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin və "Rosoboroneksport"-un rəhbərlərini qəbul edib

İyunun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb................Davamı

 

 

19 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 43 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 iyun 2014 il
Mahnı müsabiqəsinin final mərhələsi keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü münasibətilə Gəncə Zabitlər Evi və ordu birliyinin təşəbbüsü ilə keçirilən mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqə bölgədə yerləşən hərbi hissələri və ətraf rayonların iyirmi səkkiz yaşadək olan sakinlərini əhatə edib. Müsabiqənin əsas məqsəd milli mədəniyyətimizin təbliği ilə yanaşı, musiqi sahəsində istedadı olan hərbçiləri, gəncləri üzə çıxarmaq, ordu ilə cəmiyyət arasında əlaqələri daha da genişləndirməkdir..............Davamı

 

 

 

 

18 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şuraabad, Baş Qərvənd, Cəvahirli, Şıxlar, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 iyun 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri NATO Parlament Assambleyasının Prezidentini qəbul edib

İyunun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının Prezidenti cənab Hüqh Bayleyi (Böyük Britaniya) qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq, bölgədəki hərbi-siyasi vəziyyət barədə ona ətraflı məlumat verib, həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsi məsələsini bir daha xatırladıb.................Davamı

 

 

 

17 iyun 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

17 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 iyun 2014 il
Şəhid kiçik çavuş Kərimov Səməndər Fazil oğlu dəfn edilib

Düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuş çavuş Kərimov Səməndər Fazil oğlu doğulduğu Füzulu rayonunun Aşağı Yağlıvənd kəndində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri və rayon ictimayyəti iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra Şəhidin cənazəsi fəxri qaravulun müşayiəti ilə kənd məzarlığına aparılıb.
Şəhid Səməndər Kərimov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin əzilərinə təqdim edilib.................Davamı

 

 

 

16 iyun 2014 il
Əsgərimiz şəhid olub

İyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin 1994-cü il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış hərbi qulluqçusu kiçik çavuş Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

16 iyun 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 17-də Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.

 

 

 

 

16 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlər keçiriləcək

İyunun 17-dən 19-dək Sofiya şəhərində (Bolqarıstan) Strateji hərbi tərəfdaşlıq konfransı və Azərbaycan-Almaniya əməkdaşlıq Proqramına əsasən Bakı şəhərində Maddi-Texniki Təminat və səhra məntəqələrinin yaradılması üzrə ekspert görüşü keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

16 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 iyun 2014 il
C.Naxçıvanski adına Hərbi Liseydə Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə 15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş geniş tədbir keçirilib.
Səbail rayon İcra Hakimiyyətinin nümayəndələrinin, rayon ictimaiyyətinin orta məktəblərin direktorları və 150 nəfər şagirdin iştirakı ilə keçirilən tədbir Ulu öndər Heydər Əliyevin büstü önünə əklillərin goyulması ilə başlanıb. Sonra qonaqlar tərəfindən Liseyin Muzeyi ziyarət edilib, Cəmşid Naxçıvanskinin büstü önünə gül dəstələri düzülüb.
Hərbi Liseyin klubundakı bayram mərasimində Liseyin rəisi general-mayor Mirzə Almasov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Liseyin kursantı Mürvət Camalov bayram çıxışları edib və qonaqlara lisey haqqında brifinq təqdim olunub.
Sonra Səbail rayon İcra Hakimiyyəti tərəfindən nizam-intizamda və tədrisdə fərqlənən şəxsi heyətə mükafatlar təqdim olunub.
Tədbir konsert proqramı ilə başa çatıb.

 

 

14 iyun 2014 il
Azərbaycanın Əfqanıstan müharibəsi veteranları cəbhə bölgəsindədir

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyi ilə birlikdə Silahlı Qüvvələrdə tədbirlərin təşkilinə dair təşkilat komitəsi yaradılmış və tədbirlər planı təsdiq edilmişdir.
Plana əsasən İctimai Birliyin sədri və təşkilat komitəsinin həmsədri Məhəmməd Vəliyevin rəhbərlik etdiyi Əfqanıstan müharibəsi iştirakçılarından ibarət qrup cəbhə bölgəsindədir.................Davamı

 

 

 

 

14 iyun 2014 il
Milli Qəhrəmanın xatirəsi xidmət etdiyi cəbhə bölgəsindəki hərbi hissədə yad edilib

Azərbaycanın Milli Qəhrəmanı Şikar Şükür oğlu Şikarov 22 il öncə iyun ayının 13-də Azərbaycanın ərazi bütövlüyünün qorunması, işğal edilmiş torpaqların azad olunması uğrunda döyüşlərdə şəxsi şücaət və rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Qəhrəmanın şəhid olduğu gün onun vaxtilə xidmət etdiyi cəbhə bölgəsindəki hərbi hissədə yad edilib.
Xatirə mərasimdə Müdafiə Nazirliyinin, Veteran təşkilatlarının, SHXÇDX-nin əməkdaşları, eləcə də, Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.................Davamı

 

 

 

 

14 iyun 2014 il
15 iyun - Milli Qurtuluş Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə Azərbaycan Respublikası Müdafiə nazirinin təbriki

 

14 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan-ABŞ İş Planına əsasən iyunun 16-dan 20-dək Grafenvöhr şəhərində (Almaniya) "Rapid Trident – 2014" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

14 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 iyun 2014 il
Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirmiş məzunlar buraxılışın 35-ci ildönümünü qeyd ediblər

Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi, indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, sovet dövründən bu günədək Silahlı Qüvvələr üçün zabit kadrları hazırlayan nüfuzlu hərbi təhsil müəssisələrindəndir.
1979-cu ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini bitirmiş, MDB ölkələrindən olan 40-dan çox məzun iyunun 12-si və 13-də həmin buraxılışın 35 illiyini qeyd etmək üçün ölkəmizə gəliblər................Davamı

 

 

 

 

13 iyun 2014 il
Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin metodik toplantısı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində şəxsi heyətlə iş üzrə komandir müavinlərinin metodik toplantısı keçirilib.
Tədbirdə Silahlı Qüvvələrdə tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, hər bir gənc döyüşçünün hansı amal, məqsəd uğrunda mübarizə aparmasının mahiyyətini dərindən dərk etməsi və psixoloji əməliyyatlar mövzularında məruzələr dinlənilib.............Davamı

 

 

 

13 iyun 2014 il
Silahlı Qüvvələrdə Milli Qurtuluş günü qeyd edilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 15 iyun Milli Qurtuluş gününün qeyd edilməsilə əlaqədar silsilə bayram tədbirlərinə start verilib.
Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi hissə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində təntənəli mərasimlər keçirilir.
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi, Milli Qəhrəmanlar və Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının üzvlərindən ibarət qrup Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etmək üçün cəbhə bölgəsində yerləşən hərbi hissələrdə səfərdədir.
Silsilə bayram tədbirləri iyunun 15-dək davam edəcək...............Davamı

 

13 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 27 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 iyun 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Sarıcalı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 iyun 2014 il
Naxçıvandakı vəziyyətlə bağlı Müdafiə Nazirliyinin rəsmi məlumatı

Müdafiə Nazirliyi rəsmi olaraq bir daha bildirir ki, Naxçıvan Muxtar Respublikası ərazisində guya gedən hərbi əməliyyatlar haqqında yayılan məlumatlar yalandır və təxribat xarakteri daşıyır.

 

11 iyun 2014 il
Bakıda müdafiə üzrə seminar keçiriləcək

Azərbaycan-Bolqarıstan ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrimizin hərbi qulluqçularının iştirakı ilə iyunun 12-i və 13-də Bakı şəhərində Kimyəvi, Bioloji, Radioaktiv və Nüvə silahlarından müdafiə üzrə seminar keçiriləcək.

 

11 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Nəmirli, Şıxlar, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 iyun 2014 il
Beynəlxalq Qırmızı Xaç Komitəsi Silahlı Qüvvələrin zabitləri üçün təlim kursu keçirir

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi tərəfindən Beynəlxalq Hümanitar Hüquq mövzusunda təlim kursu keçirilir.
Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Sülhməramlı qüvvələrlə əlaqələri, Beynəlxalq Humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, Qərargah planlaşdırılmasında Beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinləniləcək, brifinqlər təqdim olunacaq.
Kurs iyunun 11-də sona çatacaq.

 

10 iyun 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

10 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 iyun 2014 il
Müdafiə Nazirliyinin məlumatı

Bu gün bəzi kütləvi informasiya vasitələrində "Zakir Həsənov istefa ərizəsi yazıb" başlıqlı məlumatlar yayılıb.
Bu kimi xəbərlərin yayılması ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədini güdür, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurur.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.
Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır.

 

9 iyun 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 10-da Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolunun şimal istiqamətindəki təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Xristo Xristov və Piter Svedberq, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu (Türkiyə) keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle, ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Dan Harvey (İsveçrə) keçirəcəklər.

 

9 iyun 2014 il
Planlaşdırma və Analiz Prosesi üzrə qiymətləndirmə görüşü keçiriləcək

İyunun 10-da Brüssel şəhərində (Belçika) Azərbaycan Respublikası Silahlı Qüvvələri nümayəndələrinin də iştirakı ilə Planlaşdırma və Analiz Prosesi üzrə 28+1 formatında qiymətləndirmə görüşü keçiriləcək.

 

9 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 iyun 2014 il
Müdafiə Nazirliyinin məlumatı

Bu gün bəzi elektron kütləvi informasiya vasitələri anonim "yerli kənd sakinlərinə" və sosial şəbəkələrdəki istifadəçilərə istinadən guya Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasına hücum təşkil etməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.
Yayılan məlumatların heç bir əsası yoxdur və yalandır. Hazırda bu istiqamətdə vəziyyət sabitdir və əməliyyat şəraiti Silahlı Qüvvələrin tam nəzarəti altındadır.

 

7 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə bir sıra beynəlxalq tədbirlər keçiriləcək

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyun ayının 9-dan başlayaraq bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
İyunun 11-dək Bakı şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin Beynəlxalq humanitar hüquq mövzusunda seminarın keçirilməsi planlaşdırılır.
İyunun 13-dək Türkiyənin İstanbul şəhərində NATO-nun Regional Kollektiv Təlim (REGEX 6) seminarında iştirak və Azərbaycan-ABŞ İş Planına əsasən Budva şəhərində (Monteneqro) "Combined Endeavor–2014" təliminin yekun planlaşdırma konfransı nəzərdə tutulub.
Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən iyulun 4-dək Vışkov şəhərində (Çexiya) Kiçik komandirlər üçün liderlik kursu, iyulun 18-dək isə Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən Risalpur şəhərində (Pakistan) Partlayıcı vasitələrin zərərsizləşdirilməsi üzrə təməl kursu olacaq.

 

7 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 45 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 iyun 2014 il
Azərbaycan Respublikası Müdafiə nazirinin Brüsselə səfəri sona çatıb

İyunun 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə iştirak edib...............Davamı

 

 

 

 

4 iyun 2014 il
Xüsusi mühafizə bölüyünə qəbul elan edilir

Müdafiə Nazirliyinin xüsusi mühafizə bölüyünə müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunda olan, yaşı 20-dən 30-dək, boyu 175 santimetrdən hündür, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), məhkum olunmamış, əvvəllər əsgər, matros və çavuş vəzifələrində bağlaşma əsasında könüllü hərbi xidmətdə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən və nalayiq hərəkətlər törətməyən, ali yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayan Azərbaycan Respublikasının vətəndaşları dəvət edilir.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.
Xidmətə qəbul olmaq istəyən şəxslər 2014-cü il iyul ayının 15-dək (şənbə və bazar günlərindən başqa) saat 10.00-dan 17.00-dək Müdafiə Nazirliyinin Komendantlığına ərizə ilə müraciət edə bilərlər................Davamı

 

4 iyun 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

İyunun 5-dən 6-dək Almaniyanın Oberammerqau şəhərində "Cənubi Qafqaz və Moldova üzrə məlumat və təcrübə mübadiləsi" üzrə 21-ci konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

4 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 iyun 2014 il
Şəhid əsgər Həsənli Zaur Söhbətdin oğlu dəfn edilib

Düşmən tərəfindən açılan atəş nəticəsində dünən şəhid olmuş əsgər Həsənli Zaur Söhbətdin oğlu iyunun 3-də Xırdalan şəhərində dəfn olunub.
Əsgər Z.Həsənlinin cənazəsi şəhid olduğu Naxçıvan torpağından Bakıya xüsusi təyyarə ilə gətirilib.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Xırdalan şəhər İcra Hakimiyyətinin, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər................Davamı

 

 

 

3 iyun 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığında olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə Belçika Krallığında rəsmi səfərdədir.
Səfərin ilk günü NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahında Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənovla general F.Bridlav arasında keçirilən görüşdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib...............Davamı

 

 

 

3 iyun 2014 il
Azərbaycan Respublikası Müdafiə nazirinin ABŞ Müdafiə Katibi ilə görüşü keçiriləcək

İyunun 4-də Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində keçiriləcək iclas çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-nın Müdafiə katibi cənab Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub.

 

 

 

 

 

3 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 iyun 2014 il
Əsgərimiz şəhid olub

İyunun 2-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayonundan hərbi xidmətə çağırılmış əsgəri Həsənli Zaur Söhbətdin oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olmuşdur.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

2 iyun 2014
Azərbaycan Respublikası Müdafiə nazirinin NATO-ya səfəri başlayıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə iyunun 2-də Belçika Krallığına rəsmi səfərə yola düşüb.
Səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.
Azərbaycan nümayəndə heyəti Belçikanın Mons şəhərində yerləşən NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığı Qərargahının fəaliyyəti ilə də tanış olacaq..............Davamı

 

 

 

2 iyun 2014 il
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol çempionatı sona çatıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən mayın 26-dan iyunun 1-dək hərbi qulluqçular arasında futbol çempionatı keçirilib.
Gəncə şəhərində təşkil edilən yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak ediblər.
AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 13 komanda 4 qrupda mübarizə aparıb...............Davamı

 

 

 

 

2 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 48 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 iyun 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

<>