28 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Fevralın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşqunu qəbul edib.
Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli əməkdaşlıq məsələlərinin əhəmiyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivlərinə və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

 

28 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 fevral 2014 il
Şəhid kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu dəfn edilib

Döyüş tapşırığını yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində dünən şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu fevralın 27-də doğulduğu Xaçmaz rayonunun Sayad kəndində dəfn olunub.
Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xaçmaz rayon İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi və hərbi hissənin nümayəndələri, o cümlədən rayon ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər..........Davamı

 

 

 

 

 

27 fevral 2014 il
Silahlı Qüvvələrin şahmat birinciliyi başa çatıb

Bakıda yerləşən hərbi hissələrdən birində təşkil olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şahmat birinciliyi başa çatıb. Yarışda müxtəlif hərbi hissə və birləşmələrdən 12 komanda və 50-dək şahmatçı iştirak edib.
Yarış zamanı hərbçi idmançıların şahmat taxtası arxasında nümayiş etdirdikləri mübarizə əzmi, maraqlı qarşılaşmalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Birincilik FİDE qaydalarına əsasən İsveçrə sistemilə keçirilib və təyin olunmuş 7 turun yekununa əsasən birinciliyin qalibləri müəyyənləşib..........Davamı

 

 

 

27 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 fevral 2014 il
Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.
Bu gün Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib.
Hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində və C.Naxçıvanski adına Hərbi Liseydə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən "Soyqırımı tarixin dastanı" adlı mənzum-tamaşası təqdim edilib.

 

 

 

26 fevral 2014 il
Əsgərimiz şəhid olub

Fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

26 fevral 2014 il
Müdafiə naziri NATO-nun Mənzil-Qərargahına yola düşüb

Bu gün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində fevralın 27-də keçiriləcək növbəti görüşdə iştirak etmək üçün Belçika Krallığına yola düşüb.
Görüş zamanı Əfqanıstanda aparılan ISAF əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər cari məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.

 

 

26 fevral 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 fevral 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 26-dən 28-dək Ankara şəhərində (Türkiyə) Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

24 fevral 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 fevral 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Fevralın 23-dən martın 6-dək Nyuport şəhərində (ABŞ) "Kölgə fakültə" təşəbbüsü çərçivəsində təcrübə mübadiləsi və Azərbaycan - Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 24-dən aprelin 4-dək Vışkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

22 fevral 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

21 fevral 2014 il

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə nazirinin şəxsi heyət üzrə müavini Qazaxıstan Respublikası Müdafiə nazirinin müavinini qəbul edib

Fevralın 20-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Çingiz Məmmədovun Bakıda səfərdə olan Qazaxıstan Respublikası Müdafiə nazirinin müavini cənab Bakıtjan Abdirayımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüş zamanı iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

 

20 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib

Fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

20 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 10 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədrini qəbul edib

Fevralın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB Hökumət Başçıları Şurası yanında Beynəlmiləl Döyüşçülərin İşi üzrə Komitənin sədri Ruslan Auşevi qəbul edib.
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü münasibətilə Bakıda təşkil olunmuş yubiley tədbirində iştirak edən qonağı salamlayan Müdafiə naziri bildirmişdir ki, müharibə veteranlarının nümunəsi gənc nəsilin vətənpərvərlik ruhunda böyüməsi, Vətənini və xalqını müdafiə etməyə həmişə hazır olması üçün çox vacibdir...........Davamı

 

 

 

19 fevral 2014 il
Məlumat

Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk.

 

19 fevral 2014 il
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Respublikasına rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri başa çatıb.
Səfərin son günü fevralın 18-də, Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Serbiya Respublikasının prezidenti Tomislav Nikoliç qəbul edib.
Görüş zamanı Müdafiə naziri rəsmi səfərinin uğurla keçdiyini vurğulayaraq, Azərbaycan və Serbiya Respublikalarının prezidentlərinin səyləri nəticəsində əlaqələrin sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmasından məmnunluğunu bildirib.
Müdafiə naziri bu səfərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Fevralın 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Vətənə dönüb.

 

19 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 22 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 fevral 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

18 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə

Azərbaycan-ABŞ iş planına əsasən fevralın 19-dan iyunun 12-dək San Antonio şəhərində (ABŞ) Quru Qoşunları zabitlərinin komanda qərargah kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

18 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şıxlar, Şuraabad, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 fevral 2014 il
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

Fevralın 17-də Serbiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiya Müdafiə Nazirliyində Müdafiə naziri cənab Neboyşa Rodiç tərəfindən qarşılanma mərasimi keçirilib.
Genişləndirilmiş tərkibdə baş tutan görüşdən sonra Müdafiə nazirləri "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalayıblar...........Davamı

 

 

 

 

17 fevral 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 18-də Tərtər rayonunun Tərtər-Ağdərə yolu üzərindən keçən təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

 

 

 

17 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə

Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim" və Fərdi tərəfdaşlıq proqramına əsasən fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) Müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

16 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Ağdam rayonunun Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl, Xocavənd və Gədəbəy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Serbiya Respublikasına rəsmi səfər edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Müdafiə naziri cənab Neboyşa Rodiçin dəvətilə 17-18 fevral 2014-cü il tarixlərində Serbiya Respublikasına rəsmi səfər edəcək.
Səfər çərçivəsində Serbiya Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi, təhlükəsizlik məsələlərinin müzakirə edilməsi və "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in imzalanması nəzərdə tutulub.

 

 

 

14 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 32 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 fevral 2014 il
Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

10-11 fevral tarixlərində İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilmişdir. Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Mohammad Farrux Raşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik etmişdir..........Davamı

 

 

 

 

13 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyəti üzvlərinin bir qrupunu qəbul edib

Fevralın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Rəyasət Heyəti üzvlərindən bir qrupunu qəbul edib.
Qonaqları salamlayan Müdafiə naziri respublika veteranlarının gənclərin orduya hazırlanmasında, hərbi-vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələr şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində rolunu xüsusi qeyd etmiş, onların problem və qayğıları ilə maraqlanmış, bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulamışdır.........Davamı

 

 

12 fevral 2014 il
Bakıda NATO ekspertlərinin iştirakilə tədbir keçirilir

Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü davam edir.
Şimali Atlantika Alyansını təmsil edən hərbi mütəxəssislər təlimdə iştirak edəcək bölməmizin NATO standartlarına uyğun döyüş hazırlığına malik olması üçün Azərbaycan ordusunun tədbirə qatılmış zabitlərinə öz məsləhətlərini veriblər. Əvvəlcə ekspertlərin və Azərbaycan ordusu zabitlərinin brifinqləri dinlənilib, sonra isə iştirakçılar qruplara bölünərək tapşırıqların icrası ilə bağlı məsləhətləşmələr aparıblar.
Tədbir fevralın 13-də başa çatacaq.

 

12 fevral 2014 il
Medal və nazirin təbrik məktubu yubilyara təqdim edilib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə və anadan olmasının 90 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsinin veteranı, Yardımlı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilmiş və ona təbrik ünvanlanmışdır.
Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani medalı və nazirin təbrik məktubunu yubilyara təqdim etmişdir.
Veteranlar Şurasının sədri Şahbaz Hüseynov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirmişdir.

 

12 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 fevral 2014 il
Məktəblilər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar

Azərbaycan-Avropa məktəbinin bir qrup şagird və müəllimi növbəti dəfə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar. Onlar zabit və əsgərlərlə görüşüb, silahlar, zirehli texnikalarla, həmçinin ordu həyatı ilə yaxından tanış olublar.
Qonaqlar zirehli texnikalar, radiotexniki qoşunlar, zenit-artilleriya və zenit-raket kompleksləri siniflərində dərs məşğələlərində iştirak edib, geniş məlumatlandırılıblar.
Tank və piyadaların döyüş maşını məşq qurğuları salonu məktəbliləri daha çox cəlb edib. Onlar müasir qurğular vasitəsilə zirehli texnikanı idarə etməyi yaxından izləyiblər. Şagirdlərə qurğu və avadanlıqlar barədə məlumat verilib, onlar növbə ilə tankın "sükanı" arxasında oturaraq zirehli texnikanı "idarə ediblər"..........Davamı

 

 

 

 

11 fevral 2014 il
"Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam oldu

Bu gün Müdafiə Nazirliyinin orqanı "Azərbaycan Ordusu" qəzetinin 22 yaşı tamam olur.
Azərbaycan Respublikası yenidən müstəqillik əldə etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi "Xalq Ordusu" adlanan qəzetin birinci nömrəsi 1992-ci ilin fevral ayının 11-də çap olunmağa başlayıb. Bu tarix Azərbaycanın hərbi jurnalistləri üçün yaddaqalan bir gündür və bunu dövlətimizin ordu quruculuğunun önəmli səhifələrdən biri hesab etmək olar.
İlk hərbi qəzetin ərsəyə gəlməsi, o zaman Azərbaycanın ictimai həyatında mühüm bir hadisəyə çevrilərək vətənpərvər insanların böyük marağına səbəb oldu. Ölkəmiz üçün həmin o ağır günlərdə hər şeydən öncə "Azərbaycan Ordusu" qəzeti getdikcə genişlənən Qarabağ müharibəsini, o cümlədən cəbhədə baş verən qanlı hadisələri operativ işıqlandırmağa və düşmənə qarşı ölüm-dirim mübarizəsi aparan Vətən oğullarının döyüş ruhunu yüksəldən zabitlərimizə yardımçı olmağa çalışırdı və buna da nail olurdu...........Davamı

11 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 fevral 2014 il
Əsgərlər təntənəli surətdə hərbi and içiblər

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Silahlı Qüvvələrin birlikləri və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilmiş, Azərbaycan Respublikasının Dövlət himni oxunmuş və tədbir açıq elan edilmişdir.
Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər..........Davamı

 

 

 

 

10 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir

Bu gün Bakı şəhərində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir.
Fevralın 10-dan 13-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü, fevralın 10-dan 14-dək isə Azərbaycan-ABŞ iş planına əsasən "İnsan resurslarının idarə edilməsi" mövzusunda seminar keçiriləcək.

 

10 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 17 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub

Fevralın 7-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.
Səfərdə Müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.
Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olmuş, sakinlərlə görüşmüş, onların qayğıları, problemləri ilə maraqlanmışlar...........Davamı

 

 

 

8 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə

Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq Planına əsasən fevralın 10-dan 12-dək İslamabad şəhərində (Pakistan) Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü və Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çex Respublikası) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirliməsi üzrə təlim kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

8 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 fevral 2014 il
Şəhid əsgərimiz dəfn edilib

Fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün anadan olduğu Füzuli rayonunda dəfn edilib.
Tədbirdə çıxış edənlər Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və qardaşı bildiriblər ki, Şəhidlik ən yüksək zirvədir və igid oğlumuz bu zirvəyə yüksəlmişdir. Biz hamımız bununla qürür duyuruq. Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ona minnətdarlıq ifadə edilib............Davamı

 

 

7 fevral 2014 il
Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiyası keçirilib

Fevralın 6-da cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində Müdafiə Nazirliyinin genişləndirilmiş səyyar kollegiya iclası keçirilib.
Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə, müstəqil xidmət rəisləri, birlik komandirləri və qərargah rəisləri iştirak edib.
Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən müşavirədə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı, təşkili və bir sıra xidməti məsələlər müzakirə edilib.
Aparılan fəaliyyətlərlə bağlı birləşmə komandirlərinin, vəzifəli şəxslərin məruzələri dinlənilib və Müdafiə naziri qısa zaman ərzində müdafiə zolağının təkmilləşdirilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

 

7 fevral 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

7 fevral 2014 il
Əsgərimiz şəhid olub

Düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
Fevralın 6-da saat 18.40-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Quliyev Eşqin Firəddin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olmuşdur.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə əsgər Quliyev Eşqin Firəddin oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

 

7 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcavan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Tərtər rayonunun Çaylı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 fevral 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik, səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçirəcəklər.

 

 

6 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 41 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qorqan, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Kəngərli, Sarıcalı, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 67 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Sarıcalı, Tərtər rayonunun Qızıl Oba, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib.
Görüş zamanı qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı öz təəssüratlarını bildirmişlər.
Müdafiə naziri qonaqları salamlayaraq, onlara regiondakı vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini bildirib................Davamı

 

 

4 fevral 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Fevralın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Dövlət Hərbi-Sənaye Komitəsinin sədri cənab Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb...............Davamı

 

 

 

4 fevral 2014 il
Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar

Orta məktəb şagirdləri arasında hərbi-vətənpərvərlik şüurunun formalaşması və gənclərin çağırışaqədərki hazırlığının təşkili məqsədilə Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar.
Məktəblilər burada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Onlara Mərkəzin tarixi haqqında məlumat verilib.
Sonra şagirdlər atıcı silahların sökülüb-yığılması, lazer trenajorlarında hazırlıq və tankəleyhinə idarəetmə qurğuları ilə praktiki çalışmaları yerinə yetirib.
Atəş şəhərciyində Mərkəzin təlimatçıları tərəfindən zirehli texnikanın məşq qurğularında çalışmaların yerinə yetirilməsi şagirdlərə nümayiş etdirilib.

 

 

4 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Şirvanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Azatamut kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 fevral 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri NATO tədbirlərində

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq fevralın 3-dən 6-dək Varşava şəhərində (Polşa) NATO Təlimlərinin sinxronlaşdırılması konfransı, fevralın 3-dən 7-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) "Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi" kursu və Azərbaycan-ABŞ iş planına əsasən Sofiya şəhərində (Bolqarıstan Respublikası) "Saber Guardian-2014" təliminin yekun planlaşdırma konfransı keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

1 fevral 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 103 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Baş Qərvənd, Nəmirli, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.