31 dekabr 2014 il
Müdafiə Nazirliyinin rəhbərliyinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və cəbhə bölgəsində təbrik edib - VIDEO

 

 

31 dekabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri və nazirliyin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar - FOTO

Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın həyətində ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər..............Davamı

 

 

31 dekabr 2014 il
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrdə olublar..............Davamı

 

 

31 dekabr 2014 il
Naxçıvan Hərbi Hospitalına bayram sovqatı aparılıb - FOTO

Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlib. Ali Məclisin Sədri hərbi qulluqçuların səhhəti, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanıb..............Davamı

 

 

31 dekabr 2014 il
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib - FOTO

Dekabrın 30-da Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində tabelikdə olan hərbi hissə və bölmələrin, baza və anbarların rəhbər heyətinin iştirakı ilə 2014-cü ilin yekunlarına və növbəti ildə qarşıda dayanan vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. Əvvəlcə Baş idarənin rəhbər heyəti ümummilli liderimiz Heydər Əliyevin idarənin foyesindəki büstünün önünə tər çiçək dəstələri düzərək onun xatirəsinə hörmət və ehtiramını ifadə edib..............Davamı

 

 

31 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

30 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Şuraabad, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

29 dekabr 2014 il
Təkmilləşdirmə kursunu bitirmiş bir qrup zabitə sertifikatlar təqdim edilib

Dekabrın 29-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlərin psixoloq ixtisası üzrə təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.
Təxminən 40 gün davam etmiş təkmilləşdirmə kursunun yekununda imtahandan müvəffəqiyyətlə keçmiş dinləyici zabitlərə sertifikatlar verilib.............Davamı

 

 

 

 

 

 

 

 

29 dekabr 2014 il
Əlahiddə Ümumqoşun Orduda bayram şənliyi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordu rəhbərliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram şənliyi keçirilib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, Ordu Komandanlığı tərəfindən mütəmadi olaraq şəxsi heyətlə ictimaiyyət nümayəndələrinin görüşü təşkil edilir, mədəni-kütləvi tədbirlər keçirilir ki, nəticədə xalqın orduya inamı artır, əsgərlərin mənəvi-psixoloji durmu daha da yüksəlir.............Davamı

 

 

 

 

 

 

 

 

29 dekabr 2014 il
C.Naxçıvanski adına Hərbi Liseydə Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə silsilə tədbirlər keçirilir.
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Xətai rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr edilmiş tədbir keçirilib.............Davamı

 

 

 

 

 

 

 

 

29 dekabr 2014 il
Azərbaycan Respublikası Müdafiə nazirinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki

 

 

29 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 62 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Baş Qərvənd, Şirvanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

28 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 63 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

27 dekabr 2014 il
Düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü ələ keçirilib

Müdafiə Nazirliyi bildirir ki, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.
Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

 

 

27 dekabr 2014 il
"Yurdumuzun tarixi" intellektual istedadlar yarışının final mərhələsi baş tutub

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursant tağımları arasında keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş "Yurdumuzun tarixi" intellektual istedadlar yarışının final mərhələsi baş tutub. .............Davamı

 

 

 

 

 

 

 

 

 

 

27 dekabr 2014 il
Hərbi Liseydə mədəni kütləvi tədbir keçirilib

Təsdiq edilmiş plana əsasən il ərzində Cəmşid Naxçıvanski adına Hərbi Liseydə şəxsi heyətin asudə vaxtının təşkili məqsədilə silsilə tədbirlər keçirilir.
Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının aktyorları İsi Məlikzadənin "Gəl qohum olaq " tamaşası ilə kursantlar qarşısında çıxış ediblər..............Davamı

 

 

 

 

 

 

 

 

 

 

27 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Şıxlar, Cəvahirli, Kəngərli, Baş Qərvənd, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

26 dekabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə nazirini Bəhreyn Kralı qəbul edib

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Bəhreyn Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə qəbul edib..............Davamı

 

 

 

 

 

 

 

 

 

26 dekabr 2014 il
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin 75 illik yubileyi qeyd edilib

Dekabrın 26-da Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin yaradılmasının 75 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib..............Davamı

 

 

 

 

 

 

 

 

 

26 dekabr 2014 il
Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında əməkdaşlıq planı imzalanıb

Bəhreyn Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bəhreyn Müdafiə Qüvvələri Qərargahında Müdafiə Qüvvələrinin Baş komandanı, feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə tərəfindən qarşılanma mərasimi keçirilib..............Davamı

 

 

 

 

 

 

 

 

26 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şirvanlı, Sarıcalı, Şıxlar, Novruzlu, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

25 dekabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Krallığına rəsmi səfərə gedib

Dekabrın 25-də Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb.
Səfər çərçivəsində Bəhreyn Kralı, Müdafiə Qüvvələrinin Ali Baş Komandanı Əlahəzrət Şeyx Həməd bin İsa Əl Xəlifə, Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd Əl Xəlifə ilə görüşlərin keçirilməsi, Bəhreyn Hərbi Hava və Hərbi Dəniz Qüvvələri Komandanlıqlarının, hərbi tibb müəssisələrinin ziyarət edilməsi, o cümlədən İkitərəfli Əməkdaşlıq Planının imzalanması nəzərdə tutulub.
Səfər dekabrın 27-dək davam edəcəkdir.

 

 

 

 

 

 

 

 

 

25 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

24 dekabr 2014 il
Bir qrup hərbi qulluqçuya "polkovnik" hərbi rütbəsi təqdim olunub

Dekabrın 24-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hərbi xidmətdə fərqlənən bir qrup zabitə "polkovnik" hərbi rütbəsi verilib.
Rütbələrə təqdim olunan hərbi qulluqçuları qəbul edən Müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb..............Davamı

 

 

 

 

 

 

 

 

 

24 dekabr 2014 il
Silahlı Qüvvələrin yanacaq xidməti rəislərinin toplantısı keçirilib

Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin yanacaq xidməti rəisləri ilə cəbhə bölgəsində 2014-cü ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib...............Davamı

 

 

 

 

 

 

 

 

 

24 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

23 dekabr 2014 il
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü yeni əsgər yataqxanasının istifadəyə verilməsi ilə qeyd olunub

Dekabrın 23-də Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasının ildönümü münasibətilə Naxçıvan şəhərində yeni əsgər yataqxanası istifadəyə verilib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev mərasimə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.............Davamı

 

 

 

 

 

 

 

 

 

 

23 dekabr 2014 il
C.Naxçıvanski adına Hərbi Liseyin kursanları döyüş texnikaları ilə tanış olublar

C.Naxçıvanski adına hərbi liseyin 3-cü kurs kursantları tədris ilinin planına əsasən hərbi hissədə olublar.
Kursantlar hərbi hissədə şəxsi heyətin xidmət şəraiti, döyüş texnikası, maddi baza ilə tanış olub və komandanlıqla görüşüblər.
Döyüş texnikası heyətinin hazırlığı məqsədilə yaradılan təlim-məşq trenajorları şəhərciyi ilə tanış olan kursantlar təlimatçıların nəzarəti altında zirehli texnikanın məşq qurğularında praktiki çalışmaları yerinə yetiriblər.............Davamı

 

 

 

 

 

 

 

 

 

 

23 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Əlibəyli kəndlərində, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

22 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Koxanəbi kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub

***

21 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 58 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Novruzlu, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

20 dekabr 2014 il
Bərdə şəhərində hərbi vətənpərvərlik tədbiri keçirilib

Bərdə hərbi birliyinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "Gənclər gələcəyimizdir" mövzusunda hərbi vətənpərvərlik tədbiri keçirilib.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev hərbi xidmətdə fərqlənən hərbi qulluqçular və Bərdə, Ağdam, Tərtər, Goranboy rayonlarından olan "Gənc Şahinlər" komandalarının üzvləri ilə görüşərək tədbirin açılışını elan edib və onlara uğurlar arzulayıb............Davamı

 

 

 

 

 

 

 

 

20 dekabr 2014 il
Gəncədə Silahlı Qüvvələrin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Gəncə şəhərində Silahlı Qüvvələrin birlik, birləşmə və əlahiddə hərbi bölmələrinin əşya və ərzaq xidməti rəislərinin toplantısı keçirilib. Tədbirdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib............Davamı

 

 

 

 

 

 

 

 

20 dekabr 2014 il
Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanları Birliyinin üzvləri ilə görüş keçirilib.
Görüşdə birliyin sədri Mirbəşir Seyidzadə çıxış edərək kursantlara milli qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan danışıb.
Tədbirin sonunda Lisey rəisinin adından Azərbaycanın Milli Qəhrəmanları Birliyinin sədri M.Seyidzadə fəxri fərmanla təltif edilib............Davamı

 

 

 

 

 

 

 

 

20 dekabr 2014 il
Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçirilib

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Ankara şəhərində keçirilən 7-ci Yüksək səviyyəli hərbi dialoq iclası başa çatıb.
Görüşlərdə müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilərək gələcək fəaliyyətlərin müxtəlif istiqamətləri müzakirə olunub, iki ölkənin Silahlı Qüvvələri arasında praktiki əməliyyat uyarlığının əldə edilməsi məsələlərinə baxılıb, o cümlədən 2015-ci il ərzində birgə təlimlərin miqyası və əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılıb............Davamı

 

 

 

 

 

 

 

 

20 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək

Dekabrın 22-dən 28-dək Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələrinin İdman Məktəbi və Təlim Mərkəzi Komandanlığının fəaliyyətləri ilə tanışlıq ziyarəti keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

20 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Mərzili, Kəngərli, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

19 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Şuraabad, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

18 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 52 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

17 dekabr 2014 il
Müdafiə naziri Silahlı Qüvvələrin tibb xidmətinin rəhbər zabit heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin rəhbər heyətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
Müdafiə naziri və Tibb Baş İdarəsinin rəhbərliyi toplantıdan əvvəl xalqımızın Ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla yad ediblər.............Davamı

 

 

 

 

 

 

 

 

17 dekabr 2014 il
Şəhid Fətəlizadə Rüfət Nazim oğlunun medalı ailəsinə təqdim olunub

Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Fətəlizadə Rüfət Nazim oğlunun dekabrın 17-də Ağsu rayonunun Padar kəndində anım mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin, rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub..............Davamı

 

 

 

 

 

 

 

17 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Baş Qərvənd, Cəvahirli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

16 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.
Erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

15 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 16-dan 18-dək Norfolk şəhərində (ABŞ) "Transformasiya Komandanlarının konfransı və Tərəfdaşların Transformasiya Komandanlarının dəyirmi masa" tədbiri, dekabrın 16-dan 17-dək isə Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələri Sülh Naminə Tərəfdaşlıq Təlim Mərkəzi komandanlığının ziyarəti və Bonn şəhərində (Almaniya) Hərbi hüquq üzrə ekspert danışıqları keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

15 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 55 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Əlibəyli kəndlərində, İcevan rayonunun Berkaber və Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Mərzili, Sarıcalı, Kəngərli, Şuraabad, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

14 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 53 dəfə pozulub.
Erməni silahlı bölmələri Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

13 dekabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Komandanını qəbul edib

Dekabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib............Davamı

 

 

 

 

 

 

 

 

 

 

13 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 15-dən 17-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə təhlükəsizlik əməliyyatları zamanı yerli mədəniyyətlərdən xəbərdar olma kursu, dekabrın 15-dan 18-dək isə Ankara şəhərində (Türkiyə) 7-ci Azərbaycan-Türkiyə Yüksək səviyyəli hərbi dialoq iclası keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

13 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Novruzlu, Sarıcalı, Kəngərli, Şuraabad, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

12 dekabr 2014 il
Müdafiə Nazirliyinin şəxsi heyəti Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Hərbi qulluqçular Ulu öndərin xatirəsini hörmət və ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar............Davamı

 

 

 

 

 

 

 

12 dekabr 2014 il
Şəmkir hərbi birliyində Ümummilli lideri Heydər Əliyevin xatirəsi yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir.
Şəmkir hərbi birliyində keçirilən anım mərasimində iştirak edən hərbi hissə komandiri general-leytenant Rövşən Əkbərov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və hərbi qulluqçular əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini böyük ehtiramla yad ediblər.............Davamı

 

 

 

 

 

 

 

 

12 dekabr 2014 il
Azərbaycanın Milli Qəhrəmanı anılıb

C.Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun anım mərasimi keçirilib.
Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın həyatından, liseydəki təhsil illərindən və keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər. Sonra kursantlar bədii hissə ilə çıxış ediblər............Davamı

 

 

 

 

 

 

 

 

 

12 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Quşçuayrım kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Şuraabad, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

11 dekabr 2014 il
Ümummilli liderin xatirəsi ehtiramla yad edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir. Dekabrın 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi təşkil edilib................Davamı

 

 

 

 

 

 

 

 

 

11 dekabr 2014 il
Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti C.Naxçıvanski adına Hərbi Liseydə olub

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün əməkdaşlıq Planı"na əsasən Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.
Keçirilən tədbir zamanı qonaqlara liseyin tədris və maddi-texniki bazası haqqında ətraflı məlumat verilib...............Davamı

 

 

 

 

 

 

 

 

11 dekabr 2014 il
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş video çarx

 

 

11 dekabr 2014 il
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərbi hospitalda olub

Dekabrın 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və müavinləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Baş Qərargahın rəhbərliyi hospitalın bölmə və şöbələrindəki şəraitlə tanış olub, ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib.
General-polkovnik N.Sadıkov hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib, o cümlədən hərbi həkimlərin, tibb bacılarının və ümumilikdə tibb heyətinin fəaliyyətini yüksək qiymətləndirib.

 

 

 

 

 

 

 

 

11 dekabr 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 11-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

11 dekabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə Milli Müdafiə nazirinin müavinini qəbul edib

Dekabrın 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Hasan Yardımcının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu qeyd edib..............Davamı

 

 

 

 

 

 

 

 

11 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şıxlar, Cəvahirli, Şirvanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

10 dekabr 2014 il
Müdafiə naziri müxtəlif ixtisaslar üzrə rəhbər zabit heyəti ilə görüşüb

Dekabrın 10-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər zabit heyəti, hərbi hüquqşünaslar, psixoloq kurslarının dinləyiciləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının müəllim və professor heyətilə görüşüb............Davamı

 

 

10 dekabr 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 11-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.

 

 

 

 

 

 

 

 

10 dekabr 2014 il
"Ordu xalqın, xalq ordunun dayağı" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib

Dekabrın 9-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Ordu xalqın, xalq ordunun dayağı" adlı hərbi-vətənpərvərlik gecəsi keçirilib.
Təntənəli mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyi, Milli Məclisin deputatları, cəbhə bölgələrindən gələn zabitlər, bütün qoşun növlərinin, birlik-birləşmə və hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin zabitləri, əsgərləri, kursantları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.............Davamı

 

 

 

 

 

 

 

 

10 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

9 dekabr 2014 il
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib

Dekabrın 9-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə ilin yekunlarına dair toplantı keçirilib.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov toplantını açaraq "Müdafiə islahatları" mövzusunda məruzə ilə çıxış edib.............Davamı

 

 

 

 

 

 

 

9 dekabr 2014 il
Azərbaycan Respublikasının Baş naziri Hərbi Hava Qüvvələrinin hərbi hissəsində olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən respublikanın baş naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub.
Yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkilib və orada yaradılan şəraitlə tanış olunub.............Davamı

 

 

9 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 9-dan 12-dək Bakı şəhərində Dənizdə mühüm enerji infrastrukturunun mühafizəsi üzrə fəaliyyət planı, əməliyyat ssenarisi və prosedurların işlənib hazırlanması mövzusunda növbəti seminar, dekabrın 10-dan 12-dək isə Brüssel şəhərində (Belçika) Tərəfdaşlar arasında informasiyanın canlı idarə edilməsi sistemi (ePRIME) kursu keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

9 dekabr 2014 il
Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib

Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.
Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

 

 

9 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub.
Erməni silahlı bölmələri Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

8 dekabr 2014 il
Məlumat

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin guya cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu Ermənistan Silahlı Qüvvələri bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.
Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu düşmənin fəaliyyətini tam nəzarətdə saxlayır.

 

 

8 dekabr 2014 il
Hərbi maşın minaya düşüb

Hərbi maşının minaya düşməsi nəticəsində 1980-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrimizdə müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlu həlak olub.
Digər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Şahvələdov Eşqin Alı oğlu isə yaralanıb.
Yaralı əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, o həkimlərin nəzarəti altındadır.

 

 

8 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 21 dəfə pozulub.
Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

7 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 46 dəfə pozulub.
Erməni silahlı bölmələri Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.

***

6 dekabr 2014 il
"İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin fəaliyyəti haqqında informasiyanın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmrinə əsasən "İnformasiya təhlükəsizliyi" və "Fiziki təhlükəsizlik" üzrə məlumat topluları hazırlanıb.............Davamı

 

 

6 dekabr 2014 il
Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib

"Xidmət etdiyim diyar" tədbirlər silsiləsindən Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş "Ümummilli lider Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən xilası" mövzusunda tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordusunun Mənəvi-Psixoloji Təminat Şöbəsinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsələndirilib.............Davamı

 

 

 

 

 

 

 

 

6 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 8-dən 12-dək Oberammerqau şəhərində (Almaniya) NATO resursların idarə olunması üzrə təhsil proqramı kursu, dekabrın 8-dən 19-dək Ankara şəhərində (Türkiyə), 20-dək isə Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Türkiyə Quru Qoşunları Məktəbi arasında müəllim mübadiləsi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

6 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 44 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Şıxlar, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

5 dekabr 2014 il
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Mərkəzi Komanda Məntəqəsində olub.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrində qısa müddət ərzində döyüş hazırlığının yüksəldilməsi məqsədilə görülən işlər barədə Müdafiə nazirinə məruzə edib.............Davamı

 

 

 

 

 

 

 

 

5 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 33 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Novruzlu, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

4 dekabr 2014 il
Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyənin səfirini qəbul edib

Dekabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunu qəbul edib.
Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə edilib. ............Davamı

 

 

 

 

 

 

 

 

4 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 47 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Hacıalılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

3 dekabr 2014 il
Qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.

 

 

3 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 4-dən 5-dək Brüssel şəhərində (Belçika) İkili təyinatlı malların və silahların ixracına nəzarət sahəsində Avropa İttifaqının əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi üzrə tədbir keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

3 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Cəvahirli, Mərzili, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

2 dekabr 2014 il
Monitorinq baş tutdu

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

 

2 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 43 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen və Berkaber, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Cəvahirli, Mərzili, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd və Fizuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

***

1 dekabr 2014 il
Hərbi Tibb Fakültəsində Ebola virusu ilə bağlı elmi konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində "Ebola virusu-bəşər tarixinin ən qəddar virus xəstəliyi" mövzusunda elmi konfrans keçirilib.
Fakültənin müəllim, rezident və tələbə heyətinin iştirakı ilə keçirilən konfransı Silahlı Qüvvələrin baş cərrahı tibb xidməti polkovniki Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib. ............Davamı

 

 

 

 

 

 

 

 

1 dekabr 2014 il
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Dekabrın 2-dən 5-dək Bakı şəhərində Vəzifədə irəliləmə və attestasiya komissiyasının tətbiqi mövzusunda seminar, dekabrın 2-dən 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə mövzusunda seminar keçiriləcək.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

 

 

1 dekabr 2014 il
Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 2-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Yevgeni Şarov və Saymon Tiller keçirəcəklər.

 

 

 

 

 

 

 

1 dekabr 2014 il
C.Naxçıvanski adına Hərbi Liseydə tədbir keçirilib

C.Naxçıvanski adına Hərbi Liseydə "Ərazi uğrunda gedən döyüşlərdə hərbi hissələrin göstərdikləri nümunələrin təbliği" mövzusunda tədbir keçirilib.
Tədbirdə liseyin kursantları, professor-müəllim heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.............Davamı

 

 

 

 

 

 

 

 

 

1 dekabr 2014 il

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 90 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Novruzlu, Şıxlar, Şuraabad, Mərzili, Baş Qərvənd, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.