31 iyul 2014 il
Məlumat

İyulun 31-də saat 17.00 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Döyüş mövqeyində təhlükəsizlik qaydalarının pozulması nəticəsində Silahlı Qüvvələrimizin 1992-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Əhmədov Qaryağdı Eldar oğlu düşmən tərəfindən açılan snayper atəşindən həlak olub.

 

 

31 iyul 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 1-də Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçirəcəklər.

 

 

 

 

31 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 96 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Qorqan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 iyul 2014 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Akademiyanın məzunları ilə görüşüb

İyulun 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.
Baş Qərargah rəisi məzunlar qarşısında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyətini, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində Müdafiə Nazirliyinin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin nəzərinə çatdırıb.
Zabitləri bu əlamətdar gün münasibətilə təbrik edən general-polkovnik N.Sadıkov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tösiyələrini şəxsi heyətə çatdıraraq ordumuzun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün əldə etdikləri biliklərinin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onalara uğurlar arzulayıb.

 

 

30 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 111 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vazaşen, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Məzəm, Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Şıxlar, Sarıcalı, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Şirvanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

İyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.

***

29 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 68 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Qorqan, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 92 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, Şavarşavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Sarıcalı, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Goranboy və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 80 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Qorqan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 iyul 2014 il
Silahlı Qüvvələrin Baş Qərargahı üçün inşa edilən yeni inzibati binanın təməlqoyma mərasimi keçirilib

İyulun 26-da Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib. Tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.................Davamı

 

 

 

 

 

 

 

 

 

26 iyul 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki

 

 

26 iyul 2014 il
Düşmənin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçməsi cəhdinin qarşısı alınıb

İylun 25-dən 26-a keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Goranboy rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri itki verərək geri çəkilməyə məcbur edilib.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib.

 

 

26 iyul 2014 il
Müdafiə Nazirliyinin ünvanına xeyli minnətdarlıq məktubları göndərilib

Xəbər verdiyimiz kimi Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən hərbi vətənpərvərlik həftəsi çərçivəsində iyul ayının 4-də Göygöl rayonu ərazisində Murovdağ şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır.
Şəhid ailələri bu xeyirxah vətənpərvərlik təşəbbüsünə görə Müdafiə Nazirliyinin ünvanına xeyli minnətdarlıq məktubları göndərmişlər. Həmin məktublardan birini təqdim edirik.................. Davamı

 

 

 

 

 

26 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi, Əlibəyli, Hacıalılı və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz gecə saatlarında 21:30-dan 01:50-dək avtomat və iri çaplı silahlardan intensiv atəşə məruz qalıb.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 iyul 2014 il
Müdafiə naziri Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib

İyulun 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duranı qəbul edib.
Görüşdə beynəlxalq qurumla ölkəmiz arasında qarşılıqlı əlaqələr, həyata keçirilən fəaliyyətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb................Davamı

 

 

 

 

 

 

 

24 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex, Barekamavan, Şavarşavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Mərzili, Baş Qərvənd, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 iyul 2014 il
Müdafiə naziri Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

İyulun 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi cənab Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.. ................Davamı

 

 

 

 

23 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz, Tərtər rayonunun Çaylı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 iyul 2014 il
Silahlı Qüvvələrin Baş Klinik Hospitalında daha bir unikal cərrahiyə əməliyyatı uğurla həyata keçirilib

İyulun 22-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Ürək-damar şöbəsinin rəisi tibb xidməti mayoru Anar Əmrah mətbuat nümayəndələri ilə görüş keçirib.
Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının xüsusi təlim və təhsil almış A.Əmrah və 30 nəfərdən ibarət tibb heyəti hospitalımızda təkcə hərbçilərə deyil, ölkənin bütün vətəndaşlarına xidmət göstərir. Ötən ilin oktyabr ayından bu günədək şöbədə 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib. ................Davamı

 

 

 

 

 

 

22 iyul 2014 il
Silahlı Qüvvələrin hərbi qulluqçuları arasında səmti müəyyən etmə yarışları başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb.
Yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparacaqlar.
13 komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.
Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə sona çatacaq.

 

 

 

 

22 iyul 2014 il
Komandirlərin şəxsi heyətlə iş üzrə müavinlərinin təkmilləşdirmə kursları başlayıb

İyulun 22-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində komandirlərin şəxsi heyətlə iş üzrə müavinlərinin hazırlıq səviyyəsini daha da artırmaq məqsədilə bir aylıq təkmilləşdirmə kursları başlayıb................Davamı

 

 

 

 

 

 

 

 

22 iyul 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Milli Mətbuat Günü münasibətilə təbriki

 

 

22 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Mərzili, Baş Qərvənd, Şuraabad, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq seminarda iştirak edəcək

İyulun 21-dən 25-dək Bakı şəhərində "Hərbi xidmətkeçmənin idarə olunmasında peşəkar hazırlıq" mövzusunda seminar keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

21 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Şuraabad kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 iyul 2014 il
Hərbi qulluqçular avtomobil qəzasına uğrayıb

İyulun 19-da saat 23.40 radələrində Tərtər-Hindarx yolunun Köçərli kəndi ərazisində içərisində hərbi qulluqçular olan minik avtomobili qəzaya uğrayıb.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Əhlimanlı Koroğlu Elman oğluna məxsus "VAZ 2107" markalı avtomobildə idarəetmənin itirilməsi nəticəsində qəza baş verib.
Nəticədə leytenant Əsgərzadə Anar İlham oğlu (19.05.1990-cı il təvəllüdlü, 2008-ci il tarixdə Zaqatala rayonundan hərbi xidmətə çağırılıb) vəfat edib......................Davamı

 

 

20 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 iyul 2014 il
Mətbuat Şurası üzvlərinin Müdafiə Nazirliyinin nümayəndələri ilə görüşü keçirilib

İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib.
Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbiri giriş sözü ilə açan Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev öncə tədbir iştirakçılarını salamlayıb və media nümayəndələrini qarşıdan gələn peşə bayaramı münasibətilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edib......................Davamı

 

 

 

 

18 iyul 2014 il
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

İyulun 18-də Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətilə 2014-cü ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş genişləndirilmiş xidməti iclas keçirilib.
Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və müstəqil xidmət rəisləri, birlik komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak edib....................Davamı

 

 

 

 

 

 

18 iyul 2014 il
Silahlı Qüvvələrin nümayəndələri üçün təşkil olunan ingilis dili kursunun buraxılış mərasimi keçirilib

İyulun 18-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ABŞ Hərbi Dillər İnstitutunun təlimatçıları tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçuları üçün təşkil olunan 6 aylıq intensiv ingilis dili kursunun buraxılış mərasimi keçirilib.
Mərasimdə iştirak edən ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsinin rəisi general-mayor Ramiz Nəcəfov kursu bitirən məzunları sertifikatlarla təltif ediblər.....................Davamı

 

 

 

 

18 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 iyul 2014 il
Silahlı Qüvvələrdə hərbi-vətənpərvərlik sənədli filmləri həftəsinə start verildi

Lənkəran Qarnizon Zabitlər Evində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyi "Salnamə" studiyasında Respublika Gənclər Mükafatı və Beynəlxalq Kino Festivalları laureatı Tahir Əliyevin rejissorluğu ilə çəkilmiş hərbi-vətənpərvərlik sənədli filmləri həftəsinin açılışı oldu.
Azərbaycan Müharibə Veteranları İctimai Birliyinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbani qonaqları salamlayaraq qeyd etdi ki, bu gün Silahlı Qüvvələrdə şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında, hərbi vətənpərvərlik ruhunda, ata-babaların qəhrəmanlıq ənənələri zəmnində tərbiyə olunması, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərin aşılanması, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məsələləri daim Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.................. Davamı

 

 

17 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 31 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qapanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 iyul 2014 il
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatı milli qvardiyasının komandanını qəbul edib

İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Oklahoma ştatı milli qvardiyasının komandanı general-mayor Mayls Dirinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib...................Davamı

 

 

16 iyul 2014 il
Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Respublikasının kütləvi informasiya vasitələri ölkəsinin Müdafiə naziri Seyran Ohanyanın çıxışına istinadən iddia edirlər ki, guya Azərbaycan ordusu kəşfiyyat-təxribat qruplarına əraziyə yaxşı bələd olan cinayətkar elementləri cəlb etməklə müxtəlif diversiyalar həyata keçirir............Davamı

 

 

16 iyul 2014 il
Horadizdə şəhid Səməndər Kərimovun xatirəsi anıldı

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərindəki Muğam Mərkəzində şəhid Səməndər Fazil oğlu Kərimovun xatirəsinə həsr olunmuş mərasim keçirilib.
Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbaninin "Şəhidliyə qovuşanlar" adlı poemasının əsasında hazırlanmış rekviyem-tamaşadan sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclisin sədr müavini Bahar Muradova və başqaları çıxış edərək Vətən uğrunda şəhid olanlara və onların ailələrinə daim diqqət və qayğı göstərildiyini, şəhidlərin xatirələrinin əbədiləşdirildiyini qeyd etdilər................. Davamı

 

 

16 iyul 2014 il
"Heydər Əliyev ideyalarına sadiqlik!"

Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Horadiz şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə yerli əhali və ordu nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev ideyalarına sadiqlik!" şüarı altında mərasim keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Ulu Öndərin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə ölkədə yeni eranın başlandığını, respublikanın intibah dövrünə qədəm qoyduğunu qeyd etdi. ................ Davamı

 

 

16 iyul 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq təlimdə iştirak edəcək

İyulun 16-dan 29-dək Novo Selo şəhərində (Bolqarıstan) "Platinum Lion" təlimi keçiriləcək.
Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

15 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan və Noyemberyan rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 iyul 2014 il
Müdafiə naziri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi attaşelərini qəbul edib

İyulun 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrini qəbul edib.
Müdafiə naziri görüşün əhəmiyyətini qeyd edərək, Silahlı Qüvvələrdə aparılan islahatlar, görülən işlər, o cümlədən xarici hərbi prioritetlərimiz barədə geniş məruzə ilə çıxış edib.................Davamı

 

 

14 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri Parisdə keçirilən hərbi paradda iştirak ediblər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransa Respublikasının milli bayramı - Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə iyulun 14-də Paris şəhərində keçirilən hərbi paradda iştirak edib.
Hərbi qulluqçularımız ölkəmizin bayrağını dünyanın 80-ə yaxın Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən hərbi paradda ilk dəfə olaraq dalğalandırıblar..................Davamı

 

 

14 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Mərzili, Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 29 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

İyulun 14-dən 18-dək Oberammerqau şəhərində (Almaniya) Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, iyulun 25-dək Andermatt şəhərində (İsveçrə) Təkmilləşdirilmiş yay dağ təlimi kursu, avqustun 1-dək Vişkov şəhərində (Çexiya) Komanda və qərargah kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

12 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 iyul 2014 il
"Vətənə xidmətə görə sağ ol"

Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənə xidmətə görə sağ ol!" devizi altında təşkil olunan təntənəli mərasim yeni ənənə olmaqla yanaşı, həm də ordu ilə xalqın birliyinin təntənəsinə çevrilmişdir.
Tədbir iştirakçıları, qonaqlar, ordudan ehtiyata buraxılan hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmətə çağırılan gəclərin nümayəndələri əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini hörmət və ehtiramla yad etdilər.
Heydər Əliyev Mərkəzinin geniş ekspozisiyası ilə tanışlıq oldu. Böyük Vətən müharibəsində, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirə kompleksləri, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidəsi ziyarət edildi.................. Davamı

 

 

 

11 iyul 2014 il
Məlumat

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.

 

 

11 iyul 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 iyul 2014 il
Sülhməramlılarımız Vətənə qayıdıb (VIDEO)

İyulun 10-da Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıtmışdır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.
Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.................Davamı

 

 

 

 

 

10 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri dəniz təlimində iştirak edəcək

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 11-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) Açıq dəniz təlimi keçiriləcək.
Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

10 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 iyul 2014 il
Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

İyulun 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrdə olub.
Müdafiə Nazirliyinin rəhbərliyi müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.................Davamı

 

 

 

 

 

 

9 iyul 2014 il
Əsgərlər yüngül xəsarət alıb

İyulun 8-də keçirilən təlimlər zamanı qumbara ilə ehtiyatsız davranma nəticəsində əsgərlər Həşimli Bəhram Məhərrəm oğlu, Məmmədov Orxan Allahverdi oğlu və Ağalarzadə Rəhimağa Əsgər oğlu yüngül xəsarət alıb.
İlkin tibbi yardım göstərilən hərbi qulluqçular Gəncə qarnizon hospitalına yerləşdiriliblər. Vəziyyətləri kafidir.

 

9 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 iyul 2014 il
Cəbhə bölgəsində irimiqyaslı təlimlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir.
Təlimlərin yeni mərhələsində birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığı, qoşunların yürüş qabiliyyəti, döyüş tətbiqi imkanları, həmçinin şəraitə və qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementlərinin qarşılıqlı əlaqələndirilməsi məsələlərinin öyrənilməsi və praktiki istifadəsi yerinə yetirilir....................Davamı

 

 

 

8 iyul 2014 il
Sülhməramlılarımız Əfqanıstana yola salınıb

İyulun 8-də Bakıdakı "N" saylı hərbi hissədə Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yolasalma mərasimi keçirilib.
Mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyyə ediblər....................Davamı

 

 

 

 

 

 

 

8 iyul 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

8 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Kəngərli, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 iyul 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.

 

 

 

 

 

7 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 8-dən 10-dək Leer şəhərində (Almaniya) Tibb xidməti əməliyyatları üzrə işçi görüşü, Bakı şəhərində Silahlara nəzarət üzrə ekspert görüşü, iyulun 9-dən 12-dək Minsk şəhərində (Belarus) "MİLEX-14" sərgisi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

7 iyul 2014 il
Hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı ilə görüş keçirilib

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov bir neçə gündür ki, Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən keçirilən hərbi vətənpərvərlik həftəsi çərçivəsində tədbirlərdə yaxından iştirak edir.
O, ön səngərlərdə olub və Vətən torpaqlarının keşiyində dayanan döyüşçülərlə görüşüb. Şəxsi heyət Milli Qəhrəmanın xatirələrini dinləyib və bu bölgədə gedən qanlı döyüşlərdə Azərbaycan oğullarının göstərdikləri rəşadət və igidliklər barədə söhbətinə maraqla qulaq asıblar. M.Həsənov gənc əsgərlərə məsləhətlər verib, onların çoxsaylı suallarını cavablandırıb................. Davamı

 

 

 

 

 

7 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex və Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Berd rayonunun ərazisindəki adsız yüksəklikdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Horadiz, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 iyul 2014 il
Müdafiə Nazirliyinin məlumatı

Bəzi kütləvi informasiya vasitələrində oruc tutan hərbi qulluqçulara guya Müdafiə Nazirliyi tərəfindən qadağa qoyulması barədə məlumatlar yayılıb.
Müdafiə Nazirliyinin bu məsələyə münasibəti ondan ibarətdir ki, hərbi hissələrin komandanlığı valideynləri, ictimaiyyətin nümayəndələrini, din xadimlərini, ağsaqqalları hərbi hissələrə dəvət edərək məsləhətləşmələr aparır və onlar hərbi xidmətin spesifikası, xidmət dövrü ərzində oruc tutulmasının tibbi, fiziki, psixioloji baxımdan orqanizmə təsiri və nəticələri barədə hərbi qulluqçular arasında maarifləndirici işin həyata keçirilməsinə cəlb edilirlər................... Davamı

 

5 iyul 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

İyulun 6-dan 15-dək Paris şəhərində (Fransa) 1-ci Dünya müharibəsinin 100 illiyi, Fransanın Milli gününə həsr olunmuş parad, Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Tbilisi şəhərində (Gürcüstan) Hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 11-dək Marmaris şəhərində (Türkiyə) Beynəlxalq gəmi və liman təhlükəsizlik kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq planına əsasən iyulun 7-dən 8-dək Vişkov şəhərində (Çexiya) 2014 Əməliyyat atıcılıq kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

5 iyul 2014 il
Murovdağ döyüşçülərinin şərəfinə xatirə abidəsinin açılışı olub

Madafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Murovdağ şəhidlərinin xatirəsinə həsr olunmuş abidənin açılışı olub.
Mərasimdə övladları Kəlbəcər rayonu və Murovdağ uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış döyüşçülərimizin valideynləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri və bölgədə yerləşən hərbi hissənin şəxsi heyəti iştirak edib.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani mərasimi açaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və işğal edilmiş ərazilərimizi düşmən tapdağından azad edərkən canlarından, qanlarından keçən oğul və qızlarımızın xatirəsini həmişə əziz tutar və onların xatirələrinin əbədiləşdirilməsi üçün səyini əsirgəməzdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu ənənəni uğurla davam etdirir və şəhid ailələri ölkə rəhbərinin daim diqqət mərkəzindədir................ Davamı

 

 

 

5 iyul 2014 il
Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.
Azərbaycanın ərazi bütövlüyünün qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə, Qarabağ uğrunda döyüşlərdə göstərdiyi şəxsi rəşadət və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş belarusiyalı zabit mayor Anatoli Davidoviçin xatirə günü keçirilib.
Bakı, Gəncə, Şəmkir, Goranboy, Göygöl, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və digər bölgələrin müharibə veteranları, Milli Qəhrəmanlar, ictimaiyyət nümayəndələri, general, zabit, gizir, əsgərlər və Belarus Respublikasının ölkəmizdəki konsulunun iştirak etdiyi mərasimin qonaqları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, xalqımızın Ümummilli liderinə hörmət və ehtiramlarını bildiriblər................ Davamı

 

 

 

5 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 iyul 2014 il
Müdafiə naziri MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edir

İyulun 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası işinə başlayıb.

 

 

 

 

 

 

 

 

 

4 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Nəmirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

İyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.
İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.

***

3 iyul 2014 il
Müdafiə naziri Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iyulun 4-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinə yola düşüb.

 

3 iyul 2014 il
Müddətli həqiqi hərbi xidməti başa vuran əsgərlər evlərinə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 2014-cü il 2 iyun tarixli Sərancamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi quluqçuların xidmətdən ehtiyata buraxılması həyata keçirilir.
İyulun 3-də bu münasibətlə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi qulluqçuların təntənəli yolasalma mərasimi təşkil edilib. Xidmətdə fərqlənən əsgərlər məktəb rəisi tərəfindən mükafatlandırılıb.
Xatirə şəkli çəkildiriləndən sonra, məktəbin hərbi orkestirinin müşayiəti ilə hərbi xidməti başa vuran əsgərlər evlərinə yola salınıblar.
Mərasimdə məktəb komandanlığı, zabitlər və qonaqlar iştirak ediblər.............. Davamı

 

 

3 iyul 2014 il
Hərbi vətənpərvərlik həftəsi davam edir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi quluqçuların ehtiyata buraxılması və çağırış yaşına çatmış vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı keçirilən hərbi vətənpərvərlik həftəsi davam edir.
Tovuz, Ağstafa, Daşkəsən və Şəmkir bölgələrində yerləşən hərbi hissələrində təşkil olunan mərasimlər ümummili lider Heydər Əliyevin ideyalarına sədaqətin, Ordu ilə xalqın birliyinin və Vətən əsgərinin Azərbaycan naminə Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduğunun təntənəsinə çevrilmişdir.
"Səni tərənnüm edirəm, Azərbaycan əsgəri!" devizi altında təşkil olunan mərasim iştirakçılari əvvəlcə xalqımızın ümummili lideri Heydər Əliyevin hərbi hissənin qərargahı qarşısında uçaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzinin ekspozisyası haqqında qonaqlara ətraflı məlumat verilib............ Davamı

 

 

3 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 19 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

Düşmənin atəşkəsi pozması nəticəsində 1996-cı il təvəllüdlü, Laçın rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədov Elsevər Həsən oğlu yaralanıb. Əsgərin vəziyyəti kafidir.

***

2 iyul 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

2 iyul 2014 il
Müdafiə naziri komandirlərin şəxsi heyətlə iş üzrə müavinləri ilə işçi görüşü keçirib

İyulun 1-də Müdafiə Nazirliyində Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, qoşun qismləri, hərbi hissələrin, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin metodiki toplantısı keçirilib.
Toplantıda Şəxsi Heyət Baş İdarəsi, Tibb Baş İdarəsi, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi, Hüquq İdarəsi nümayəndələri və qonaq qismində dəvət olunan Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru cənab Simran Həsənov iştirak ediblər.
Tədbirdə Silahlı Qüvvələrdə son zamanlar baş verən bəzi nizamnamədən kənar hadisələr təhlil olunub, tərbiyə işinin təkmilləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı səviyyəsinin artırılması, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə dair bir sıra məsələlər, şəxsi heyətlə iş üzrə vəzifəli şəxslərə gələcək fəaliyyətlərinin daha da gücləndirilməsi istiqamətində tövsiyələrin hazırlanması üçün təkliflər müzakirə edilib...................Davamı

 

2 iyul 2014 il
Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Hərb Tarixi Muzeyində olub

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) fəaliyyətində Silahlı Qüvvələrdə çalışan mülki işçilərin əmək və sosial hüquqlarının müdafiəsi əsas prioritetlərdən biridir........... Davamı

 

 

 

 

 

 

 

 

2 iyul 2014 il
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri Füzuli bölgəsindəki hərbi hospitalda olublar

Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) fəaliyyətində Silahlı Qüvvələrdə çalışan mülki işçilərin əmək və sosial hüquqlarının müdafiəsi əsas prioritetlərdən biridir.
Bu günlərdə BHİK-in nümayəndələri Füzuli bölgəsindəki hərbi hospitalda müalicə olunan döyüşçülərimizi ziyarət ediblər. BHİK-in nümayəndələri əvvəlcə buradakı hərbi hissənin komandanlığı ilə görüşüb, təmas xəttindəki vəziyyət, əsgər və zabitlərimizin xidməti, hospitalda müalicə olunanların səhhəti ilə maraqlanıblar. Hospitalda müalicə olunan döyüşçülərimizə komitə tərəfindən sovqat paylanıb. ...........Davamı

 

 

 

 

 

2 iyul 2014 il
Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Narkomaniya həyat tərzinə çevirilməsin” mövzusunda seminarda iştirak edib

Hərbi Dəniz Qüvvələrinin komandirlərin şəxsi heyət üzrə müavinləri, hüquq məsləhətçiləri və tibb ixtisaslı hərbi qulluqçuların iştirakı ilə “Narkomaniya həyat tərzinə çevirilməsin” mövzusunda seminar keçirilib..........Davamı

 

 

 

 

 

 

 

 

 

2 iyul 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 20 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Şıxlar, Şuraabad, Cəvahirli, Füzuli rayonunun Aşağı Veysəlli, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 iyul 2014 il
Müdafiə naziri Fransa Respublikası Müdafiə Nazirliyinin nümayəndəsini qəbul edib

İyulun 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikası Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müvini cənab Jan-Kristov Nuronu qəbul edib. Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.

 

 

 

 

 

1 iyul 2014 il
Müdafiə naziri MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 4-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcəkdir.

 

 

1 iyul 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 2-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeni Şarov keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Piter Svedberq və Jiri Aberle keçirəcəklər.

 

 

 

 

1 iyul 2014 il
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2014-cü il tarixli Sərəncamı ilə müddətli həqiqi hərbi xidmətə çağırılan və müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
TƏBRİK-MÜRACİƏTİ

 

1 iyul 2014 il
Hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlərə start verilib

Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2 iyun tarixli sərəncamının icrasına başlanıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlərə start verilib. Bu məqsədlə Gəncə Qarnizonunda xidmətini başa vuran əsgərlərin yola salınması və gənc əsgərlərin hərbi xidmətə qəbuluna həsr olunmuş təntənəli mərasim keçirilib............. Davamı

 

1 iyul 2014 il

Erməni silahlı bölmələri bu gecə Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar və Xocavənd rayonunun Korupatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.